DİGƏR varlıqlar

Şeytanın hiyləsi: təşviş


Şeytanın hiyləsi: təşviş

İman gətirməyən insanlar şeytanın təsiri ilə bir çox yanlış məlumatı öyrənir və bunları həyatlarında tətbiq edirlər. Bu məlumatların təsiri ilə özlərinə zərər versələr belə, yanlış davranışları xarakterlərinin bir hissəsi zənn etdikləri üçün dəyişməyə ehtiyac duymurlar. Məsələn, təşvişə düşmək onlar üçün normal xüsusiyyətdir. Bu xüsusiyyətlərini qəbul etdikləri üçün gün ərzində qorxu və təşviş içərisində yaşayırlar. Hətta gözləmədikləri bir hadisə ilə qarşılaşanda şüurlarının qapanacağı dərəcədə təşvişə düşür, necə davranacaqlarını bilmirlər.

Bu vəziyyətlə "razılaşdıqlarına" görə özlərinə etdikləri psixoloji təzyiq bədənlərində bir çox mənfi təsirlər yaranır. Bu qədər təşvişin, həyəcanın nəticəsində bədənləri gərginləşir, başları ağrıyır, daim tərləyirlər, nəfəsləri daralır, təzyiqləri yüksəlir, hətta infarkt da keçirirlər.

İnsan hər şeyin yalnız Allah tərəfindən yaradıldığını bilərək, rahatlıqla yaşaya bilər. Allah’ın hər şeyi xeyirlə yaratdığını və qədərdə hər şeyin çoxdan yaşanıb bitdiyini və heç kimin qədəri dəyişdirə bilməyəcəyini, təşvişə düşməyin fayda deyil, ancaq zərər gətirdiyini bilən möminlər heç vaxt təşvişə düşmürlər. Allah’a təvəkkül edirlər. Heç gözləmədikləri qeyri-adi bir hadisə ilə qarşılaşsalar belə, təşvişə düşməyin fayda verməyəcəyini bilirlər. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə üstünlük təşkil edən "bu hadisədə də təşvişə düşmək olmaz?!" məntiqinin qədər inancı ilə ziddiyyətli olduğunu bildikləri üçün yalnız Allah’dan qorxur, Allah’a üz tuturlar. Nəticədə də Allah müsəlmanlara ruhən sevinc, dinclik, fiziki sağlamlıq və güc verir. Allah cənnətlə müjdələdiyi iman gətirənlərin üstün olduqlarını, təşvişə düşməmələrin və qorxmamalarının lazım olduğunu ayələrdə belə bildirir:

“Həqiqətən də: “Rəbbimiz Allah’dır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (“Fussilət” surəsi,30)

“Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olan sizlərsiniz.” (“Ali-İmran” surəsi,139)