Quranda qadına verilən dəyər
Quran əxlaqının yaşanmadığı cahil cəmiyyətlərdə qadın və kişi üçün fərqli qanunlar müəyyən olunmuşdur. Kişinin göstərməli olduğu xüsusiyyətlər qadından tamamilə fərqlidir.
Quran əxlaqından xəbərsiz yaşayan bu qadınlar, ümumiyyətlə, cəmiyyət tərəfindən təyin olunan və nəsildən-nəsilə ötürülərək gələn xarakterə sahibdirlər. Quranda bildirilən ideal qadın xarakteri isə tamamilə fərqlidir. Qurana görə qadın və kişi eyni məsuliyyətlərə sahibdirlər.
Allah Quranda "ideal müsəlman xarakteri"ndən bəhs etmişdir. Bu xarakterdə kişinin məsulliyyətləri eynilə qadına da aid edilmişdir. Həmin əxlaqı yaşayan müsəlman qadın olduqca güclü və imanlıdır.
Dünyanın bir çox ölkəsində şiddətə və pis rəftara məruz qalan, işsiz, qayğıya möhtac, qocalar evində tərk edilmiş nə qədər qadın var və bu vəziyyətlərinə çıxış yolu tapa bilmirlər. Bu problemin əsl həlli Quran əxlaqının yaşanmasındadır. Ancaq burada diqqət edilməli məqam var. Quran əxlaqı Allah´ın rizasını və sevgisini qazana bilmək üçün yaşanmalıdır.
Allah Quranın bir çox ayəsində qadınların haqlarını qoruyaraq cahil cəmiyyətlərdə onlara aid edilən səhv düşüncələri aradan qaldırmış, beləliklə, qadınlara cəmiyyətdə dəyər qazandırmışdır. Rəbbimiz insanlara Quranda üstünlüyün cinsiyyətlə deyil, Allah qorxusu, iman, gözəl əxlaq və təqva ilə olduğunu bildirmişdir.
İnsanlar arasındaki üstünlük meyarı təqvadır
Bəzi insanlar üçün bir şəxsin dərisinin rənginin, danışdığı dilin, hansı millətdən olduğunun da böyük əhəmiyyət daşıdığını görürük. Bu üstünlük müxtəlif cəmiyyətlərə görə fərqli olsa da, ümumiyyətlə, eyni mənaya gəlir.
Məsələn, bu insanlar qadınları cəmiyyətin təyin etdiyi qayda-qanunlar əsasında dəyərləndirirlər. Buna görə bəzi qadınları ikinci dərəcəli insan kimi qəbul edir və həyatlarını da bu yanlış düşüncə ilə dəvam etdirirlər. Ancaq Allah Quranda insanlar arasındakı tək üstünlüyün təqva olduğunu bildirmişdir. Allah ayədə "... Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!" (Bəqərə surəsi, 197), - deyə buyuraraq insanların qazanacaqları ən gözəl xüsusiyyətin təqva olduğunu xəbər vermişdir. Buna görə də insanların əsl hədəfləri mal-mülk, şan-şöhrət kimi maddi dəyərlər deyil, onlara həm dünyada, həm də Allah Qatında üstünlük qazandıracaq “təqva” olmalıdır.
Allah´ın Quranda bildirdiyi ayələrdən aydın olduğu kimi, üstünlüyü qadın və ya kişi olmaqla fiziki gücdə, ya da başqa cahiliyyə xüsusiyyətlərində axtarmaq çox yanlışdır. Üstünlük ancaq Allah´ın bizə Quranda bildirdiyi kimi, “təqva” ilədir.
İslam əxlaqında qadın və kişi bərabərdir
Qadının cəmiyyətdəki yeri haqqında, dünyanın demək olar ki, hər ölkəsində əsrlərdən bəri mübahisələr davam edir. Qadının cəmiyyətdəki statusu, ailə həyatındakı əhəmiyyəti, işləyib-işləməməsi kimi bəzi ictimai mövzular illərdir dünya gündəmindədir.
Halbuki, bir müsəlman üçün qadının cəmiyyətdəki yeri çox açıqdır və gerçək İslam əxlaqının mənimsənildiyi bir cəmiyyətdə belə bir mübahisənin yaranması mümkün deyil. Çünki İslamda qadılan kişi bərabərdir. Qadın və kişi əlbəttə ki, fiziki mənada bir-birlərindən fərqli xüsusiyyətlərə sahibdirlər. Ancaq qadının fiziki olaraq, kişiyə nisbətən daha gücsüz olması, onun cəmiyyət içərisində kişidən daha az dəyər görməsi üçün bir səbəb deyil.
İslam əxlaqına görə, əsl əhəmiyyətli olan, insanın qadın, ya da kişi olması deyil, Allah’a dərin iman və Allah qorxusu ilə bağlanmasıdır, Allah’ın əmr və qadağalarını qoruması, Quran əxlaqını ən gözəl tərzdə yaşamasıdır. İnsanın bu xüsusiyyətlərinə Allah Qatında dəyər veriləcək. Allah Quranda qadın və ya kişi olsun, iman gətirən şəxsin sahib olduğu xüsusiyyətləri açıqlamışdır:
Quranda qadın və kişiyə eyni cür xitab edilir
Quran ayələrinə baxdıqda Allah’ın qadınla kişiyə ortaq xitab etdiyini görürük.
