Qədər

Xətalarınıza görə dərhal tövbə edib bağışlanma istəməyi əsla unutmayın


Xətalarınıza görə dərhal tövbə edib bağışlanma istəməyi əsla unutmayın


Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 119)

Səmimiyyətin Allahın qatındakı əhəmiyyətini anlayan insan necə bir xəta edərsə-etsin, Allaha yönəlib bağışlanma istəmə və tövbə etmə imkanı olduğunu bilir. Bu Allahın sonsuz mərhəmətinin göstəricisidir. Allah sonsuz bağışlayıcı olduğunu ayələrdə bu şəkildə xəbər verir:

Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (Nisa surəsi, 110)

Allah qullarına hər cür xəta üçün geri dönüş imkanı verib. Allah Qatında məqbul olan edilən xətanın böyüklüyü və ya kiçikliyi deyil, insanın səmimiyyətidir. Bu şübhəsiz ki, möminlər üçün çox böyük rəhmətdir.

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. (Ali İmran surəsi, 135)

Bilinməlidir ki, edilən xəta hər nə olursa-olsun, insanların zehinlərində böyütdükləri ən böyük günah belə olsa, ardından gələn səmimi peşmançılıqla bağışlanma istəyib Allaha səmimi yönəlmək insanı bu yükdən xilas edəcək.

Bir insan bu ana qədər dinsiz olaraq yaşamış ola bilər, bütün ömrünü Allahın razı olmayacağı şəkildə keçirmiş ola bilər. Amma bir anda səmimi və qəti şəkildə aldığı bir qərarla tövbə edərək Allahın bağışlamasını və tövbəsini qəbul etməsini uma bilər. Unutmayın Allaha qarşı edilən günahlardan səmimi tövbə ilə xilas olmaq bir anlıq qərara bağlıdır və tək qurtuluş yoludur. Lakin önəmli olan Allaha verilən sözün tutulması və Allahın tövsiyə etdiyi səmimiyyəti göstərməsidir. Allah tövbə ilə bağlı olaraq bir ayədə bu şəkildə bildirir:

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa surəsi, 17-18)

Siz də etdiyiniz xəta nə olursa-olsun, dərhal tövbə etməyi və Allahdan bağışlanma istəməyi əsla unutmayın. Hər an ölümün sizə gələ biləcəyini və bunun üçün bəlkə də bir daha fürsətinizin olmayacağını düşünərək dərhal indi tövbə edin.

Şübhəsiz bu, Allaha həqiqətən iman gətirənlərdən başqasına ağır gəlir. (Bəqərə surəsi, 45) Amma bunu da unutmayın ki, o insanlar cəhənnəmə zəlil olaraq (Ğafir surəsi, 60), üzüstə sürüklənərək girəcəklər. (Kamer surəsi, 48) Ayələrdə xəbər verildiyi kimi, artıq onlar orada Rəbbimizdən məhrumdurlar, Allah onlarla danışmaz və onları arındırmaz:

Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər. (Furqan surəsi, 70-71)