İman HƏQİQƏTLƏRİ

Kainatın yaradılışı


Kainatın yaradılışı

İn­san­lar yü­zil­lər­dir ki, «kai­nat ne­cə ya­ran­ıb?» sua­lı­na ca­vab ax­ta­rır­lar. Ta­rix boyun­ca bu­nun­la bağ­lı min­lər­lə mo­del iddia edilib. La­kin bu nə­zə­riy­yə­lər in­cə­lə­nən­də bəl­li olur ki, ha­mı­sı tə­məl­də iki mo­del­dən bi­ri­nin üzə­rin­də qu­ru­lub. Bun­lar­dan bi­ri ar­tıq heç bir el­mi da­ya­ğı və əsa­sı qal­ma­yan «son­suz kai­nat», ikin­ci­si isə ha­zır­da bü­tün el­mi çev­rə­lər­də qə­bul olu­nan «bö­yük part­la­yış» mo­de­li­dir. Bi­rin­ci mo­del kai­na­tı­n baş­lan­ğı­c və so­nunun ol­ma­dı­ğı­nı, ikin­ci­si isə ək­si­nə, bö­yük bir part­layış nə­ti­cə­sin­də ya­ran­dı­ğı­nı və fasiləsiz ge­niş­lən­di­yi­ni nə­zər­də tu­tur. Ar­tıq əsaslılığını iti­ri­miş bi­rin­ci mo­del kai­na­tın hü­dud­suz, əzə­li və əbə­di ol­du­ğu­nu, hə­mi­şə də in­di­ki ki­mi qa­la­ca­ğı­nı nə­zər­də tu­tur. Bu nə­zə­riy­yə qədim Yu­na­nıs­tan­da ya­ran­mış, da­ha son­ra Av­ro­pa in­ti­ba­hı dövründə ye­ni­dən gün­dəliyə gəl­miş, ma­te­ria­list fəl­sə­fə­nin əsa­sını təşkil etmişdi.

Kai­na­tın son­suz­lu­ğu fik­ri hə­mi­şə din­siz­li­yin və Al­la­hı in­kar edən ideo­lo­gi­ya­la­rın da­yaq nöq­tə­si olub. Çün­ki kai­na­tın baş­lan­ğı­cının və so­nunun ol­ma­ma­sı haq­qında müddəa­lar ey­ni za­man­da onu ya­ra­da­nın da ol­ma­ma­sı fik­ri­nə gə­ti­rib çı­xa­rır­dı. Am­ma elmin in­ki­şa­fı ma­te­ria­list­lə­rin bu id­dia­la­rının əsassız olduğunu sü­but edə­rək, kai­na­tın «Bö­yük part­layış» ad­lan­dı­rı­lan pro­ses nə­ti­cə­sin­də yox­dan var edil­di­yi­ni tu­tar­lı ar­qu­mentlər­lə or­ta­ya qoy­du. Yox­dan var edil­mə­nin isə bir adı var­: Ya­ra­dı­lış! Yə­ni bü­tün kai­nat son­suz qüd­rət sa­hi­bi olan Al­lah tə­rə­fin­dən ya­ra­dı­lıb.

Kai­na­tın ge­niş­lən­mə­si və «Big bang» həqiqəti

XX əsr­də As­tro­no­mi­ya el­mi xey­li in­ki­şaf et­di. Əvvəlcə 1922-ci il­də rus fi­zi­ki Alek­sandr Frid­man kai­na­tın dur­ğun (sta­tis­tik) qu­ru­lu­şa sa­hib ol­ma­dı­ğı­nı aş­kar­la­dı. Eyn­ştey­nin nə­zə­riy­yə­lə­ri­nə əsas­la­nan Frid­man he­sab­la­dı ki, kai­nat hə­rə­kət­də­dir və bu hə­rə­kət ge­niş­lən­mə, ya­xud yı­ğıl­ma ola bi­lər. Frid­ma­nın he­sab­la­ma­la­rı­nın əhəmiyyətini dərk edən ilk alim isə Bel­çi­ka­nın ən məşhur sə­ma bi­li­ci­si Corc Le­metr (Georges Lemaitre) ol­du. Le­metr də­qiq­ləş­dir­di ki, kai­na­tın bir baş­lan­ğı­cı olub və hə­min baş­lan­ğıc­dan üzü­bə­ri davamlı şə­kil­də ge­niş­lə­nir. Bel­çi­ka­lı ali­min fi­kir­lə­rin­də­ki da­ha bir önəm­li mə­qam isə o idi ki, hə­min baş­lan­ğıc anın­da­kı part­la­yışdan «ar­tıq» qa­lan bir ra­dia­si­ya ol­ma­lıy­dı və bu he­sab­la­na bi­lər­di. Le­metr əv­vəl­cə el­mi dai­rə­lər­də cid­di qar­şı­lan­ma­yan və dəs­tək al­ma­yan bu fi­kir­lə­rin doğ­ru­lu­ğu­na əmin idi. Çün­ki kai­na­tın ge­niş­lən­mək­də ol­ma­sı­na da­ir baş­qa ar­qu­ment­lər də bir-bir or­ta­ya çı­xır­dı.