Allah Quranda bir insanın gənc, yaşlı, qadın və ya kişi olmasının deyil, səmimi qəlbdən iman gətirməsinin vacib olduğunu bildirir. Buna görə Allah Quran ayələrində qadına və kişiyə birlikdə xitab edir və hər ikisinin öhdəliklərinin eyni olduğunu xatırladır. Quranda bu mövzu ilə bağlı bir çox ayə var. Allah Quranda "Mömin olaraq yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz!" (Nisa surəsi, 124) ayəsində səmimi iman gətirən insanın qadın və ya kişi olmasının heç bir əhəmiyyəti olmadığını bildirmiş, iman gətirənlərin heç bir haqsızlıq edilmədən mütləq Allah’ın rəhməti və cənnəti ilə mükafatlandırılacağını xəbər vermişdir.
Allah Quranda inkar edənlər haqqında məlumat verərkən də, qadınlara və kişilərə eyni tərzdə xitab edir. Allah inkar edən qadınlarla kişilərin, münafiq qadınlarla kişilərin və müşrik qadınlarla müşrik kişilərin də axirətdə eyni cür qarşılıq görəcəyini, cinsiyyətlərinə görə fərqli qarşılıq görməyəcəklərini bildirir. Bu ayələrdən bəziləri belədir:
"Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına tapşırdı). Allah (möminləri) bağışlayandır, rəhm edəndir!"(Əhzab surəsi, 73)
İslam əxlaqında anaya verilən dəyər
Allah Quranda həm qadına qarşı, həm də anaya qarşı göstərilən gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkir. Valideynlər övladlarının gözəl təhsil alıb əxlaqlı olması, özünə və ətrafındakılara faydalı olması üçün böyük səy göstərirlər. İllər boyu bu məqsədlə maddi-mənəvi bir çox fədakarlıq edirlər. İnsan özünə verilən bu əməyi təqdir edə bilməli və bu fədakar əxlaqa hörmət və ehtiramla cavab verməlidir. Allah Quranda möminin bu məsuliyyətini belə bildirir:
"Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq..." (Ənkəbut surəsi, 8)
"De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin.´´ (Ənam surəsi, 151)
Quranın başqa bir ayəsində isə Allah insana, ana və atasına qarşı gözəl davranmağını, lovğalanmamasını belə bildirir:
"Allah’a ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir."(Nisa surəsi, 36)
Bütün bu ayələrdən də aydın olduğu kimi, Allah insanlara ana və ataya qarşı daim anlayışlı, şəfqətli olmağı bildirir. Bununla yanaşı, Allah ananın uşağı dünyaya gətirib böyütmək üçün böyük çətinliklərə sinə gərdiyini xatırladıb onun əməyinə də diqqət çəkir:
"Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. "Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir." (Loğman surəsi, 14)
Bununla yanaşı Allah, insanın ana və atasının göstərdiyi bu fədakarlıqlarını unutmamağı, onlara yaşlandıqda da eyni gözəl əxlaqı göstərməyi nəsihət edir:
"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de.(İsra surəsi, 23-24)
İman gətirən hər insan Rəbbimizin yaxınlığını, dostluğunu, sevgisini və razılığnı qazanmağı səmimi qəlbdən istəyir. Ancaq bunun üçün insan Allah’ın peyğəmbərlərini lütfləndirdiyi bu nemətləri özündən qətiyyən uzaq görməməli, Rəbbimizin mərhəmətinin və kərəminin çox geniş olduğunu bilməlidir. Allah insanların Özünə könüldən üz tutaraq istədikləri hər cür neməti verəcəyini bildirmişdir. Buna görə də istər qadın, istərsə də kişi olsun, hər insan peyğəmbərlərin bu yüksək məqamına çata bilməyi qarşısına məqsəd qoymalı və bunun üçün səmimi səy göstərməlidir. Quranda "Öncədən özlərinə ən gözəl nemət yazılmış kəslər – məhz onlar ondan uzaqlaşdırılmış olacaqlar"(Ənbiya surəsi, 101) ayəsində Rəbbimizin dərgahından onlara gözəllik lütf olunan insanlardan bəhs edilmişdir.
Allah qadın-kişi ayrı-seçkiliyi etmədən hər kəsin qarşısına bu insanlardan ola bilmək imkanı çıxarmışdır. İnsan Allah’a səmimi qəlblə bağlanmalı, Onu hər şeydən üstün tutmalı, Rəbbimizin razı olacağı həyatı yaşamalıdır. Bu səmimi imanı yaşayan hər insan Allah’ın istəyinə uyğun olaraq Onun dərgahında etdiyinin ən gözəl əvəzini alacaq.