İman edən ALİMLƏR

İsaak Nyuton (1642-1727)


İsaak Nyuton (1642-1727)

Bü­tün dövr­lə­rin da­hi ali­mi he­sab edi­lən İsa­ak Nyu­ton, ey­ni za­man­da, ri­ya­ziy­yat­çı və fi­zik idi. Əgər İsa­ak Nyu­to­nun el­mə ver­di­yi töh­fə­lə­ri qiy­mət­lən­dir­sək, ən əv­vəl onun kəşf et­di­yi ümum­dün­ya ca­zi­bə qüv­və­si­ni qeyd et­mək la­zım­dır. İsa­ak Nyu­ton güc və tə­ci­l arasındakı əlaqəni küt­ləyə bağlayırdı. O, hə­rə­kət və qey­ri-hə­rə­kət prin­si­pi­ni izah et­di, bə­də­nə qo­yu­lan bü­tün qüv­və­lə­rin əvəz­lə­yi­ci­si­nin sıfı­ra bə­ra­bər ol­du­ğu təq­dir­də bə­də­nin sü­rə­ti­nin də­yiş­mə­mə­si haq­da te­zis irə­li sür­dü.

Ar­tıq dörd əsr­dir ki, in­san fəa­liy­yə­ti­nin sa­də tex­ni­ki he­sab­la­ma­lar­dan ən çə­tin tex­no­lo­ji la­yi­hə­lə­rə qə­dər bü­tün sa­hə­lə­rin­də İsa­ak Nyu­to­nun di­na­mi­ka qa­nun­la­rı heç bir də­yi­şik­li­yə uğ­ra­ma­dan tət­biq edi­lir.
İsa­ak Nyu­ton ümum­dün­ya ca­zi­bə qa­nu­nun­dan əla­və, me­xa­ni­ka və op­ti­ka ki­mi fun­da­men­tal sa­hə­lər­də də va­cib kəşf­lər et­miş­dir. İsa­ak Nyu­ton işı­ğı təş­kil edən yed­di rən­gi kəşf et­mək­lə op­ti­ka ki­mi ta­ma­mi­lə ye­ni elm sa­hə­si­nin əsa­sı­nı qoy­du.
İsa­ak Nyu­ton in­san tə­fək­kü­rü­nün gə­lə­cək in­ki­şa­fı­nı mü­əy­yən edən bu nai­liy­yət­lər­lə ya­na­şı, ate­iz­mi tək­zib edən və ya­ra­dı­lış hi­po­te­za­sı­nı dəs­tək­lə­yən cid­di el­mi əsər­lər də yaz­dı. O, öz nöq­te­yi-nə­zə­ri­ni be­lə xü­la­sə edir­di: "Ya­ra­dı­lış kai­na­tın ya­ran­ma­sı­nın ye­ga­nə el­mi iza­hı­dır".
İsa­ak Nyu­ton ina­nır­dı ki, onun ifa­də et­di­yi ki­mi, nə­həng sa­at­lar­la fa­si­lə­siz iş­lə­yən me­xa­ni­ki kai­nat yal­nız həd­siz bi­lik və qüd­rət sa­hi­bi olan Ya­ra­da­nın əsə­ri ola bi­lər. Nyu­to­nun dün­ya pro­ses­lə­ri­nin axı­nı­nı də­yiş­di­rən kəşf­lə­ri­nin əsa­sın­da onun Allah`a ya­xın­laş­maq cəh­di da­ya­nır­dı. Nyu­ton üçün Allah`ı dərk et­mə­yin və Ona ya­xın­laş­ma­ğın yo­lu Allah`ın ya­rat­dıq­la­rı­nı öy­rən­mək­dir. Qar­şı­sı­na be­lə məq­səd qo­yan alim bö­yük şövq­lə təd­qi­qat iş­lə­ri­nə qa­pıl­mış­dı. "Princiria Mathematica" ("Ri­ya­ziy­ya­tın qa­nun­la­rı") əsə­rin­də Nyu­ton onu el­mi ax­ta­rış­la­ra va­dar edən sə­bəb haq­da de­yir­di:
"Al­lah-Təa­la nə­ha­yət­siz və müt­ləq­dir. O, hər şe­yi ba­ca­ran və ida­rə edən­dir. Onun möv­cud­lu­ğu əbə­diy­yə­tə bağ­lı­dır. O, əbə­di möv­cud­dur. O, bü­tün ol­muş­lar və ola­caq­lar haq­da bi­lir. O, son­suz və həd­siz­dir. O, əbə­di var­lıq­dır. O, hər za­man hər yer­də ola­raq za­ma­nı və onun müd­də­ti­ni ya­ra­dır"