İSLAMİ hökmlər

İslam dinində məcburiyyət yoxdur, hər bir insan ibadətində və inancında azaddır


İslam dinində məcburiyyət yoxdur, hər bir insan ibadətində və inancında azaddır

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

İslam dini gözəllik və sevgi dinidir. İslam dinini yaşayan insanlar bu gözəl dini və onun dərinliyini yaşadıqca daha da həyəcanlı və şövqlü olurlar. İslama olan bağlılığın qaynağı Allaha olan eşqdir. Bir müsəlman Allah eşqindən namaz qılar, Allah eşqindən ibadətlərini yerinə yetirər və Qurana görə yaşayar. Allah Quranda müsəlmanların bu xüsusiyyətini “qəlbən iman gətirmiş”, “qəlbən inananlar” ifadələri ilə xəbər vermişdir.

Bir müsəlman Allahın ucalığını və İslamı ağlı ilə dərk edər və qəlbən də təsdiq edər. Quranda bildirildiyi kimi, heç kim başqa bir insana bunu zorla və təzyiq göstərərək qəbul etdirə bilməz. Əgər bir insan təzyiq yolu ilə ibadətə məcbur edilirsə, bu, onu müsəlman deyil, əksinə, bir münafiq halına gətirir. Bu şəkildə, İslamın tamamilə qarşı olduğu bir insan modeli ortaya çıxır. Münafiq təzyiq altında olarkən müsəlman olduğunu söyləyər, lakin daxilən Quran əxlaqından uzaq olan, İslama və müsəlmanlara qarşı düşmən olan saxtakardır. Allah ayələrində münafiqlik edənləri belə tərif etmişdir:

İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və axirət gününə inanırıq”, –deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 8-10)

Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər. (Bəqərə surəsi, 14)

Bu, ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. (Münafiqun surəsi, 3)

Şübhəsiz ki, yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir.... (Nur surəsi, 11)

Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər. (Bəqərə surəsi, 10)

İslamın təbliğ edilməsi və İslamın hökmlərinin təqdim etdiyi gözəl əxlaqın tanıdılması hər müsəlmanın üzərinə düşən vəzifədir. Lakin bu, Quranın hökmünə görə, əsla təzyiq yolu ilə reallaşa bilməz. Quran xristianlara da, yəhudilərə də təbliğ edilər, lakin bu insanlar əgər öz dinlərini yaşamaq istəsələr, artıq onları məcbur etmək olmaz.

Məhz bu səbəbdən, Allah: "Dində məcburiyyət yoxdur", -deyərək imanın sevgi ilə və qəlbən olduğunu xəbər vermişdir. Təzyiq altında müsəlmanlıq İslam dinində qadağan edilmişdir.

Yaşadığımız dövrdə - axırzamanda Allahın iznilə hz. İsanın (ə.s.) və hz. Mehdinin (ə.s) zühuru çox yaxındır. Hz. Mehdi (ə.s.) dövründə insanlar dini qavrayacaq və dəstə-dəstə Allah inancına yönələcəklər. Hz. Mehdi (ə.s.) müsəlmanlara Quranla, xristianlara İncilin əsli, yəhudilərə də Tövratın əsli ilə hökm edəcək. Hz. Mehdi (ə.s.) əsla qan tökməyəcək, Quranda əmr edildiyi kimi, gözəl öyüd və sevgi ilə insanları Allah inancına və dinə dəvət edəcək.

Qab su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaq. Heç kimin arasında düşmənçilik qalmayacaq. Bütün düşmənçiliklər, həsədlər, şübhəsiz, itib gedəcək. (Səhihi-Müslim, 1/136)

... Cənabi-Haqq İslamı necə bizimlə başlamışdırsa, Onunla (hz. Mehdi (ə.s.) ilə) sona çatdıracaq. Necə bizimlə onlar arasındakı şirk və ədavətdən (hüsumət və düşmənçilikdən) xilas olmuş və ürəklərinə ülfət (dostluq) və məhəbbət (sevgi) yerləşmişsə, (hz. Mehdinin (ə.s.) gəlişi ilə) yenə elə olacaq. (Ahir Zaman Mehdisi´nin Alametleri, Celalettin Suyuti, s. 20)

 "... Onun (hz. Mehdi (ə.s.)) dövründə yaxşı insanların yaxşılığı artar, pislərə belə yaxşılıq edilər". (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 17)