MÖMİNLƏR

Şəxsiyyətinizin gizli tərəfi: səmimilik


Şəxsiyyətinizin gizli tərəfi: səmimilik

“Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz inkar edə bilməyəcəksiniz.” (Şura surəsi, 47)

Səmimilik insanın qəlbində hiss etdiklərini qarşısındakı insana olduğu kimi ifadə etməsi, çox dürüst, ürəyiaçıq olmasıdır. İnsanın əsl düşüncələrini və şəxsiyyətini gizlətmədən, özünü olduğundan fərqli göstərmədən tanıtmasıdır. Əgər insan qəlbən səmimi deyilsə, onu zahirən təqlid edə bilməz. Səmimi insanın bütün davranışları təbiidir və bu təbiilik insanlarda çox müsbət təsir yaradır. Səmimi insanın baxışları, danışığı, üslubu, üz ifadələri çox təbii və təsirli olur.

Səmimiliyin gücü

Bir çox insan səmimiliyin gücündən və təsirindən bixəbərdir. Ona görə də ancaq səmimilik sayəsində qazanılan xüsusiyyətləri başqa davranışlarda axtarırlar. Bəziləri qarşılarındakı insana təsir etmək üçün süni davranırlar. Qarşılarındakı insanın ən çox hansı davranışlardan, düşüncələrdən təsirlənəcəyini düşünürlərsə, içlərindən gəlməsə də, o cür düşünmədikləri halda, qarşı tərəfi razı salmaq üçün elə görünməyə çalışırlar. Halbuki bu qeyri-səmimi yanaşma onları ikiüzlü davranmağa təşviq edir. Digər tərəfdən, bu qeyri-səmimi, süni davranışlar insanın həqiqi xarakterini əks etdirmədiyi üçün qarşı tərəfdə də gözlənilən təsir yaratmır.

Hətta əksinə, soyuqluq, uzaqlıq meydana gətirir. Bu insanın əsl şəxsiyyətini gizlətdiyini və hər davranışının süni olduğunu bilmək qarşısındakı insanda narahatlıq və etibarsızlıq hissi əmələ gətirir.

Süni davranış Quran əxlaqından kənar həyat tərzində ortaya çıxır. Bu da insanları Allahın rizasını deyil, insanların razılığını güdən və nəticədə ziyana məruz qoyan həyata sürükləyir. Rəbbimiz Allah Ona şirk qoşmağı bağışlamayacağını Quranda belə bildirmişdir:

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

Allah Quranda özlərini insanların razılığını qazanmaq üçün fəda edən şəxslərin vəziyyətini bu cür misalla açıqlamışdır:

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bilmir. (Zumər surəsi, 29)

Səmimilik Allah qorxusu ilə qazanılar

Allahın Quranda bildirdiyi həqiqətlərdən uzaq yaşayan cahil insanlar qeyri-səmimiliyin Allah dərgahındakı və insanlar üzərindəki qarşılığını düşünmədikləri üçün süni davranmaqda eyib görmürlər. Sünilik Quran əxlaqına uyğun yaşamayan insan xarakterində tez-tez rast gəlinən xüsusiyyətdir. Bu cür insanlar arxasınca danışdıqları, əslində heç xoşlamadıqları, hörmət etmədikləri insanlara ortaq mənfəətləri olduğuna görə saxta sevgi və qayğı göstərirlər. Çəkinmədən bir-birlərinə yalan söyləyir, aldadır, bir insan haqqındakı mənfi fikirlərini gizlədib soruşduqda bunun tam əksinə olan məlumat verirlər.

Halbuki Quran əxlaqına uyğun yaşayan insan bu cür davranışlardan çox çəkinər, çünki qəlbində Allah qorxusu var. Əsla kiçik mənfəət uğrunda insanların razılığını qazanmağa çalışmaz. Bütün bunların insanı həm Allah qatında, həm də insanların gözündə alçaldan səviyyəsiz hərəkətlər olduğunu bilər və bu cür alçalmaz. Həyatının hər anını Allahın razılığını qazanmaq üçün keçirər. Ancaq səmimi şəkildə Allahın bəyəndiyi əxlaqa uyğun yaşayacağını bilər.  “... Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.” (Şura surəsi, 24) ayəsindəki kimi, Allahın insanların qəlbində gizlətdiklərini bildiyini dərk edir. Allah bu həqiqəti başqa bir ayədə “Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.” (Taha surəsi, 7) şəklində bildirmişdir. Buna görə insanın qəlbində olanı ətrafdakılardan gizlətməsinin ona heç bir faydası yoxdur. Allah onsuz da bunu bilir. Buna baxmayaraq insanın digərlərini aldatmağa çalışması qeyri-səmimi və ağılsız hərəkətdir.

