Axırzaman və MEHDİ (əs)

Hz. Mehdinin çıxış əlamətlərinin ard-arda meydana gəlməsi


Hz. Mehdinin çıxış əlamətlərinin ard-arda meydana gəlməsi

1) Hz. Mehdinin çıxış əlamətlərinin ard-arda meydana gəlməsi

Hz. Mehdinin çıxış əlamətləri ilə bağlı hədislərdə bu əlamətlərin “təsbeh dənələri" kimi ard-arda baş verəcəyi bildirilmişdir. Həqiqətən də, Peyğəmbərimizin (səv) bildirdiyi kimi, əlamətlər bir-birinin ardınca reallaşır. Bütün dünyada fitnələr, qırğınlar və böyük fəlakətlər ard-arda baş verir, yoxsulluq, aclıq və hərc-mərclik artır, insanlar böyük çətinliklərlə üzləşirlər. Bütün bu əlamətlərin müəyyən zaman ərzində ardıcıllıqla reallaşması müsəlmanların əsrlərdir gözlədikləri o mübarək şəxsin zühurunun çox yaxınlaşdığını göstərir. (Allahu aləm)

Mən Əbu Abdullah Hüseyn ibn Əliyə dedim ki, "Bu işdən əvvəl əlamətlər vardırmı? (Mehdinin zühurunu nəzərdə tutur)" Dedi ki, "Bəli." Soruşdum ki, "Nədir onlar?" Dedi ki, "Abbasilərin həlakı, Süfyanilərin ortaya çıxması, Bəydada batma." Mən yenə: "Bu işin uzanmasından qorxuram"- dedim. Dedi ki: "Əlamətlər təsbeh dənələri kimi bir-birinin ardınca meydana gələr." (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti´nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 34)

Qiyamət əlamətləri bir-birinin ardınca reallaşar. Bir cərgədəki muncuqların ard-arda qopması kimi. (Ramuz-El Ehadis, 277/6; Camiü´s-Sagir, 3/167)

Çox acınacaqlı vəziyyətlər olar. Fitnələr durmadan davam edər... (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti´nin Tasnifinden Hadisler - Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 36)

Bir fitnə olar, ardınca digər fitnələr baş verər… (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 26)