MÖMİNLƏR

Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc


Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc

Allah rizası üçün həmrəy olmaq möminlərin gündəlik həyatda və çətinliklər qarşısında müvəffəqiyyət əldə etməsinin vacib sirridir. Müsəlmanların tarix boyu başlarına gələn hadisələrə baxdıqda da çətinliklərdən həmişə bu tərzdə xilas olduqlarını görürük. Başda insanlara nümunə olan peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və səhabələri olmaqla bütün müsəlmanlar bu əxlaqı ən gözəl tərzdə yaşayıblar. Göstərdikləri üstün əxlaq və fədakarlıq nümunələri ilə İslamiyyətin və Quran əxlaqının   bütün dünyaya yayılmasına səbəb olublar.

Möminlərin vacib xüsusiyyətlərindən biri də qardaşlıq, həmrəylik mənasını verən təsanüddür. Rəbbimiz Quranda bütün möminlərin qardaş olduğunu bildirmişdir. Möminlər Allah rizası üçün yaşayan, Onun rəhmətini və cənnətini ümid edən insanlardır. Buna görə də bir-birilərini çox sevirlər və həmrəydirlər. Allah bu gözəl əxlaq xüsusiyyətindən razı olduğunu  Quranda belə bildirir:

´´Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.´ (Saff surəsi, 4)

Möminlər gözəl əxlaqlı, təvazökar və sevgi doludurlar.  Buna görə də möminlər arasında təsanüd çox rahat yaranır. Allah möminlərin bir-birlərinə olan bağlılıqlarının necə olduğunu Quranda belə bildirmişdir:

´Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın!   Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.´ (Ali-İmran surəsi, 103)

Möminlər arasındakı həmrəyliyin vacib xüsusiyyətlərindən biri də qısqanclıq, kin və ya mənfəətçilik kimi rəftar pozuqluqlarının olmamasıdır. Başlarına hansı hadisənin gəlməsindən asılı olmayaraq, heç vaxt fədakarlıq, təvazökarlıq və bağışlayıcılıq kimi Quran əxlaqının qazandırdığı rəftarlardan əl çəkmirlər.

Uca Rəbbimiz Quranda möminləri təsanüdü pozan rəftarlara qarşı xəbərdar edir. Məsələn, mömin digərinin xoşuna gəlməyən və onu təhqir edən üslubdan qətiyyən istifadə etməməlidir. Allah Quranda bu vəziyyəti belə bildirmişdir:      

´´Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.´ (İsra surəsi, 53)