Bu ara­da Ed­vin Habbl (Edwin Hubble) ad­lı ame­ri­ka­lı as­tro­nom nə­həng te­les­kop­la sə­ma­nı in­cə­lə­yər­kən ul­duz­la­rın uzaq­laş­ma­la­rı ilə bağ­lı ola­raq qır­mı­zım­tıl işıq yay­dıq­la­rı­nı üzə çı­xar­dı. O, Ka­li­for­ni­ya­da­kı Ma­unt Vil­son (Mount Wilson) rə­səd­xa­na­sın­da­kı bu kəş­fi­lə sa­bit kai­nat nə­zə­riy­yə­si­ni or­ta­ya atan və il­lər­lə dəs­tək­lə­yən bü­tün elm adam­la­rı­na mey­dan oxu­ya­raq hə­min tə­səv­vür­lə­ri kö­kün­dən sar­sıt­dı. Habb­lın kəş­fi gös­tə­rir­di ki, mü­şahi­də­nin apa­rıl­dı­ğı nöq­tə­yə doğru hərəkət edən işı­ğın spek­tri bə­növ­şə­yi, uzaq­la­şan işı­ğın spektri isə qır­mı­zı rən­gə doğ­ru də­yi­şir. Yə­ni Ka­li­for­ni­ya­da­kı Maunt Vilson rə­səd­xa­na­sın­dan iz­lə­nən ul­duz­lar Yer kürəsindən uzaq­laş­maq­da idilər. Mən­ti­qi ola­raq ba­şa düş­mək çə­tin de­yil ki, ul­duz­lar tək­cə biz­dən yox, həm də bir-bir­lə­rin­dən uzaq­la­şır­lar. Bu isə elə... kai­na­tın ge­niş­lən­mə­si de­mək­dir!

Kai­na­tın ge­niş­lən­mə­si­lə bağ­lı fakt­lar art­dıq­ca ye­ni id­dia­la­rın da ar­dı-ara­sı kə­sil­mir­di. Bu həqiqəti əsas tu­ta­raq yo­la çı­xan elm adam­la­rı Le­met­rin de­di­yi ki­mi, «za­ma­nı ge­ri­yə fır­la­dan­da» get­dik­cə ki­çi­lən, so­n­da nöq­tə boy­da qa­lan kai­nat mo­de­li ilə qar­şı­laş­dı­lar. Ri­ya­zi he­sab­la­ma­lar bü­tün kai­nat­da­kı mad­də­nin qay­na­ğı olan bu nöq­tə­nin dəh­şət­li ca­zi­bə qüv­və­si sə­bə­bin­dən «sı­fır həc­mə» sa­hib ola­ca­ğı­nı gös­tər­di. De­mək, kai­nat sı­fır həc­mə ma­lik bir nöq­tə­nin part­la­ma­sı ilə or­ta­ya çıx­mış­dı. Bu part­la­yı­şa «Big bang» (Bö­yük part­la­yış) adı ve­ril­di.

«Big bang»in gös­tər­di­yi önəm­li bir həqiqət var­dı: «sı­fır həcm» elə yox­luq de­mək ol­du­ğu­na gö­rə, kai­nat yox­dan var olub. Bu isə kai­na­tın bir baş­lan­ğı­cı ol­du­ğu de­mək­dir! Be­lə­lik­lə, ma­te­ria­liz­min «kai­nat əzə­li və əbə­di­dir» id­dia­sı dar­ma­da­ğın edil­di.

