Lui Paster (1822-1895)
Tibb elmi tarixində əhəmiyyətli rol oynayan Paster mikrob nəzəriyyəsi ilə və qəti şəkildə təkamül nəzəriyyəsinə qarşı çıxması ilə məşhurdur. Apardığı tədqiqatlar onu bakteriyaları daha da dərindən araşdırmağa yönəltmişdir. Paster bu sahədəki tədqiqatları nəticəsində quduzluq, difteriya və digər xəstəliklərə qarşı mübarizə aparmaq üçün peyvənd üsulunu təkmilləşdirmiş, sterilizə etmə üsulunu kəşf etmişdir.
Allah inancı çox güclü olan Paster yaşadığı dövrdə Darvinin təkamül nəzəriyyəsinə qarşı çıxdığı üçün bir çox fikri hücuma məruz qalmışdır. Elmlə din arasındakı uyğunluğu müdafiə edən Pasterin bu mövzuda söylədikləri çox məşhurdur. Bu sözlərdən bəziləri belədir:
“Təbiəti nə qədər çox araşdırsam, Yaradanın əsərləri qarşısında inancım bir o qədər artır”. (Jeffrey L. Sheler and Joannie M. Schrof, The Creation, US News & World Report, Vol.111, No. 26, December 23, 1991 s.62)
“Elm insanı Allaha aparır. Bir mikrobun varlığı belə iman gətirmək üçün kifayətdir”. (Taşkın Tuna, Sonsuz Uzaylar, s.31)