Qədər

Yaşadığımız dünyanın bir gün yox olacağını əsla unutmayın


Yaşadığımız dünyanın bir gün yox olacağını əsla unutmayın

Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir ... (Muhəmməd surəsi, 36)

• Dünya həyatının uzun kimi görünsə də, əslində bir tanışlıq vaxtı qədər qısa olduğunu,

• Dünyadakı "bər-bəzəyin" hamısının imtahan olduğunu,

• Hər kəsə öyüd alıb özünü düzəldəcəyi qədər vaxt verildiyini,

• Kimin daha gözəl davranacağının yoxlanması üçün həyatın və ölümün var edildiyini,

• Dünya həyatının keçici, axirətlə müqayisədə xeyrinin çox az olduğunu,

• Dünyadakı nemətlərin, cənnətdəki əsl nemətlərin çox əskik bənzəri olduğunu, axirəti xatırlatmaq üçün özəl olaraq yaradıldığını,

• Allahın diləməsi ilə qiyamət günü bütün dünyanın tamamilə yox olacağını,

• Dünya həyatının yalnız əyləncə və oyun olduğunu, əsl yurdun isə axirət olduğunu,

• Dünya nemətlərinin öyünmə vasitəsi olmadığını,

• Əsl möminlərin axirəti dünyaya heç vaxt dəyişdirməyəcəklərini ƏSLA UNUTMAYIN.