«Bö­yük part­la­yış»ın də­lil­lə­ri

Kai­na­tın bö­yük bir part­layış nə­ti­cə­sin­də ya­ran­ma­ğa baş­ladığı həqiqəti təs­di­qi­ni ta­pan­dan son­ra as­tro­fi­zik­lər bu yön­də araş­dır­ma­la­rı­nı sü­rət­lən­dir­di­lər. Corc Qa­mo­va (George Gamov) gö­rə, əgər kai­nat bir part­layışdan ya­ra­nıb­sa, de­mək, hə­min part­la­yış­dan son­ra «ar­tıq qa­lan» ra­dia­si­ya fə­za­ya da­ğıl­ma­lı­dır. Bu ver­si­ya­nın ya­yıl­dı­ğı il­lər­də bü­tün el­mi ta­pın­tı­lar «Big bang»i təs­diq­lə­yə­cək şə­kil­də ard-ar­da sı­ra­la­nır­dı. 1965-ci il­də Ar­no Pen­zi­as (Arno Penzias) və Ro­bert Uil­son (Robert Wilson) ad­lı iki tədqiqatçı hə­min ra­dia­si­ya dal­ğa­la­rı­nı kəşf et­di­lər. «Kos­mik fon ra­dia­si­ya­sı» adı ve­ri­lən bu ra­dia­si­ya fə­za­da­kı bəl­li bir qay­naq­dan ya­yı­lan hər han­sı ra­dia­si­ya­dan fərq­lə­nir­di. Baş­qa söz­lə de­sək, kon­kret mən­bə­yi yox idi, bü­tün kai­na­ta ya­yıl­mış­dı. Be­lə­cə, uzun müd­dət­dir kai­na­tın hər ye­rin­də bə­ra­bər öl­çü­də is­ti­lik dal­ğa­la­rı şək­lin­də təs­bit olu­nan bu ra­dia­si­ya­nın «Big bang»in ilk dö­nəm­lə­rin­dən qal­dı­ğı or­ta­ya çıx­dı. Üs­tə­lik, bu rə­qəm elm adam­la­rı­nın əvvəlcədən proq­noz­laş­dır­dıq­la­rı rə­qə­mə çox ya­xın idi. Pen­zi­as və Uil­son «Big bang»i təc­rü­bə yo­lu ilə sü­bu­ta ye­ti­rən ilk alim­lər ol­duq­la­rı üçün No­bel mü­ka­fa­tı­na la­yiq gö­rül­dü­lər.

Bir müd­dət son­ra isə Corc Smut (George Smoot) və onun NASA-da­kı ko­man­da­sı kos­mo­sa gön­də­ri­lən COBE sü­ni pey­ki va­si­tə­si­lə cə­mi­si sək­kiz də­qi­qə ər­zin­də Pen­zi­as­la Uil­so­nun ölç­mə­lə­ri­nin doğ­ru ol­du­ğu­nu təs­diq­lə­di­lər. Peyk­də­ki həs­sas ci­haz­la­rın gös­tə­ri­ci­lə­ri «Big bang»in hə­qi­qət ol­du­ğu­nu bir da­ha qə­ti şə­kil­də təs­diq­lə­di. Hə­min ci­haz­lar «Big bang»in ilk an­la­rın­da­kı hə­ra­rət və sıx­lı­ğının qa­lıq­la­rı­nı qey­də ala bil­miş­di­lər. Be­lə­cə, COBE «Big bang»in hə­qi­qət ol­du­ğu­nu aş­kar də­lil­lər­lə or­ta­ya qoy­muş­du və el­mi çev­rə­lər ar­tıq bu açıq həqiqəti eti­raf et­məyə məcbur idilər.

Bir baş­qa də­lil isə fə­za­da­kı hid­ro­gen və he­li­um qaz­la­rı­nın miq­da­rı­nın he­sab­lan­ma­sı za­ma­nı or­ta­ya çıx­dı. Be­lə ki, kai­nat­da­kı hid­ro­gen və he­li­um qaz­la­rı­nın nis­bə­ti «Big bang»dən «ar­tıq» qa­lan hid­ro­gen-he­li­um nis­bə­ti­nin nə­zə­ri gös­tə­ri­ci­lə­ri­nə son də­rə­cə ya­xın idi. Bu də­lil­lə­rin or­ta­ya çıx­ma­sı «Big bang»in elm alə­min­də qə­ti qə­bul olun­ma­sı ilə nəticələndi. Məşhur el­mi jur­nal olan «Scientific american» 1994-cü ilin ok­tyab­rın­da «Big bang» mo­de­li­nin «əs­ri­mi­zin qə­bul olun­muş ye­ga­nə mo­de­li» ol­du­ğu­nu yaz­mış­dı.

