Haqq Rəbbinizdən gələndir
Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə yanlış din anlayışı hakimdir. Belə cəmiyyətlərdə böyüyən insanlar dini sadəcə şifahi məlumatlarla öyrənir, Allahı və Allahın əmr etdiyi gözəl əxlaqı tanımırlar. Buna görə, hər kəsin din adına fərqli tətbiqləri, qanunları və bir-birinə bənzəməyən doğru və yanlışları olur. Halbuki gerçək dinin öyrənilməsinin əsas mənbəyi Quran və Peyğəmbərimizin (səv) sünnəsidir. Quran bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür.
Quran hər insanın başa düşəcəyi sadə və anlaşılan üsluba, bənzərsiz hikmətə sahibdir. Buna baxmayaraq, Allaha və dinə qarşı səmimiyyətsiz olan, hətta düşmən kimi yanaşan bəzi insanlar Qurana ön mühakimə ilə yanaşır, yanlış məntiq səbəbi ilə ayələri doğru şərh etmirlər. Bəziləri də dini qəsdən çətin göstərmək üçün özlərindən bir çox batil inanc, bidət və xurafat çıxarırlar. Quranı bilən və Peyğəmbərimizin (səv) həyatını tanıyan iman sahibləri isə bunların xurafat olduğunu anlayır və heç birinə etibar etmirlər. Lakin Allahı və Quranı tanımayanlar cahilliklərindən bu xurafatların təsirində qalır, Qurana əsaslanmayan bu batil dini yanlış olaraq gerçək din zənn edirlər. Quran və hədisləri oxumadıqlarına görə də Allahın bəyənib seçdiyi dinin gözəlliklərini görmürlər.
Allahın bütün insanlara hidayət olaraq endirdiyi Qurandakı yazılar bu xətalı yolu izləyənlərin əksəriyyətini heç maraqlandırmır. Dinlə əlaqədar hər hansı bir mövzunu öyrənmək istədikdə Allahın qiyamətə qədər qoruyacağı Qurandan kənar bir çox yanlış mənbəyə müraciət edir, lakin Quranı oxumurlar. Bu vəziyyət Quranda “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” (Furqan surəsi, 30) ayəsi ilə ifadə edilir. Halbuki dinin mənbəyi Quran ayələri və Quranda əmr edilənləri ən gözəl şəkildə tətbiq edən Peyğəmbərimizin (səv) sünnəsi, yəni sözləri, davranışları və hər cür işləridir. Allah Quranı insanların oxuyub anlaması, içində yazılanları öyrənməsi, bütün kainatı yoxdan var edən Rəbbimizi tanıması və Ona necə qulluq edəcəyini bilib çəkinməsi üçün göndərmişdir. Ayələrini hər növ örnək və qissələrlə bir-bir və müxtəlif cür açıqlamışdır. Allahın “...Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq...” (Ənam surəsi, 38) ayəsində bildirdiyi kimi, Quran nöqsansızdır. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyatla əlaqədar bir çox şey Quranda ən hikmətli şəkildə açıqlanmışdır. Allah “Sizə sizləri xatırladan bir kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya surəsi, 10) ayəsi ilə bizlərə bu həqiqəti bildirir.
Bu kitab Quranın Allahın sözü və insanlar üçün hidayət rəhbəri olduğunu, dünyadakı hər insana xitab etdiyini, hökmlərinin endirildiyi zamandan bu yana bütün dövrləri əhatə etdiyini, dolayısilə, hər insanın üz tutması gərəkən ən əhəmiyyətli qaynaq olduğunu açıqlamaq məqsədilə hazırlanmışdır.
İslam dininin düzgün öyrənilməsi və Quran ayələrinin lazımi şəkildə qavranılması insanların düz yolu tapmaları üçün çox zəruridir. Bu mövzunun bütün insanlara çatdırılması isə ağıllı, vicdanlı və sağlam düşüncəli hər müsəlmanın ən önəmli vəzifələrindən biridir.
QURANİ-KƏRİM HAQQ KİTABDIR
Adnan Oktar: Üç din yaradıb cənabi-Allah. Musəvilik, İsəvilik və Muhəmmədilik. Muhəmmədi din, yəni İslam dini haqq dindir. Bu da imtahanın bir şərtidir. Bu quruluş içində bu da görünür. İncil, yəni səmimi deyirəm, baxan kimi təhrif olduğu görünür. Üç üqnum inancı, yəni bir insana Allah deyilməsi çox böyük zülmdür. Böyük zülmdür və xristianlara qarşı oyun oynanılmışdır. Musəvilikdə də axirət inancı çox çıxarılmışdır. Buna baxmayaraq, bir az qalıb, amma çox çıxarılıb.
Aparıcı: Kitablar dəyişdirilibmi?
Adnan Oktar: Çox dəyişdiriblər. Yəni onsuz da inkar etmirlər. “Bəli”, -deyirlər. Lakin haqq olan hissələr var təbii ki, onlar dəyişdirilmədən qalıb. Onsuz da biz o qalanları kitab halına saldıq. Toplu şəkildə bir araya gətiririk, yəni Quranla uyğun olan yerləri. Quran açıq şəkildə həqiqətdir. İndi burada bunun o qədər uzatmağa yönü yoxdur. Hər vicdan, hər səmimi vicdan Quranı o dəqiqə anlayar. Başa düşülməyən yönü yoxdur. Bu, çox böyük nemətdir, Allaha şükür. Məsələn, baxın, axirəti biz bilməyəcəkdik və incəliklərindən xəbərimiz olmayacaqdı. Tövrata görə bilməyəcəkdik, İncildə də axirətin incəlikləri çox azdır. Çox az. Çox zəif izahlar var. Quran çox düzgündür. Allah Quranda lap gözəl anlatmışdır. Allahın varlığı və Quran çox dəqiqdir, yəni o mövzuda insanların qərarsız olacağı kimi deyil. (Adnan Oktarın 13 mart, 2010-cu il tarixli www.harunyahya.tv reportajından)