MÖMİNLƏR

Möminin Sədaqəti


Möminin Sədaqəti

Sədaqət Allah’a qəlbən iman edən möminlərin ən bariz xüsusiyyətlərindən biridir. Səmimi möminlərin Allah’a və peyğəmbərlərə bəslədikləri sədaqətləri və sevgilərinin təqlid edilməsi mümkün deyil. Möminlərin Allah yolunda göstərdikləri səmimi sədaqət onların ixlas sahibi olduqlarını göstərən ən vacib dəlillərdəndir. İnsanın Allah’a iman gətirməsi, heç bir dünyəvi mənfəət gözləmədən həyatı boyunca Allah’ın rizasınını qazanmaq üçün cəhd etməsi, sahib olduğu və sevdiyi hər şeyi Onun rizasını qazanmaq üçün istifadə etməsi və baş verən çətinliklərə səbir göstərməsi üçün güclü sədaqət və sevgiyə ehtiyacı var. İnsana bu yolda irəliləyə bilmək gücünü və istəyini ancaq Allah’a duyduğu sevgi, qorxu və sədaqət hissi vərir. Uca Allah’a duyulan sədaqət və təslimiyyət nə qədər səmimi və qüvvətlidirsə, insan Allah’a daha çox yaxınlaşmaq imkanı qazanacaq, Onun rizasını qazanmaq yolunda göstərdiyi cəhd və şövq də bir o qədər artacaq.

Sıxıntı və çətinlik anları da möminlərin Allah’a və mübarək elçisinə sədaqətlərini göstərən çox qiymətli zamanlardır. Möminlər qarşılaşdırları çətinlik anlarında Qurani-kərimdə buyrulduğu kimi “...Bu, Allah’ın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!...” (Əhzab surəsi, 22) deyərək Allah’a olan təslimiyyətlərini və sədaqətlərini dilə gətirirlər. Rəbbimiz bir Quran ayəsində “Onlar səbiredənlər və Rəblərinə təvəkkül edənlərdir.” (Nəhl surəsi, 42) bildirərək möminlərin bu gözəl əxlaqını tərifləmişdir. Möminlərin sədaqətlərinin gücü Quran əxlaqını yaşamaqda göstərdikləri şövq və istəklədə özünü büruzə verir.

Qarşılaşdığı çətin anlarda göstərdiyi təvəkküllü və təslimiyyətli hərəkəti ilə bütün müsəlmanlara nümunə olan peyğəmbərimiz hz.Muhəmməd (s.ə.v) Allah’a sədaqət göstərilməli olduğunu belə xatırlatmışdır:

“...Bir şey istəyəndə Allah’dan istə. Kömək tələb edəcəksən Allah’dan kömək gözlə. Çünki qullar Allah’ın yazmadığı xüsusda sənə faydalı olmaq üçün bir yerə toplaşsalar, bu faydanı verməyə müqtədir ola bilməzlər. Allah’ın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə toplaşsalar, buna da müqtədir ola bilməzlər.” (Kütüb-i Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Nəşrləri, Ankara, 1992, s. 314)

Möminlər Allah’a qarşı güclü təslimiyyətli və sədaqətli olduqları üçün ən çətin zamanlarda belə ən uyğun qərarı verib, ona görə hərəkət edirlər. Onlar uca Allah’ın “...Onlara daha yaxşı olardı ki, itaət etsinlər və xoş söz söyləsinlər. (Cihada) qəti əmr verildiyi zaman Allah’a sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı.” (Muhamməd surəsi, 20-21) ayələri ilə bildirildiyi kimi, hər şərtdə Allah’a sadiq olmağın özləri üçün ən “xeyirli” olduğunu bilirlər.Allah bu ayələrdə həm də Allah’a duyulan güclü sədaqətin insanın haqq olan bir hərəkət qarşısında tərəddüd etməsinin qarşısını aldığına və insana qərarlı mövqe qazandırdığına da diqqət çəkir. Əgər insan güclü iman və təslimiyyətə sahibdirsə, onun qərarsızlığa düşməsinə mane olacaq və nəfsinə qalib gəlməkdə ona hər zaman kömək edəcək. Beləliklə, insan necə bir rəftarla qarşılaşırsa qarşılaşsın, uca Allah’a olan sədaqəti və təslimiyyəti ilə nəfsinə ağır gələn hər şeyin öhdəsindən rahatlıqla gələ biləcək.

Sədaqətin möminlərə qazandırdığı başqa əhəmiyyətli xüsusiyyət də bir-birlərinə olan “etibar və sevgi”ləridir. İman gətirənlərin bir-birlərinə bəslədikləri sevgi və inamın təməlində Allah yolunda göstərdikləri "ciddi" səy, Rəbbimizə olan sədaqət və bağlılıqları dayanır. Uca Allah’ın razılığını qazanmaq üçün sahib olduğu bütün imkanlarını xeyir yolunda istifadə edən, bu yolda “dümdüz” yol tutanmömin, digər müsəlman qardaşlarının sevgisini qazanacaq və onlara ən gözəl nümunə olacaq.