Quran möcüzələrİ

Geri qaytaran göy


Geri qaytaran göy

 

Qurani-kərimdə "Tariq" surəsinin 11-ci ayəsində göy üzünün "geri hərəkət etdirə bilmək" xüsusiyyətindən belə bəhs edilir:

"And olsun qaytarıb endirən səmaya..." ("Tariq" surəsi, 86/11)

Quran tərcümələrində "qaytarmaq" şəklində tərcümə edilən "rəci" kəlməsi "geri qaytaran" və ya "geri dövr etdirən" mənalarına gəlir.

Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer müxtəlif qatlardan ibarətdir. Yerdə həyatın davam etməsi üçün hər təbəqənin mühüm vəzifələri var. Bu məsələ ilə bağlı incələmə aparılanda məlum olur ki, hər təbəqəyə gələn maddə və şüaların kosmosa və ya Yerə geri qaytarmaq xüsusiyyəti var. Atmosfer təbəqələrinin geri qaytarmaq xüsusiyyətini burada bir neçə nümunənin əsasında tədqiq etməyə çalışaq. Məsələn, 13-15 km yüksəklikdəki troposfer təbəqəsi Yerdən yüksələn su buxarının soyuyub, qalınlaşıb, sıxlaşıb yağış formasında geri qayıtmasını təmin edir. 25 km yüksəklikdəki stratosferin aşağı təbəqəsi olan ozonosfer kosmosdan gələn radiasiyanı və zərərli ultrabənövşəyi şüaları əks etdirir və onların Yerə çatmadan kosmosa geri qayıtmasını təmin edir. İonosfer təbəqəsi də Yerdən yayılan radio dalğaları bir peyk kimi Yerin müxtəlif bölgələrinə geri əks etdirərək, radio və televiziya yayımlarına uzaq məsafələrdən baxılmasını, simsiz danışıqların ötürülməsini təmin edir. Manyetosfer təbəqəsi isə Günəşdən və başqa ulduzlardan yayılan zərərli radioaktiv hissələri Yerə çatmağa qoymayaraq onları geriyə - kosmosa qaytarır.

Göy üzü təbəqələrinin hələ yaxın keçmişdə kəşf edilən bu xüsusiyyətinin Quranda əsrlərlə bundan əvvəl bildirilməsi Quranın Allah`ın sözü olduğunu bir daha sübut edir.