Allahı zikr etdikdə münafiqlərin qəlbində fiziki narahatlıq yaranır
Münafiq Quran ayələri üzərində düşünmür, ayələrin ondan bəhs etməsinə heç ehtimal vermir.
Allahı zikr etdikdə münafiqlərin qəlbində fiziki narahatlıq yaranır, sıxılırlar, eşitmək istəmirlər. Ancaq saatlarla dünyəvi söhbətlərdən danışırlar.
Münafiqin xəstəliyini başa düşmək üçün sosial şəbəkələrdə istifadə etdiyi üsluba nəzər yetirmək kifayətdir. Allah, Peyğəmbər (səv) sevgisindən heç danışmaz.
Münafiqin gələcək qorxusu çox güclüdür. Küfrü güclü hesab etdiyi üçün ona yaltaqlanır.
Əzik, yaltaq insanlar güclü hesab etdikləri insanlara özlərini bəyəndirmək üçün alçaldılmağı qəbul edirlər, çox zavallıdırlar.
Mömin özünü kafi görməz. Münafiq əlamətlərini izah etdikcə ibrət alırıq və Allahdan qorxuruq.
Münafiqlərin küfrün yanındakı üslubları ilə möminlərin yanındakı üslubları fərqlidir. Küfrə qarşı hörmətcil, möminlərə qarşı laqeyd və təkəbbürlüdürlər.
Münafiqlər müsəlmanları inandırmaq üçün tez-tez and içirlər. Davamlı insanların əleyhində mənfi fikirlər səsləndirirlər.
Münafiq həmişə şər danışır, susduqda da üzündəki ifadə nursuz və pisdir.
Küfr bir sistem yaradır. Onlar üçün bir simvol və ya işarə, öz aləmlərində, çox böyük məna kəsb edir və ondan heç cürə ayrıla bilmirlər.
Münafiqlər ilk fürsətdə əvvəlki inanclarına, həyatlarına geri qayıtmaq istəyirlər. Əvvəlki əxlaqsızlıqlarını heç unutmurlar, onu davam etdirmək istəyirlər.
Münafiq xalqa və səbəblərə güvənir, Allahın gücünə güvənmir. Halbuki müsəlman hər kəs qarşı olsa belə Allah üçün haqqı müdafiə edər.