Möminlərin gücü ixlasdandır
Allah`a və axirətə inanmayan insanların birliklərinin təməlində dünyəvi dəyərlərə verilən əhəmiyyət və dünyəvi mənfəətlərdən gəlir əldə etmə istəyi dayanır.Bu şəxslər bir yerdə olanda qarşılıqlı mənfəətə razılaşırlar, tərəflər qarşılıqlı bir-birlərinə dəstək olur və beləcə müştərək mənfəətlər əldə etməyə çalışırlar.Bu ittifaqa daxil olan şəxslər birliklərinin qarşılıqlı güvən və ya dostluğa dayanmasını və hər nə qədər dilə gətirilməsə də bu ittifaqın bəzi şərtlər altında olduğunu bilirlər.Tərəflərdən biri mənfəət əldə edə bilməyəndə, ittifaq da aradan götürülür.Bu şərtlər daxilində digər şəxslərin çətin vəziyyətdə qalması və ya dəstəyə ehtiyacı olması digər tərəfin maraqlandırmaz.Çünki qurulan bu ittifaq yalnız güc birliyindən və mənfəət üçün qaynaqlanır.Bu səbəbdən də gəlir yox olduğunda birliyin pozulması da son dərəcə təbiidir. Allah`ın "…Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır." (Həşr surəsi, 14) ayəsi ilə insanlara xəbər verdiyi kimi, inkar edənlər hər nə qədər həmrək görünsələr də təməldə dağılmış vəziyyətdədirlər.
Bu səbəblə inkar edənlər arasındakı bu birlik hər zaman dağılmağa məhkumdur.Dünya üzərində insanlar arasında həqiqi birlik, həqiqi dostluq və ittifaq təmin edəcək yeganə güc vardır, o da imandır.Hesab günündən qorxan iman sahibləri bir yerə gələrək, dünyada başlayıb axirətdə də sonsuza qədər davam edəcək möhkəm ittifaqın təməlini qoyurlar. Bir-birlərini heç bir gəlir və ya mənfəət gözləmədən, xalis niyyətlə və yalnız Allah rizası üçün sevir, Allah rizası üçün dost olur və Allah rizası üçün birlik olurlar. Təməli ən möhkəm qaynağa, Allah sevgisinə və Allah qorxusuna dayanan bu birliyin pozulması, dağılması Allah`ın diləməsi xaricində heç vaxt mümkün olmaz.
İman gətirənlər, "Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir." (Səff surəsi, 4) ayəsində verilən nümunədəki kimi, bir-birlərinə birləşib sanki yıxılmaz bir bina kimi aşılması qeyri-mümkün qüvvə meydana gətirirlər. Başqa ayədə "…Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmiş-dir!” Allah səbir edənlərlədir." (Bəqərə surəsi, 249) sözləri ilə ifadə edildiyi kimi, ürəklərindəki bu iman və ixlasla az olsalar belə, milyonlara qalib gələcək bir şövq və iradə qazanırlar. İxlasa daim dəstək olmalarından ötrü Allah`ın köməyini və dəstəyini qazanırlar. Allah`ın "… Möminsinizsə, üstün olacaqsınız." (Ali İmran surəsi, 139) ayəsi ilə bildirdiyi kimi, sirri bildikləri üçün kimsənin keçə bilmədiyi, nifaq salıb dağıda bilmədiyi, bir-birinə küsdürə bilmədiyi, şübhələndirib gücünü qıra bilmədiyi müqavimət və qüvvə göstərirlər. Bu birliyi yaradanşəxslərin hər biri Allah`dan qorxub çənirlər.Quran ayələrinə tamamilə təslim olurlar. Allah`dan başqa heç kimin razılığını axtarmır, Allah`dan başqa heç kimdən qorxmadıqları üçün də hər biri tək bir ordu kimidirlər.
Təsanütlərinin səbəbi ixlaslarıdır
Öz aralarındaisə böyük ixlasla Allah`ın razılığını axtardıqları üçün heç vaxt mübahisə, anlaşılmazlıq və ya ixtilaf yaşamırlar. Çünki Allah`ın sözü birdir, Quran ayələri aydındır.Bütün inananların Qurana təmənnasız uyğun gəldiyi və hər vaxt Allah`ın razılığını qazanmaq üçün davrandığı mühitdəuyğunlaşma və nizam meydana gəlir. Hər kəs ixlasla Allah`a, Qurana və Peyğəmbərimiz (səv)ın sünnəsinə itaət etdiyi üçün bütün işləri asanlıqla həll olur. Öz mənfəətlərinə zidd olaraq hər biri də dinin və inananların mənfəətlərindən yana davrandıqları və hər zaman qardaşlarının nəfslərini özlərinkindən üstün tutduqları üçün mükəmməl bir tesanüt, birlik və həmrəylik meydana gəlir. Bu birliyin meydana gəlməsi üçün müsəlmanların hər vaxt bir yerdə olmaları da lazım deyil. Əhəmiyyətli olan bir-birlərindən nə qədər uzaq olsalar da, hansı dili danışıb və hansı ölkədə yaşasalar da iman gətirənlərin sarsılmayacaq bir mənəvi birlik meydana gətirmələridir.