Bununla yanaşı, Quran əxlaqına uyğun yaşayan insan başqalarının razılığını qazanmağın ona nə dünyada, nə də axirətdə bir fayda verməyəcəyini bilir. Buna görə iman sahibləri şirkdən və insanların razılığını qazanmaqdan çəkinirlər. Bu isə onların ömür boyu səmimilikdə qətiyyətli olmalarına kömək edir. Çünki şirkdən tamamilə xilas olmuş həqiqi tövhid inancında səmimilik şərtdir.

19 fevral 2011-ci il

ADNAN OKTAR: Səmimilik bulud kimi insanların üstündən süzülüb gedir. Ona görə də səmimiliyi daima qorumaq lazımdır. Lazım gələrsə, hər 10-15 dəqiqədə insan özünə nəzarət etməlidir. Çünki səmimilik çox tez unudulur. İnsan dərhal kənardakılara tabe ola, süniliyə yönələ, qeyri-təbii üslubu mənimsəyə bilər. Lakin əgər özünə nəzarət etsə, “məni danışdıran Allahdır”, “mən qədərdə Allaha təslim olmuşam, Allahın Ruhuyam”, “Allah məni Ruhundan yaradıb, mən heç nəyəm”, “Allahın aciz quluyam, mənim qədərimi Allah yaradır, məni Allah danışdırır, çünki mənim danışmaq üçün gücüm yoxdur, səsi mən yarada bilmərəm, eşitdirə bilmərəm, bütün güc-qüvvət Allaha məxsusdur. Mən Allahın verdiyi güclə Onun söylədiklərini, mənə ilham etdiklərini deyirəm” deyər inşaAllah. Ona görə gözəl, doğru danışar, insanlara qəlbən təsir edər. Qəlblərə təsir edən Allahdır. İnsana bir şey izah edə bilərsən, lakin təsir etməz, donuq ifadə ilə baxar. Çünki qəlblərdə təsir yaradan Allahdır. Səmimilik duadır, daima səmimi olmaq ibadətdir. Səmimilik mühüm ibadətdir. Məsələn, insan namaz qılır. Namaz nə qədər davam edir? Tutaq ki, 10-15 dəqiqə davam edir, ancaq səmimilik səhərdən axşama qədər davam edən ibadətdir, ona görə daima nəzarətdə saxlanılmalıdır. Allah ayədə “ancaq səmimi qullarım nicat tapar” buyurur. Buna görə də səmimilik əsas məsələdir. İbadət kimi əsasdır. İnsan səmimiliyi tez-tez unutduğuna görə daima bu ibadəti yerinə yetirməlidir. Bu, bir növ zikrdir, çünki Allahı zikr edərək səmimi qalmaq mümkündür, inşaAllah. Səmimilik ilə Allahı zikr etmək bir-birilə sıx əlaqədardır. Səmimi insan Allahı xatırlamadan səmimi ola bilmir, Allahı xatırlayaraq səmimi olur. Ona görə də səmimilik zikrdir, yəni daima Allahı zikr etməkdir. Səmimilk qəbul edilən ibadətdir, çünki Allahın ayədə bildirdiyi kimi, şeytandan Allaha sığınıram: “ancaq Allahın səmimi qulları nicat tapar”. Allah hər şeyi ancaq səmimiliyin içində ehtiva etmişdir. Çünki səmimi insan halal-haramlara, gözəl əxlaqlı olmağa, Allahın əmrlərinə diqqət edir. Səmimi insan təvazökardır, səmimi olmadığı təqdirdə qarşılığını bildiyi üçün şirkdən çəkinir, süni davranmır, dürüst olur, həqiqətləri gizlətmir, açıq söyləyir, yalan söyləmir, Allahdan qorxur. Bütün peyğəmbərlər çox səmimi idilər. Diqqət etsəniz, görərsiniz ki, Allah Quranda “Allahın səmimi qulu idi, ixlaslı idi” deyərək səmimiliyə diqqət çəkir. İxlas da səmimilik deməkdir. Məsələn, Allah “saleh peyğəmbərlər” deyir, “saleh” sözü də səmimi deməkdir. Bu mənanı verən bir çox söz var, hamısı səmimilik üzərində qurulmuşdur. Səmimi olduqda insanın şüuru açılır, təsir gücü artır, hikmət qazanır, hikmətli danışır və söhbəti təsirli olur. Bizim bu qədər təsirli olmağımızın səbəbi də, inşaAllah, səmimiliyimizdir.