İman edən ALİMLƏR

Professor Mişel P.Jerar


Professor Mişel P.Jerar

Cə­nu­bi Lui­za­na Uni­ver­si­te­ti­nin bio­lo­gi­ya pro­fes­so­ru Mi­şel P.Je­rar hə­ya­tın tə­sa­dü­fən ya­ran­ma­sı­nın müm­kün ol­ma­dı­ğı­nı təs­diq edən alim­lər­dən bi­ri­dir. O, həm­çi­nin hü­cey­rə və zü­la­lın yük­sək də­rə­cə­də mü­rək­kəb və mü­kəm­məl qu­ru­lu­şu­nun Allah tə­rə­fin­dən ya­ra­dıl­dı­ğı­nı de­yir:

Pro­fes­sor Mi­şel P.Je­rar 1998-ci il iyu­lun 5-də Ha­run Yəh­ya El­mi Təd­qi­qat­lar Fon­du­nun təş­kil et­di­yi "Tə­ka­mül nə­zə­riy­yə­si­nin if­la­sı:

ya­ra­dı­lış hə­qi­qə­ti" ad­lı II bey­nəl­xalq kon­frans­da iş­ti­rak et­di. Pro­fes­sor Mi­şel P.Je­rar bu kon­frans­da "Hə­ya­tın tə­sa­dü­fən ya­ran­ma­sı müm­kün­dür­mü?" möv­zu­sun­da mə­ru­zə ilə çı­xış et­di. O, öz nöq­te­yi-nə­zə­ri­ni şərh edə­rək və onu el­mi sü­but­lar­la əsas­lan­dı­ra­raq nit­qi­ni be­lə bi­tir­di:

 

"Can­lı or­qa­nizm­lə­rin qu­ru­lu­şu la­bo­ra­to­ri­ya sı­naq­la­rı nə­ti­cə­sin­də alın­mış or­qa­nizm­lər­dən güc­lü şə­kil­də fərq­lə­nir və ol­duq­ca mü­rək­kəb­dir. Biz fi­zi­ka və kim­ya qa­nun­la­rı­nı araş­dır­dıq­da və bu sua­la da­ir öz şərh­lə­ri­mi­zi ver­mə­yə cəhd et­dik­də fi­zi­ka və kim­ya qa­nun­la­rı bi­zə:

"Müt­ləq şü­ur­lu mə­na ol­ma­lı­dır, in­for­ma­si­ya­nı ni­za­ma sa­lan ya­ra­dı­cı Allah müt­ləq möv­cud­dur", - de­yə bil­di­rir­lər. Bu iza­hat bu gün üçün ən el­mi şərh­dir. Fi­zi­ka­nın və kim­ya­nın qa­nun­la­rı baş­qa bir şe­yi də təs­bit edir­lər: hə­ya­tın can­sız ma­te­ri­ya­dan tə­ka­mül yo­lu ilə ya­ran­ma­sı müm­kün de­yil.

Bu, tək­cə mə­nim el­mi cə­hət­dən əsas­lan­dı­rıl­mış nit­qi­min so­nu yox, ey­ni za­man­da, tə­ka­mül nə­zə­riy­yə­si­nin if­la­sı­dır".