Uzun il­lər bo­yun­ca «sonsuz kai­nat» mo­de­li­ni dəs­tək­lə­miş alim­lər də bir-bi­ri­nin ar­dın­ca eti­raf­lar edir­di­lər. Fred Hoyl ilə bir­lik­də uzun müd­dət sa­bit kai­nat nə­zə­riy­yə­si­ni mü­da­fiə edən Den­nis Şia­ma (Dennis Sciama) «Big bang» həqiqəti qar­şı­sın­da düş­dü­yü aciz du­ru­mu be­lə an­lat­mış­dı:

- Bir vaxt­lar «sa­bit kai­nat» nə­zə­riy­yə­si­ni mü­da­fiə edən­lər­lə ona qar­şı çı­xan­la­rın ara­sın­da çox sərt çə­kiş­mə var­dı. Çox­la­rı ki­mi mən də inan­dı­ğım üçün de­yil, ger­çək ol­ma­sı­nı is­tə­di­yim üçün bu nə­zə­riy­yə­ni dəs­tək­lə­yir­dim. Mo­de­lin yan­lış­lı­ğı­nı gös­tə­rən də­lil­lər or­ta­ya çıx­dıq­ca həm mən, həm də Fred Hoyl on­la­ra ne­cə ca­vab ve­rə­cə­yi­mi­zi bil­mir­dik. Am­ma də­lil­lər ço­xa­lın­ca ar­tıq oyun bit­di və «sa­bit vəziyyət» nə­zə­riy­yə­si­ni bir tə­rə­fə at­dıq.

Al­lah kai­na­tı yox­dan var edib

Be­lə­lik­lə, elm in­ki­şaf et­dik­cə or­ta­ya çı­xar­dı­ğı də­lil­lər «sa­bit kai­nat» nə­zə­riy­yə­si­ni ta­ri­xin ar­xi­vi­nə gön­dər­di. Bu­nun ar­dın­ca isə da­ha önəm­li su­al­lar mey­da­na çıx­ma­ğa baş­la­dı ki, on­la­rın da ən vacibi «bö­yük part­la­yışdan əvvəl nə var idi?» sualıdır.

«Bö­yük part­la­yışdan əvvəl nə var idi?» sua­lı­nın bir­cə ca­va­bı möv­cud­dur: yer­lə­ri və göy­lə­ri bö­yük nizam için­də ya­ra­dan üs­tün güc və qüd­rət sa­hi­bi olan Al­lah. İna­nıb-inan­ma­ma­sın­dan ası­lı ol­ma­ya­raq, ək­sər elm adam­la­rı bu­nu qə­bul et­mək məcburiyyətindədirlər. Hət­ta el­mi plat­for­ma­da bu­nu qə­bul et­mə­yi öz­lə­ri­nə sı­ğış­dır­ma­sa­lar be­lə, bə­zi fi­kir və ifa­də­lə­ri on­la­rı ələ ve­rir. Mə­sə­lən, məşhur ate­ist fi­lo­sof En­to­ni Flu (Anthony Flew) eti­ra­fın in­sa­nın ru­hu­na xe­yir­li ol­du­ğu­nu de­yə­rək bun­la­rı bil­di­rir:

Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini deyirlər. Mən də bir eti­raf edə­cə­yəm: ate­izm ba­xı­mın­dan «Big bang» mo­de­li ol­duq­ca xo­şa­gəl­məz­dir. Çün­ki elm fak­tiki ola­raq di­nin id­dia­sı­nı sü­bu­ta ye­ti­rib ki, kai­na­tın bir baş­lan­ğı­cı var. Mən hə­lə də ate­iz­mə ina­nı­ram, am­ma eti­raf edim ki, «Big bang»in qar­şı­sın­da ate­iz­mi mü­da­fiə et­mək ol­duq­ca çə­tin­dir.

Entoni Flu 2004-cü ildə 88 yaşında ateizmi tərk etdiyini açıqlamışdır.

