Allah sıxıntı və ehtiyac olanın duasını qəbul edir
Dua vaxtları insanın Allaha yaxınlığının, dostluğunu və Ona nə qədər möhtac olduğunun anlaşıldığı vaxtlardır. Çünki insan dua edərkən həm Allahın qarşısında nə qədər aciz olduğunu anlayır, həm də ona Allahdan başqa heç bir gücün yardım edə bilməyəcəyinin fərqinə varır. İnsanın duasında səmimiyyəti isə Allahdan istədiyi şeyə nə qədər ehtiyac duyduğunu hiss etməsi ilə əlaqəlidir. Məsələn, hamı dünyaya sülh və hüzurun gəlməsi üçün dua edə bilər. Lakin savaş mühitindəki insan başqalarına görə çətin durumda olduğu üçün Allaha daha çox yalvarmaqla dua edər. Yaxud da dənizdə fırtınaya düşənlər, qəza baş verən təyyarədəkilərin hamısı Allaha yalvara-yalvara dua edərlər. Allah bir ayədə bunu belə bildirir:
De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”, -deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”(Ənam surəsi, 63)
Allahın Quranda insanlara bildirdiyi yalvararaq edilən duadır:
Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz! (Əraf surəsi, 55)
Allah başqa bir ayədə isə sıxıntı və ehtiyac içində olanın duasını qəbul etdiyini bildirir:
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?(Nəml surəsi, 62)
Əlbəttə, bir insanın Allaha yalvarması üçün ölüm təhlükəsində olması şərt deyil. Bu nümunələr insanların səmimi dualarının hansı ruh halını gərəkdirdiyini, ölümə yaxın zamanlarda Allaha necə yönəldiklərini müqayisə edə bilmək baxımından verilir. Allaha könüldən bağlı olan möminlər isə ölümü görməsələr belə, Rəbbimizə həmişə səmimiyyətlə və acizliklərini bilərək möhtac halda yönələrlər. Bu, onları inkar edənlərdən və imanı zəif olanlardan ayıran xüsusi özəllikdir.
İnsan halal-haram hədləri daxilində Allahdan hər şey istəyə bilər. Çünki daha öncə də müəyyən edildiyi kimi, Allah bütün kainatın tək hakimi və sahibidir. Əgər diləyərsə, insana hər dilədiyini verər. Dua ilə Allaha yönələn insan Allahın hər şeyə gücünün yetdiyinə, hər istəyinin Allah üçün asan olduğuna və duası xeyirlə nəticələnəcəksə, Allahın istəyini gerçəkləşdirəcəyinə iman gətirməlidir. Quranda nümunələri verilən peyğəmbərlərin və saleh möminlərin duaları möminlərin Allahdan nə istədiklərinə dair bir örnəkdir. Məsələn, hz. Zəkəriyya Allahdan xeyirli soy istəmişdir və xanımının sonsuz olduğuna baxmayaraq, Allah onun duasına qarşılıq vermişdir:
Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində bədbəxt olmamışam. Mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o, (Sənin) razılığını qazanmış olsun!” (Məryəm surəsi, 3-6)
Allah hz. Zəkəriyyanın duasını qəbul edib onu hz. Yəhya ilə müjdələmişdir. O, bu müjdəni alarkən xanımı doğuma uyğun olmadığından təəccüblənmişdir. Allahın mələkləri vasitəsilə hz. Zəkəriyyaya verdiyi cavab möminlərə dua baxımından xüsusi sirr təşkil edir:
O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?” (Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”» (Məryəm surəsi, 8-9)
Quranda duası qəbul olan bir çox peyğəmbərin xəbəri verilir. Məsələn, hz. Nuh hidayət tapmaları üçün hər yolu sınadığı, lakin azğınlığı getdikcə artan qövmü üçün Allahdan əzab istəmiş və Allah bu duaya qarşılıq olaraq qövmünə onları tarixə qovuşduracaq cəza vermişdir.
Sıxıntı üzündən hz. Eyyub da Allaha səslənib “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83) -demişdir. Allah hz. Eyyubun duasının qarşılığını Quranda belə xəbər verir:
Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik, bir o qədər də əlavə etdik. (Ənbiya surəsi, 84)
Dolayısilə, dua edənlər Allahın hər şeyə gücünün çatdığını və Allahın “ol” əmri ilə hər şeyin bir anda olacağını bilməli, həmçinin bunlara iman gətirərək Allahdan istəməlidir. Ayədə də bildirdiyi kimi, Allah üçün hər şey asandır və Allah hər duanı eşidib bilir.
Dolayısilə, dua edənlər Allahın hər şeyə gücünün çatdığını və Allahın “ol” əmri ilə hər şeyin bir anda olacağını bilməli, həmçinin bunlara iman gətirərək Allahdan istəməlidir. Ayədə də bildirdiyi kimi, Allah üçün hər şey asandır və Allah hər duanı eşidib bilir.