MÜNAFİQLƏR

Bir-birinə zidd sözlər danışırlar


 Bir-birinə zidd sözlər danışırlar

Sizin sözləriniz ziddiyyətlidir. (Zəriyət surəsi, 8)

Yuxarıdakı ayədə də bildirildiyi kimi, münafiqlər ziddiyyətli sözlər danışırlar. Tez-tez yalan söylədikləri üçün çox vaxt sözlərindən biri digərinə uyğun olmur. Möminlər kimi ağıllı olmadıqları və yalnız zəkalarından istifadə edərək danışdıqları üçün sözlərinin ziddiyyətli olması da çox normaldır. Çünki Quranda "anlamayan" qövm olaraq bəhs edilən münafiqlər ağılsız olduqları üçün hadisələri qavramır və hikmətlərini görə bilmirlər. Həmçinin, "anlamadıqları" üçün "bir-birinə zidd sözlərlə" nə qədər alçaldıqlarının fərqinə də varmırlar. Halbuki özlərindən başqa hər kəs onların ziddiyyətli danışdıqlarını bilir.