Ateizmi könüllü şəkildə tərk edirəm… Kainatın bir Ağıl tərəfindən yaradılması labüddür. Bir super Ağılı qəbul etmək, həyatın başlanğıcının və təbiətin kompleksliyinin ən doğru açıqlaması olduğunu düşünürəm. (http://www.biola.edu/anthonyflew/flew-interview.pdf)

İn­gi­lis ma­te­ria­list fi­zi­k H.P.Lip­son ki­mi bə­zi elm adam­la­rı isə «Big bang» nə­zə­riy­yə­si­ni is­tər-is­tə­məz qə­bul et­mək məcburiyyətində ol­duq­la­rı­nı eti­raf edir­lər:

- Mən­cə, bu nöq­tə­dən da­ha da irə­li­yə get­məyə və ye­ga­nə iza­hın ya­ra­dı­lış ol­ma­sı ilə ra­zı­laş­mağa məcburuq. Bu­nun özüm də da­xil ol­maq­la, ək­sər fi­zik­lər üçün son də­rə­cə xo­şa­gəl­məz və hət­ta ağır ol­du­ğu­nun fər­qin­də­yəm, am­ma əgər təc­rü­bə ilə əl­də olun­muş fakt­lar bir nə­zə­riy­yə­ni doğ­ru­la­yır­sa, xo­şu­mu­za gəl­di-gəl­mə­di, onun­la ra­zı­laş­ma­lı­yıq.

Nəticədə is­tə­sə­lər də, is­tə­mə­sə­lər də, elm ma­te­ria­list alim­lə­rin qar­şı­sı­na tək bir həqiqəti qo­yur: mad­də və za­man son­suz güc sa­hi­bi olan, göy­lə­ri, ye­ri və iki­si­nin ara­sın­da olan­la­rı qü­sur­suz ya­ra­dan bir Ya­ra­dı­cı, hər şe­yə qa­dir olan Al­lah tə­rə­fin­dən ya­ra­dı­lıb.

«Yed­di gö­yü və bir o qə­dər də ye­ri ya­ra­dan Al­lah­dır. Al­la­hın hər şe­yə qa­dir ol­du­ğunu, hər şe­yi öz el­mi­lə eh­ti­va et­di­yi­ni bi­lə­si­niz de­yə, (Al­la­hın) əm­ri on­la­rın ara­sın­da na­zil olar». («Ta­laq» su­rə­si, 12)

Qu­ra­nın işa­rə­lə­ri

«Big bang» mo­de­li bə­şə­riy­yə­tin kai­na­tı ta­nı­ma­sı­na yar­dım­çı ol­maq­la ya­na­şı, çox önəm­li bir funk­si­ya­nı da ger­çək­ləş­di­rib. Əvvəl si­tat gə­tir­di­yi­miz ate­ist fi­lo­sof En­to­ni Flu­nun de­di­yi ki­mi, «Bing bang»lə bir­lik­də «elm di­nin id­dia­sı­nı sü­bu­ta ye­ti­rib». Di­ni qay­naq­la­rın irə­li sür­dü­yü bu həqiqət kai­na­tın yox­dan ya­ra­dıl­ma­sı­dır. Bu el­mi kəş­fdən min­lər­lə il əvvəl Al­la­hın in­san­la­ra yol gös­tər­mək üçün gön­dər­di­yi mü­qəd­dəs ki­tab­lar­da ya­zı­lıb. Töv­rat, İn­cil və Qu­ran ki­mi ila­hi ki­tab­la­rın hər bi­rin­də kai­na­tın və ümu­miy­yət­lə, bü­tün­lük­də mad­də­nin Al­lah tə­rə­fin­dən ya­ra­dıl­dı­ğı xə­bər ve­ri­lib.

Bu ila­hi qay­naq­lar ara­sın­da təh­rif edil­mə­miş ye­ga­nə ki­tab olan Qu­ran­da isə həm kai­na­tın yox­dan ya­ra­dı­lı­şı, həm də bu ya­ra­dı­lı­şın bi­çi­mi ilə bağ­lı bil­gi­lər ve­ri­lib. 14 əsr əvvəl vəhy edi­lən bu bil­gi­lər XX əs­rin el­mi mə­lu­mat­la­rı ilə ta­ma­mi­lə düz gə­lir.

Hər şey­dən əv­vəl kai­na­tın yox ikən var edil­mə­si Qu­ran­da be­lə xə­bər ve­ri­lir:

« O, göyləri və yeri (yoxdan) var edəndir...» («Ənam» su­rə­si, 101).

