Qədər

"Keçmiş" Anlayışı Yaddaşımızdakı Məlumatların Əsasında Meydana gəlir


"Keçmiş" Anlayışı Yaddaşımızdakı Məlumatların Əsasında Meydana gəlir

 

Biz, bizə verilən təlqinə görə, keçmiş, bu an və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edərik. Halbuki, "keçmiş" kimi bir anlayışa sahib olmamızın tək səbəbi, -daha əvvəl də ifadə etdiyimiz kimi- yaddaşımıza bəzi hadisələrin verilməsidir. Məsələn, ibtidai məktəbə qeyd olduğumuz an yaddaşımızda olan bir məlumatdır və biz bu səbəblə bunu keçmiş bir hadisə hesab edərik. Gələcəklə əlaqədar hadisələr isə yaddaşımızda yoxdur. Bu səbəblə biz hələ xəbərdar olmadığımız bu hadisələri "yaşanacaq", "gələcəkdə meydana gələcək" hadisələr olaraq qəbul edərik. Halbuki keçmiş necə bizim üçün yaşanmış, təcrübə edilmiş, görülmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün biz bunları bilmərik.

Əgər Allah, gələcəklə əlaqədar hadisələri də yaddaşımıza vermiş olsaydı, o zaman gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşındakı bir insanın yaddaşında 30 illik xatirələr, hadisələr var və bu səbəblə bu insan 30 illik bir keçmişi olduğunu düşünər. Əgər bu insanın yaddaşına 30 ilə 70 yaş arasındakı gələcəyinə dair hadisələr də veriləcək olsa, o zaman 30 yaşındakı bu insan üçün həm 30 ili həm də 30 ilə 70 yaşı arasındakı "gələcəyi" keçmişi halına gəlir. Çünki, bu vəziyyətdə keçmişi də gələcəyi də yaddaşında mövcud olacaq, hər ikisi də onun üçün yaşanmış, görülmüş, təcrübə edilmiş hadisələr olacaq.

Ancaq Allah, bizə hadisələri müəyyən bir sıra içində, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan bir zaman varmış kimi hiss etdirdiyi üçün, bizə gələcəyimizlə əlaqədar hadisələri bildirməz, bunların məlumatını yaddaşımıza verməz. Gələcək bizim yaddaşımızda yoxdur, ancaq Allahın sonsuz hifzində, bütün insanların keçmişləri və gələcəkləri var. Bu, daha əvvəl də ifadə edildiyi kimi, bir insanın həyatını, zatən mövcud olan bir filmdən izləməsi kimidir. Film, zatən çəkilmiş və bitmişdir. Ancaq, bu filmi irəli vermə imkanı olmayan insan, kadrları tək-tək seyr etdikcə həyatını görər. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılar.