AXİRƏT

Dünyada yolçu olmaq...


Dünyada yolçu olmaq...

Zaman çox sürətli keçir, sanki bir şeylə yarışır və getdikcə də sürətlənir. Bəzi insanlar bu sürətin fərqindədir və vaxtını yaxşı qiymətləndirməyə çalışır, bəziləri isə sanki heç nə yox imiş kimi davranır. Yaxşı, siz hansı qrupdansınız?

Televizor qarşısında saatlarla vaxt keçirən, boş-boş danışan, ağır hərəkət edən, kiməsə kömək etmək, özünü inkişaf etdirmək, hətta bəzən təmizlik etmək yerinə seriallar, filmlər izləyən, yəni vaxtını öldürənlərdənsinizmi?

Yoxsa vaxtın çox qiymətli olduğunu, keçən zamanın heç cür əvəzlənməyəcəyini yaxşı bilən və hər kəsin faydasına olacaq şəkildə dəqiqələri, hətta saniyələri belə diqqətli istifadə edənlərdənsinizmi?

Burada dərhal bir mövzu xatırladılmalıdır, bəzi insanlar zamanı yaxşı qiymətləndirirlər, amma bunu dünya üçün edirlər. Daha az yatırlar, boş danışıqlardan qaçırlar ki, dünyanı özləri üçün daha çox yaşasınlar. İman gətirənlər isə axirət həyatını düşünür və dünyadakı həyatlarını bu istiqamətdə qiymətləndirirlər. Məhz bu niyət fərqi çox əhəmiyyətlidir, lakin iman gətirənlər üçün də vacib təhlükə var:

Təbii ki, hamımız iş və ya məktəb həyatına, ailə münasibətlərinə, həmçinin yemək, təmizlik, yuxu, istirahət kimi ehtiyaclarımıza da müəyyən vaxt ayırırıq. Əhəmiyyətli olan bunları edərkən belə şüurumuzun açıq olması və itirilən zamanın əvəzlənməyəcəyini unutmamağımızdır.

İman gətirənlər üçün "başqa vaxt" yoxdur

İnananlar axirətin varlığını bilirlər və buna uyğun hərəkət edirlər, amma bunlardan bəziləri yanılaraq həyatlarını "ibadət vaxtı" və "başqa vaxt" olaraq iki hissəyə ayırırlar. Belə ki, dünyanın keçici olduğunu və axirət həyatının varlığını, yalnız müəyyən ibadət zamanında xatırlayırlar. Bunun xaricində isə dünya işlərinə qapılaraq "zaman"ı faydasız işlər və düşüncələrlə keçirirlər. Halbuki yuxuya ayrılan 7-8 saat çıxsaq, hər gün təxminən 16-17 saatlıq böyük vaxt bizə qalır.

Bu qiymətli vaxtin harada və necə itirildiyinə nəzər salaq:

- Faydasız düşüncələrlə itirilən vaxtlar:

İnsanların əksəriyyəti zamanını heç bir nəticəsi olmayan, lakin gün boyu onları məşğul edən boş düşüncələrə sərf edir. Məsələn, öz əleyhinə olacağını düşündüyü hal qarşısında çoxlu planlar və müdafiələr hazırlamaq və ya ətrafındakı danışıqlardan və zarafatlardan işinə zərər gəlib - gəlmədiyini hesablamaq və s...

Bu nümunələr insanların şəraitinə və vəziyyətinə görə çoxaldıla bilər, lakin nəticə eynidir: Bunların heç biri insanlara fayda vermir, əksinə vaxt itkisidir.

- "Kaş ki"lərlə itirilən zaman:

İnsanların vaxtlarını boşa keçirdikləri bir başqa mövzu da həyatlarının böyük hissəsində peşmançılıq yaşamaqları və "kaş ki"lərlə dolu düşüncələrə sahib olmaqlarıdır.

Hər şeyin Uca Allah`ın nəzarətində olduğunu tam olaraq qavramayanlar xoşlarına gəlməyən vəziyyət qarşısında qədərin mükəmməlliyini görmürlər və peşmançılıq kimi düşüncələrlə beyinlərini yorurlar. Halbuki insanın başına gələn hər hadisə hər şeyi əhatə edən Allah`ın təyin etdiyi qədərlə yaşanır. Bu yaşananları bu cür düşüncələrlə dəyişdirmək mümkün deyil.

