İman HƏQİQƏTLƏRİ

Böyük qüvvə və enerji sərf edən qarışqalar


Böyük qüvvə və enerji sərf edən qarışqalar


Dünyada hər biri fərqli şəkildə qidalanan minlərlə qarışqa növü var. Ətyeyən qarışqa növləri həşəratlarla və tutduqları heyvanlarla qidalanırlar. Digər növlər bitki kökləri toplayaraq yeraltı anbarlarına yığırlar. Hətta bəziləri topladıqları yarpaqlardan istifadə edərək göbələk istehsal edirlər. Növündən asılı olmayaraq, bütün qarışqalar çox güclü olurlar, öz çəkilərindən 10-50 dəfə ağır yük qaldıra bilirlər. Bu qüvvəni qida toplamaqda və koloniyalarını düşmənlərindən qorumaqda istifadə edirlər.


Yer üzündəki bütün canlılar kimi, qarışqalar da davranışları və işgüzarlıqları ilə birlikdə sonsuz elm və ağıl sahibi olan Allah tərəfindən yaradılmışdır. Bu həqiqət Quranda belə bildirilmişdir:


“... Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. (Allah) istədiyini yaradır. Allah hər şeyə qadirdir.” (Maidə surəsi, 17)