MÜNAFİQLƏR

Allah´ın bəyəndiklərini çirkin qarşılayarlar


Allah´ın bəyəndiklərini çirkin qarşılayarlar

Münafiqlər Allah razılığına uymadıqları, Allah razılığına uyğun işləri çirkin gördükləri üçün azırlar. Halbuki, möminlər üçün Allah´ın razılığına uyğun hərəkət etmək əsasdır və möminlərə sevinc və xoşbəxtlik verən də Allah´ın razılığını axtarmaqdır. Münafiqlər isə ibadətlərin hamısını çirkin qarşılayır, hər şeyin Yaradıcısı olan Allah´a qulluq etməyin həzzini yaşaya bilmirlər. Bir ayədə belə buyurulur:

Bu ona görədir ki, onlar Allah´ın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də (Allah) onların əməllərini boşa çıxartdı.
(Muhəmməd surəsi, 28)