Gü­nü­müz­dən tam 14 əsr əvvəl, in­san­la­rın kai­nat­la bağ­lı bil­gi­lə­ri son də­rə­cə məh­dud olan dö­nəm­lər­də Qu­ran­da bil­di­ri­lən bir baş­qa həqiqət isə ey­ni­lə «Big bang» nə­zə­riy­yə­si­nin önə çək­di­yi ki­mi, bü­tün kai­na­tın çox ki­çik həcm­də bir yer­dən ay­rı­lıb ge­niş­lən­mək­lə or­ta­ya çıx­ma­sı­dır:

«Mə­gər ka­fir olan­lar göy­lə yer bir-bi­ri­nə bi­ti­şik ikən Bi­zim on­la­rı ayır­dı­ğı­mı­zı, hər bir can­lı­nı su­dan ya­rat­dı­ğı­mı­zı bil­mir­lər­mi? Ye­nə də iman gə­tir­məz­lər?» («Ən­bi­ya» su­rə­si, 30)

Bu ayə­nin ərəb­cə ori­ji­na­lın­da çox önəm­li bir kəl­mə se­çi­mi var. Ayə­dəki «bir-bi­ri­nə bi­ti­şik ikən» şək­lin­də tər­cü­mə edi­lən «ratk» kəl­mə­si ərəb­cə lü­ğət­lər­də «bir-bi­rilə iç-içə, ay­rıl­maz hal­da, qay­na­yıb-qa­rış­mış» mənalarına gə­lir. Yə­ni tam bir bü­tün ha­lın­da olan iki mad­də­ni an­lat­maq üçün iş­lə­di­lir. Ayə­də­ki «ayır­dıq» ifa­də­si isə ərəb­cə «fatk» fe­li­dir ki, bu da «ratk» ha­lın­da­kı bir maddəni ya­rıb, par­ça­la­yıb, bayıra çı­xar­maq an­la­mı­na gə­lir. Mə­sə­lən, to­xu­mun cü­cə­rə­rək tor­pa­ğı ya­rıb çıx­ma­sı bu fel­lə ifa­də edi­lir.

Bu­nu bi­lən­dən son­ra ye­ni­dən ayə­yə ba­xaq. Ora­da göy­lə ye­rin «ratk» halında ol­du­ğun­dan bəhs edi­lir. Ar­dın­ca isə bil­di­ri­lir ki, on­lar «fatk» fe­li­lə ay­rı­lıb­lar. Yə­ni bi­ri di­gə­ri­ni ya­ra­raq ayrılıb. Həqiqətən də «Big bang»in ilk anı­nı xə­ya­lı­mız­da can­lan­dı­ran­da «kos­mik yu­mur­ta» de­yi­lən nöq­tə­nin (gə­lə­cək) kai­na­tın bü­tün mad­də­si­ni içi­nə al­dı­ğı­nı gö­rü­rük. Yə­ni hər şey, baş­qa söz­lə, «göy­lər və yer» bu nöq­tə­nin için­də «ratk» ha­lın­da­dır­lar. Ar­dın­ca hə­min «kos­mik yu­mur­ta» şid­dət­lə part­la­yıb, bu yol­la mad­də­lər «fatk» olub - yə­ni yu­mur­ta­nı ya­rıb bayıra çı­xa­raq bü­tün kai­na­tı əmə­lə gə­ti­rib­lər.

Qu­ran­da bil­di­ri­lən bir baş­qa həqiqət isə elm tə­rə­fin­dən an­caq 1920-ci il­lə­rin son­la­rın­da fərq edi­lən kai­na­tın ge­niş­lən­mə­si fak­tı­dır. Bir qə­dər əv­vəl bəhs et­di­yi­miz ki­mi, ilk də­fə Habb­lın ul­duz­la­rın işıq spek­tri­nin qır­mı­zı­ya doğ­ru sü­rüş­mə­si­nə əsaslanaraq kəşf et­di­yi bu həqiqət Qu­ran­da be­lə təs­vir olu­nub:

«Biz gö­yü qüd­rə­ti­miz­lə ya­rat­dıq və şüb­hə­siz, Biz onu ge­niş­lən­dir­mək­də­yik». («Za­ri­yat» su­rə­si, 47)

Qı­sa­sı, müasir el­min kəşf­lə­ri bir tərəfdən ma­te­ria­liz­min eh­kam­la­rı­nı dar­ma­da­ğın edər­kən, di­gər tərəfdən Qu­ran ayə­lə­rin­də xə­bər ve­ri­lən həqiqətləri bir da­ha təs­diq­ləyir. Çün­ki kai­nat ma­te­ria­list­lə­rin san­dı­ğı ki­mi, mad­di dün­ya­da­kı tə­sa­düf­lər­lə de­yil, Al­la­hın qüd­rə­ti­lə ya­ra­dı­lıb və Al­lah­dan gə­lən bil­gi, şüb­hə­siz ki, kai­na­tın ya­ra­dı­lı­şı haq­qın­da ən dol­ğun bil­gi­dir.