Quran möcüzələrİ

Orbitlər və dövr edən kainat


Orbitlər və dövr edən kainat

 

Kainatdakı əzəmətli nizamın mühüm səbəblərindən biri də şübhəsiz ki, göy cisimlərinin müəyyən edilmiş oxları ətrafında hərəkət etməsidir. Ulduzlar, planetlər və peyklər həm öz oxları ətrafında, həm də bağlı olduqları sistemlə birlikdə hərəkət edirlər. Kainat sanki fabrikin dişli alətləri kimi incə bir sistemdə hərəkətdədir.

Kainatda təxminən 100 milyarddan çox qalaktika və kiçik qalaktikalarda təxminən bir milyard, böyük qalaktikalarda isə bir trilyondan çox ulduz var. Bu ulduzların əksəriyyətinin planetləri, bu planetlərin də öz peykləri var. Bütün bu göy cisimləri çox incə hesabla müəyyən edilən orbitlərə malikdir. Onların hər biri milyon illərdir ki, öz orbitində digərləri ilə qüsursuz bir uyğunluqda və nizamda hərəkət edir. Bunlarla yanaşı, çoxlu quyruqlu ulduzlar da mövcuddur ki, onlar da öz orbitlərində fasiləsiz hərəkət halındadır.

Kainatdakı orbitlər ancaq bəzi göy cisimlərinə aid deyil. Günəş sistemi hətta başqa qalaktikaların, başqa mərkəzlərin ətrafında böyük hərəkilik (dinamiklik, fəaliyyət) nümayiş etdirir. Yer və onunla birlikdə Günəş sistemi əvvəlki yerindən hər il 500 milyon kilometr uzaqlaşır. Hesablanıb ki, göy cisimləri öz orbitlərindəki istiqamətlərindən qismən çıxsa, bu sistem alt-üst olacaq. Məsələn, Yer öz orbitində yerini adi vəziyyətdəki istiqamətindən aşağı-yuxarı cəmi 3 mm dəyişsə, meydana gələcək dəhşətli hadisələr bir mənbədə belə bildirilir:

"Yer kürəsi Günəşin ətrafında dövr edərkən elə hərəkət edir ki, hər 18 mildə orbitindən 2,8 mm ayrılır. Yer kürəsinin orbitdəki bu hərəkəti 1 mm-lik belə fərq yarada, hansı tərəfəsə meyillənə və ya sapa bilməz. Çünki onun orbitindən 3 mm-lik ayrılması böyük fəlakətlərə səbəb olardı. Yer öz orbitindən bu zaman 2,8 mm deyil, 2,5 mm ayrılsaydı, dünyadakı bütün canlılar donardı. Əgər orbitdən ayrılma 3,1 mm olsaydı, bütün canlılar istidən yanaraq kül olardı".

Göy cisimlərinin fərqli bir xüsusiyyəti də onların öz orbitləri ilə yanaşı, həm də öz oxları ətrafında hərəkət etməsidir. Quranın "Dönüşlü olan göyə and olsun" (Tariq surəsi, 11) ayəsi məhz bu həqiqətə işarədir. Əlbəttə, Quranın göndərildiyi dövrdə insanlar dövrümüzdə olduğu kimi kosmosu milyonlarla kilometr uzaqlara qədər müşahidə edə biləcək teleskoplara, inkişaf etmiş texnologiyalara, müasir fizika və astronomiya haqqında məlumatlara malik deyildi. Dolayısilə, kainatın ayədə bildirildiyi kimi,"(Cürbəcür ulduz) yolları olan göy"(Zariyat surəsi, 7) olduğunu həmin dövrdə elmi şəkildə sübut etmək də mümkün deyildi. Ancaq həmin əsrdə nazil edilən Qurani-kərimdə bu həqiqət bizə aydın şəkildə xəbər verilir, çünki Quran Allah`ın sözüdür.