- Boş söhbətlərlə itirilən zaman

Sərf edilən zamanın böyük hissəsi boş danışıqlarla keçir. Dedi-qodu etmək, insanları lağa qoymaq, saatlarla yemək reseptləri, dəb mövzuları və ya seriallar haqqında danışmaq, uzun futbol söhbətləri buna nümunədir və ya siyasət haqqında - özləri hər hansı bir partiyanın üzvü olmamağına baxmayaraq - mənfi şərhlər etmələri, əsl məqsədlərinin mübahisə olması bu boş söhbətlərdəndir.

Uca Allah`ın "…Allah`ı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir…"(Ənkəbut surəsi, 45) ayəsi ilə bildirdiyi kimi, insanın axirəti üçün edəcəyi ən xeyirli söhbət Allah`ı xatırlamasıdır. Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmaq xaricindəki bütün söhbətlər hikmətsiz və faydasız olduğu üçün zaman israfına səbəb olacaq. Möminlərin bu cür vəziyyətdə göstərdikləri rəftar haqqında Quranda belə xəbər verilir:

"Boş və faydasız söz eşitdikləri zaman ondan üz çevirərlər…" (Qəsəs surəsi, 55)

- Vaxtın çox olduğunu düşünərək itirilən zaman

İnsanların əksəriyyətini yanıldan əsas mövzu, "onsuzda hələ gəncəm, ibadət etmək üçün daha çox vaxtım var" kimi düşünüb ibadətlərini və hər cür gözəl davranışı təxirə salmalarıdır. Bu şəxslər ölümü özlərindən uzaq düşündükləri üçün gün boyu boş və faydasız işlərlə məşğul olmaqdan çəkinmirlər.

İnternetdə məqsədsiz olaraq saatlarla vaxt keçirənlər, ev işlərinə və idmana lazım olandan çox vaxt sərf edənlər, orqanizmin gündəlik ehtiyacı olan 7-8 saatdan çox yatanlar, jurnal və qəzetlərdəki eyni xəbərləri təkrar oxuyan və televizoru saatlarla izləyənlər, hədsiz alış – verişə vaxt sərf edənlər buna nümunədir.

Bəziləri də tətilə çıxmağa və ya həftə sonuna heç nə etməmək və düşünməmək kimi yanaşır. Halbuki tətil üçün gedilən məkanlarda da xeyirli fəaliyyətlərdə olmaq, buralarda görülən Uca Allah`ın yaratma sənətinin dəlilləri haqqında düşünmək və ya zamanı yaxşı qiymətləndirmək lazımdır.

Dünyada qəribə yolçu kimi olaq

Zamanın dəyərini bilmək çox əhəmiyyətlidir, çünki vaxtını boşa keçirən insan lazımi qədər dərin düşünə bilmir və ölümü, cənnəti, cəhənnəmi təqdir edə bilmir. Halbuki hər kəs sürətlə ölümə doğru gedir. İman gətirənlər bunu bilir və dünyadakı hər şeyin imtahanın gərəyi olaraq yaradıldığını düşünərək hərəkət edirlər. Allah`ın gün ərzində özlərinə göstərdiyi acizliklərini düşünüb özlərini Allah`a yaxınlaşdıracaq mövzularla maraqlanırlar.

Bir hədisində Peyğəmbərimiz (səv) dünyadakı qiymətli zaman ilə əlaqəli belə buyurub:

İbnu Ömər (r.a.) izah edir: "Rəsulullah (səv) çiynimdən tutdu və: "Sən dünyada özgə və ya yolçu kimi ol" buyurdu. İbnu Ömər belə deyirdi: "Axşama çatdınsa, səhəri gözləmə, səhərə çatdınsa, axşamı gözləmə. Sağlam olduğun zaman ərzində xəstəlik halın üçün hazırlaş. Həyatda ikən də ölüm üçün hazırlaş." (Buxari, Rikak 2; Tirmizi, Zühd 25 (2334))

Canımız Peyğəmbərimizin (səv) bu qiymətli sözlərini unutmayaq və hər kəsə də xatırladaq. Necə ki, bir yolçu fasilə vermək üçün dayandığı yerlərdə vaxt itirməz və hədəfə doğru hərəkət edər, eləcə də biz dünyanın müvəqqəti bir qonaq qalma yeri olduğunu bilərək hərəkət etməliyik.