Quran möcüzələrİ

Dünyanın dairəvi olması


Dünyanın dairəvi olması

"Göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzün, gündüzü də gecənin üstünə sarıb örtür... " ("Zumər" surəsi, 39/5)

Quranın kainatı tanıdan ayələrində istifadə olunmuş ifadələr kifayət qədər diqqət çəkicidir. Yuxarıdakı ayədə "sarıb örtmək" kimi tərcümə edilən ərəb kəlməsi "yukəvviru"dur. Bu kəlmənin Azərbaycan dilindəki qarşılığı "dairəvi bir şeyin üzərinə bir cisim örtmək"dir. (Məsələn, ərəb dili lüğətlərində "başa əmmamə sarımaq" kimi dəyirmi cisimlərlə bağlı olan feillər bu kökdən əmələ gələn sözlərlə işlədilir). 

Ayədə gecə ilə gündüzün bir-birinin üzərini sarıb örtməsi ("təkvir" etməsi) mövzusunda verilən bilik, eyni zamanda, dünyanın quruluşu haqqında səhih və dolğun məlumat verə bilər. Yəni VII əsrdə nazil edilən Quranda Yerin dairəvi olduğuna işarə edilmişdir.

Unutmaq olmaz ki, o dövrdəki astronomiya dünyanı daha fərqli şəkildə və səviyyədə təsəvvür edirdi. O dövrdə belə hesab edirdilər ki, Yer düz səthə malikdir. Bütün elmi hesablama və açıqlamalar da buna nəzərən qurulurdu. Ancaq Quran Allah`ın sözü olaraq kainatı xarakterizə edərkən, burada sözügedən məsələ ilə bağlı ən doğru kəlmələrdən istifadə olunmuşdur. Yaxın əsrlərdə öyrəndiyimiz bu məlumatlar Quran ayələrində hələ 1400 il bundan əvvəl xəbər verilib.