İman edən ALİMLƏR

İohann Kepler (1571-1630)


İohann Kepler (1571-1630)

Kep­ler de­yir­di: "Biz as­tro­nom­lar, Al­lah di­ni­nin tə­rəf­dar­la­rı tə­bi­ət ki­ta­bı­na ba­xa­raq Allah`a şü­kür et­mə­li­yik".

As­tro­no­mi­ya­nın ba­ni­si olan da­hi alim pla­net­lə­rin hə­rə­kə­ti­ni he­sab­la­dı, Gü­nəş sis­te­min­də­ki mə­sa­fə və öl­çü­nü mü­əy­yən et­di, ul­duz­la­rın göy qüb­bə­sin­də hə­rə­kə­ti­ni əks et­di­rən ilk as­tro­no­mik təq­vi­mi bu­rax­dı.Də­rin el­mi bil­gi­lə­rə sa­hib olan Kep­ler, bu­nun­la be­lə, kai­na­tı Ya­ra­da­nın xəlq et­di­yi­nə ina­nır­dı. Kep­le­r ondan:

"Nə üçün elm­lə məş­ğul olur­san", - de­yə so­ru­şan­la­ra: "Yaradanın əsərlərindəki ləzzəti hiss et­mək üçün", - deyə cavab vermişdir.

Kep­ler ina­nır­dı ki, Allah hər əsə­rin­də Özü haq­da şa­hid­lik edir. Onun hə­ya­tı­nı və el­mi əsər­lə­ri­ni öy­rən­dik­də qar­şı­mı­za ge­niş dün­ya­ gö­rüş­lü və kai­nat­da İla­hi mə­na­nın var­lı­ğı­na qə­ti əmin olan bir in­san çı­xır.

Kep­ler özü­nə be­lə su­al­lar ve­rir­di: "Ağ ayı­la­rı və ağ ca­na­var­la­rı qar bas­mış şi­mal sa­hə­lə­ri­nə kim gön­dər­di? Ba­li­na, ayı və ca­na­var­la­rın ye­mi­nə çev­ri­lən yu­mur­ta­la­rı qo­yan quş­la­rı kim ora­da məs­kun­laş­dır­dı?" Özü də ca­vab ve­rir­di: "Bu, bi­zim Allah`ımızdır və O, hər kəs­dən yük­sək­də­dir. Onun müd­rik­li­yi son­suz­dur və Onun heç bir hü­du­du yox­dur". Kep­ler öz dü­şün­cə­lə­ri­ni bu cür da­vam et­di­rir­di: "Ya­ra­da­nı an­la­maq üçün bü­tün hiss­lə­ri­niz­dən və in­tui­a­si­ya­nız­dan is­ti­fa­də edin"