Bu şəxslər sonsuz axirət yoldaşları olmağa niyyət etdiklərindən dərin sevgi, hörmət və sədaqətlə bir-birlərinə bağlanırlar.Buna görə də əsla rəqabətə ya da ixtilafa imkan vermirlər.Hər nə qədər çətinliklə qarşılaşsalar da, Allah qorxularından və ixlaslarından ötrü əsla zəifliyə və iradəsizliyə qapılmazlar.Birində bir qüsur olarsa, başqasının imanı və ixlası onu da o vəziyyətdən çıxarar.Daima bir-birlərinə yaxşılığı əmr edib, pislikdən uzaqlaşmağa çağırdıqları üçün getdikcə imanları güclənir, ixlasları və qüvvələri artır. Məqsədləri, səyləri və duaları həmişə eyni olan ixlas sahiblərinin bu sarsılmaz güc və qüvvələrini Bədiüzzaman Səid Nursi bir sözündə belə bir nümunə ilə dilə gətirmişdir:
… Çünki necə ki insanın bir əli digəri ilə rəqabət etməz, bir gözü digərini tənqid etməz, dili qulağına etiraz etməz, ürək ruhun ayıbını görməz..bəlkə bir-birinin nöqsanını tamamlayar, qüsurunu örtər, ehtiyacına kömək edər, vəzifəsinə kömək edər; əks halda o bədəni insanın həyatı söndürər, ruhu qaçar, cisimi də dağılar. Həm necə ki bir fabrikin çarxları bir-birilə rəqabət etməz, bir-birinin qabaqlamağa çalışmaz, bir-birinin qüsurunu görərək şövqünü qırmaq məqsədilə tənqid etməz.Bəlkə bütün üstünlükləri ilə, bir-birinin hərəkətini ümumi məqsədə istiqamətləndirmək üçün kömək edərlər, həqiqi bir həmrəylik və bir-birlik ilə yaradılış məqsədlərinə doğru gedərlər.Əgər zərrə qədər bir hücum, bir zorbalıq qarışsa; o fabriki qarışdıracaq, nəticəsiz buraxacaq.Fabrik sahibi də o fabriki tamamilə dağıdacaq.Ey Risale-i Nur tələbələri və Quranın xidmətçiləri! Sizlər və bizlər elə bir insanı kamil adına layiq bir şəxsi mənəvinin üzvləriyik..və sonsuz həyat içindəki əbədi xoşbəxtliklə nəticə verən bir fabrikin çarxları hökmündəyik.. və sonsuz təhlükəsizlik olan cənnətə Məhəmmədin ümmətini (s.ə.s.) çıxaran bir Rəbbani gəmidə işləyən xidmətçilərik.(Risale-i Nur Külliyyatı, 21. Lema, s. 668-669)
Bədiüzzamanın verdiyi bu nümunə möminlərin arasındakı birliyin aydın olması baxımından olduqca əhəmiyyətlidir.İxlaslarını zədələyəcək hər cür rəftardan təmizləndiklərinə görə eyni zavodun çarxlarının birlikdə nəhəng güc meydana gətirməsi kimi, onlar da qırılmaz mənəvi qüvvə qazanırlar.
Bədiüzzamanın möminlərin ixlas sirrinə bələd olmaqlanecə qüvvə artırdıqlarını izah edən başqa sözündə isə belə bir nümunə vermişdir:
Əlbəttə dörd fərddən min yüz on bir mənəvi qüvvə təmin edən ixlas sirrini qazanmaqla, həmrəyliyə və həqiqətə inanmağa möhtacıq və məcburuq.Bəli üç əl birləşməzsə, üç qiyməti var. Rəqəmlərin sirri ilə birləşsə, yüz on bir qiymət alar. Dörd dəfə dörd ayrı-ayrı olsa, on altı qiyməti var. Əgər qardaşlıq sirri və birlik məqsədi və birləşmə vəzifəsi ilə bərabər gəlib bir xətt üstündə çiyin çiyinə versələr, o vaxt dörd min dörd yüz qırx dörd qüvvət və qiymətində olduğu kimi..həqiqi ixlas sirri ilə, on altı fədakar qardaşların qiymət və qüvvəti mənəviyyatı dörd mindən keçdiyinə, bir çox tarixi hadisəyə şahidlik edir.
