Axırzaman və MEHDİ (əs)

Şəhərlərin yox olması


Şəhərlərin yox olması

 

“Böyük şəhərlər dünən sanki yoxmuş kimi məhv olar". (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 38)


“Gözəl şəhərlər viran ediləndə... Qiyamətlə sənin aranda bu iki barmaq arası qədər məsafə qalmış deməkdir.”(Kıyamet Alametleri, səh. 143)


“Yer üzü darmadağın olmağa başlayacaq. Misir də darmadağın ediləcək, lakin Bəsrə viran edilənə qədər Misir viran olmayacaq. İraq darmadağın ediləcəyi üçün Bəsrə viran qalacaq. Nil quruyacağı üçün də Misir viran olacaq.” (Ölüm Kıyamet ve Diriliş, səh. 530)


Hədislərdə bildirilən böyük şəhərlərin, gözəl diyarların məhv olması və viran qalması müharibələr və müxtəlif təbii fəlakətlər nəticəsində baş verən dağıntıları ağla gətirir. Bunlarla yanaşı, yaxın keçmişdə istehsal olunan nüvə silahları, təyyarələr, bombalar, raketlər və bənzər silahların müharibələrdə istifadə edilməsi də böyük təxribata səbəb olmuşdur. Bu təxribat gücü yüksək olan silahlar tarixdəki bənzərləri ilə müqayisə edilməyəcək dərəcədə dağıntılara səbəb olmuşdur. Əlbəttə, hədəf mövqeyindəki "böyük şəhərlər" də bu dağıntılardan ən çox təsirlənən yerlər olmuşdur.


İkinci dünya müharibəsinin nəticələri buna nümunə kimi göstərilə bilər. Dünya tarixinin ən böyük müharibəsində atom bombasından istifadə edilməsi nəticəsində Xerosima və Naqasaki şəhərləri tamamilə yerlə-yeksan olmuşdur. Avropanın paytaxt və mühüm şəhərləri də ağır bombardmanlar nəticəsində darmadağın olmuşdur. Britaniya Ensiklopediyasında ikinci dünya müharibəsinin Avropa şəhərlərinə vurduğu zərər belə bildirilir:


Yaranan təxribat Avropanın böyük hissəsini Ayın səthinə çevirmişdi: Şəhərlər bombardmanlar nəticəsində yerlə-yeksan oldu, kurort məkanları yanıb, qapqara oldu, bombalar yolları deşik-deşik etdi, dəmiryolları istifadə olunmayacaq vəziyyətə gəldi, körpülər uçdu, limanlar məhv olmuş gəmilərlə doldu. Müharibədən sonra Almaniyanın amerikan hərbi qubernatoru general Lyusius D. Kleyin dediyi kimi; "Berlin sanki ölülər şəhəri idi".


Bir sözlə, ikinci dünya müharibəsinin səbəb olduğu böyük təxribat hədisin işarə etdiyi hadisələrlə tam uyğunlaşır.