Qədər

Allah`a dərin hörmət bəsləmək səmimi imanın əsas əlamətlərindəndir


Allah`a dərin hörmət bəsləmək səmimi imanın əsas əlamətlərindəndir

Allah`a, dinə, Qurana, Peyğəmbərə (s.ə.v), mələklərə və bütün mənəvi dəyərlərə qəlbən dərin hörmət bəsləmək imanın əsas əlamətlərindən biridir. Quranda peyğəmbərlərin və saleh möminlərin Allah`dan dərin hörmətlə qorxduqları, Onu zikr edərkən içlərinin titrədiyi, qəlblərinin Allah qorxusundan yumşaldığı, məhz bu qorxuları səbəbindən möhkəm və kamil imana yiyələndikləri bildirilir. Bütün müsəlmanlar Allah`ı zikr edərkən, Peyğəmbərimizdən (s.ə.v) və digər bütün peyğəmbərlərdən bəhs edərkən, dini mövzulara toxunarkən olduqca diqqətli və məsuliyyətli davranmalıdırlar.

Allah`a qarşı ən kiçik hörmətsizlik belə həm insanın axirətdə böyük məsuliyyət daşımağına, həm də onu dinləyən zəif imanlı və ya imandan bixəbər insanlara mənfi təsir göstərməsinə səbəb olar. Hər bir müsəlman belə bir məsuliyyəti daşımaqdan ciddi cəhdlə çəkinməlidir.

Möminlərin Allah`a dərin hörməti

“Həqiqətən, Rəbbinin qorxusundan ƏSİM-ƏSİM ƏSƏNLƏR” (Muminun surəsi, 57)

“O kəslər ki, Allah`ın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur, RƏBBİNDƏN QORXUR və pis haqq-hesabdan çəkinirlər.” (Rad surəsi, 21)

“O müttəqilər ki, öz Rəbbindən ONU GÖRMƏDİKLƏRİ HALDA QORXUR və (gələcək) o Saatdan lərzəyə gəlirlər.” (Ənbiya surəsi, 49)

“Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona (uşaq doğmağa) qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər.” (Ənbiya surəsi, 90)

“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allah`ın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.” (Həşr surəsi, 21)

“Möminlərin qəlbinin Allah`ın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?” (Hədid surəsi, 16)

“Siz Allah`a və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allahı) tərifləyəsiniz.” (Fəth surəsi, 9)

“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allah`a) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.” (Əhzab surəsi, 35)

“Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allah`a müti olaraq həm Allah`a, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allah`ın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.” (Ali İmran surəsi, 199)

Dünya həyatında Allah`dan və İslamdan danışarkən hörmətsizlik edən, öz aləmində rişxənd edən, insanların Allah`a olan sevgi və hörmətinin zəifləməsinə səbəb olanlar axirətdə Allah`ın hüzurunda dayandıqda bu hərəkətləri üçün sonsuz peşman olacaqlar.

Kafirlərin və münafiqlərin Allah`ın hüzurundakı üz ifadələri və danışıqları

“O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. O gün ər-Rəhmanın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.” (Taha surəsi, 108-109)

“(Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar.” (Şura surəsi, 45)

“Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”. (Loğman surəsi, 19)

“Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.” (Qamər surəsi, 6-8)

“Onların baxışları yazıq görkəm alacaq­, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.” (Qaləm surəsi, 43)

“Zalımların etdikləri əməllərdən Allah`ın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır.” (İbrahim surəsi, 42-43)

“(Qiyamət) gəldiyi gün Allah`ın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq.” (Hud surəsi, 105)

“Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.” (Məryəm surəsi, 68)