Bu işin sirri budur ki: Həqiqi, səmimi birlikdə hər bir fərd, digər qardaşların gözü ilə də baxar və qulaqları ilə də eşidə bilər. Guya on gerçək birləşmiş insanın hər biri iyirmi gözlə baxır, on ağılla düşünür, iyirmi qulaqla eşidir, iyirmi əllə işləyir kimi mənəvi qiyməti və qüvvətləri vardır.(Risale-i Nur Külliyyatı, 21. Lema, s. 669)
İxlasın qazandırdıqları
İxlas, iman gətirənlərə həm dünyada, həm də axirətdə sonsuz nemətlərə çatmaları üçün verilən böyük qüvvədir.Bədiüzzamanın da söylədiyi kimi, "mühüm bir əsas, ən böyük qüvvət, ən əhəmiyyətli dayaq nöqtəsi, ən yüksək xarakter və ən saf qulluq"dur.Dünya və axirət həyatındakı nemətlərin ən böyüyü heç şübhəsiz Allah`ın razılığıdır.
Allah`ın razılığını və məmnuniyyətini qazanmağın sirri isə ixlasdır. Allah, " De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür." (Aliİmran surəsi, 15)" ayəsi ilə qorxub çəkinənlər üçün axirətdə ən xeyirli qarşılıq Allah`ın razılığının olduğunu müjdələmişdir ki, möminlərin dünyadakı səylərinin son hədəfi də budur.
Bir sıra ayədə isə Rəbbimiz, Allah`a və axirət gününə iman gətirib etdiyi əməlləri Allah qatında yaxınlaşmağa və elçinin dua və bağışlama diləklərinə bir yol kimi ixlas sahiblərini və müttəqiləri rəhmətinə və cənnətinə qovuşduracağını müjdələmişdir. Ayələrdə belə buyurulur:
Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah dərgahında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır.Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir.Allah onları Öz mərhəmətinə qovuşduracaqdır.Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar.(Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır.Bu, böyük uğurdur.(Tövbə surəsi, 99-100)
Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmayacaqdır. Budur sizə vəd edilən (Cənnət!) O, hər bir (tövbə edib) (Allaha )üz tutan, (Onun əmrinə) riayət edən,Mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür. (Qaf surəsi, 31-33)
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.. (Nisa surəsi, 124)
Dünyada gözəl həyat
Allah sonsuz axirət nemətləri ilə yanaşı, dünyada da ixlas sahiblərinə çox gözəl cavab verir. "..“Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir.." (Rə'd surəsi, 27) ayəsində də bildirdiyi kimi, Allah Özünə şəriksiz yönələnə kömək edir və onu dümdüz yola çatdırır. Yenəbaşqa bir ayədə isə Allah ixlas sahiblərinə olan dəstəyini və köməyini belə bildirmişdir:
"Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir." (Maidəsurəsi, 16)
Rəbbimiz ixlas sahiblərinə dünyada da saysız nemətlər bəxş edir.Onları inkar edənlərin gərgin, çətin və bərəkətsiz həyatlarından uzaqlaşdırır. Allah`ın Quranda, "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.." (Nəhl surəsi, 97) ayəsi ilə də bildirdiyi kimi, onları gözəl həyatla yaşadır. Şəriksiz Allah`a yönələn insan dünyanın bütün çətinliklərindən və kədərlərindən uzaqlaşır. Yalnız Allah`dan qorxduğu üçün təvəkküllü, dinc, güvən dolu həyatı olur.Qınayanın qınamasından qorxmadığı üçün dünya həyatına dair heç bir narahatlığı yoxdur.Təkcə Allah`ın razılığını hədəflədiyi üçün heç kimin onu ələ salması, gərginlik yaratması mümkün deyil. Yalnız axirəti hədəflədiyi üçün dünya həyatının mal-mülkü onun kefini pozmaz.Nə malını, mülkünü artırmaq, nə də onları itirmək bu insanı qorxuya, narahatlığa salmaz.Hər vaxt təslimiyyətli, təvəkküllü, etidallı, müşfiq, səbirli və təvazülüdür.
İxlas və səmimiyyətlə edilən işlərdə, insanların razılığı, dünyəvi meyarlar və yaliderlik ehtirası kimi mövzular hədəflənmədiyi və yalnız Allah`ın razılığı axtarıldığı üçün nəticə həmişə bərəkətli olur. Çünki "Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir." (Nur surəsi, 55) ayəsi ilə də bildirildiyi kimi, Allah Özünə şirk qoşulmadığında, insanların razılığından, dünyəvi gəlir istəməkdən təmizlənib şəriksiz Allah`a yönəldikdə, möminləri mütləq müvəffəqiyyətə çatdıracağını vəd etmişdir.
Nəticə
Allah "Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik." (Sad surəsi, 45-46) ayələri ilə möminlərə hz. İbrahim, hz. İshak və hz. Yaqubu nümunə göstərmişdir. Həmçinin "Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi." (Məryəm surəsi, 51) ayəsi ilə də hz. Musanın ixlasın sirrinə çatanlardan olduğuna diqqət çəkmişdir. Bizlərə lazım olan isə Allah`ın elçilərindəki bu yüksək əxlaq üzərində detallı düşünmək və onlar kimi ixlas sahibi qullar olmaq üçün cəhd etməkdir.
Lakin Quranda qəlb gözləri korlaşıb qulaqları karlaşanların Allah`ın ayə və xatırlatmalarından nəsihətlənməyəcəkləri bildirilir. Əsl möminlər isə ayədə də bildirildiyi kimi, "…Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar." (Furqan surəsi, 73) Allah`dan qorxub çəkinənlər Quran ayələrindəki hikmətləri görür, onlardan öyüd alır və ixlasa çatırlar. O halda Allah`ın bu xatırlatmasına qarşı möminlərin laqeyd qalmaları mümkün deyil. Əgər bu günə qədər ixlasın əhəmiyyətini düşünməsə də, insanın qısa müddət ərzində niyyətini yenidən təzələməsi ixlası qazanması üçün kifayətdir.Bu niyyət dəyişikliyi Allah`ın icazəsi ilə o andan sonra ediləcək əməlləri saleh əmələ çevirib bu insanı Allah qatında 'yaradılmışların ən xeyirlilərindən' olma şərəfinə çatdırar.
Əks təqdirdə, yəni insanın Allah`ın razılığı üçün etdiyi əməllərinə dünya mənfəətlərini də qataraq çirkinləşdirməsi vəazca iradə ilə ixlası qazanmaq varkən əməllərini etibarsız etməsi böyük ağılsızlıqdır. Bu insan bəlkə illərlə gecə-gündüz demədən çalışacaq, özünü doğru yol üzərində düşünəcək, ancaq ixlası qazanmaq üçün çalışmadığı üçün Allah`a yönələn qullardan olmayacaq. Kəhf surəsində bu insanların vəziyyəti belə bildirilir:
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər." (Kəhf surəsi, 103-104)
Lakin insan, geriyə dönüb baxdığında dünya həyatında keçirdiyi o qədər ildən tək bir iz belə qalmadığını görəcək.Nə təqdirlərini qazanmağa çalışdığı insanlar, nə arxasına düşdüyü dünyəvi ideallar, nə nəfsi, nə eqoizmi, nə də ixlasını qırmaq üçün özünü aldadan şeytan yanında olmayacaq.Şəriksiz Allah`a yönəlmədiyi, imanına, xidmətinə, ibadətlərinə əlavələr qataraq ixlasını zədələdiyi üçün Allah`ın hüzurunda tək başına, köməksiz qalacaq. Allah dünya həyatının necə böyük aldanış olduğunu Hədid surəsində bu şəkildə bildirir:
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir.Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir.Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən.Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.. (Hədid surəsi, 20)
İxlası qazanmaq üçün çalışmayıb, Qurana uyğun yaşamadığı üçün bir çox insanla müqayisədə daha çox işlədiyi halda bütün etdiklərinin boşa getdiyini görməkmi, yoxsa niyyətini, ürəyini və vicdanını təmiz tutmaqla, könüldən Allah`a yönəlib Ona sarılmaq və Ondan başqa kimsənin razılığını güdməməklə 'qırılmaz əcrə' qovuşub, 'yaradılmışların ən xeyirlilərindən' olmaqmı? Əlbəttə ki, ikinci variant Allah`ı sevən, Onun dostluğunu istəyən və Ona qovuşmağı ümid edən birinin təmənnasız seçəcəyi tək variantdır.
Buna görə də biz də bu kitab ilə Allah`ı sevən, Onun dostluğunu axtaran və Ona qovuşmağı ümid edən bütün səmimi iman əhlini, qurtuluşun sirrini ixlasda axtarmağa dəvət edirik.Çünki Bədiüzzamanın sözlərində də yer verdiyi kimi, ixlasla edilən bir əməl, ixlassız olaraq edilən minlərlə əməldən daha qiymətlidir.Bunu da unutmayın ki, əgər niyyətiniz xalis, əməliniz saleh isə Allah rizası üçün etdiyiniz ən kiçik əməl belə Allah qatında itməyəcək. Çünki ayələrdə, "Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir..." (İsra surəsi, 25) "...Allah müttəqiləri tanıyır." (Ali İmran surəsi, 115) buyurulmuşdur.