İman gətİrənlər Cənnətlə müjdələnİr
Əvvəlki bölümdə Allah'a könüldən təslim olmuş ixlaslı möminlərin cənnətə daxil olmazdan əvvəl bu dünyada Allah'ın nemət və gözəlliklərinə qovuşmasından bəhs etmişdik. Bu gözəlliklərin ən önəmlisi möminlərin "müjdələnməsidir". Qurani-kərim'in bir çox ayəsində Allah'ın möminlərə cənnəti vəd etməsindən və möminləri bununla müjdələməsindən bəhs olunur. Bu müjdələnmə bu ayədə belə ifadə edilmişdir:
Rəbbi onları özündən bir mərhəmət, bağışlanma, razılıq və içində olanlar üçün tükənməz nemətlər olan cənnətlə müjdələr. (Tövbə surəsi, 21)
Bir başqa ayədə isə möminlər üçün belə deyilir:
Onlara dünyada da, axirətdə də müjdə vardır. Allah'ın sözləri heç vaxt dəyişməz. Bu, ən böyük qurtuluş və uğurdur. (Yunis surəsi, 64)
Allah'ın onları müxtəlif ayələrdə cənnətlə müjdələdiyinə, etdikləri saleh əməllərinin Allah dərgahında keçərli olduğuna, gözlədikləri gözəlliyin isə çox yaxın olduğuna ümid edən möminlərin qəlbini böyük bir sevinc bürüyür.
Qurani-kərim'də möminlərin mələklər vasitəsilə də müjdələnəcəyi bildirilir. Allah səmimi qəlbdən iman edib o'na heç bir şeyi şərik qoşmayan, Allah'ın Qurani-kərimdə bildirdiyi əmr və tövsiyələrə bütövlükdə uyan və Qurani-kərim əxlaqına uyğun yaşamağa çalışan saleh qullar belə müjdəyə ümid edə bilərlər. Şübhəsiz ki, bu müjdə cənnəti bütün varlığı ilə arzulayan bir mömin üçün əvəzsiz sevincdir. Bu durum Qurani-kərim'də belə anladılır:
Şübhəsiz ki: "Rəbbimiz Allah'dır", deyən, sonra da düz olan kəslərə mələklər nazil olub belə deyəcəklər: "Qorxmayın və kədərlənməyin. Sizə vəd olunan cənnətlə sevinin. "Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi istədiyiniz hər şey vardır." "Bağışlayan və rəhm edən Allah`dan ruzi olaraq." (Fussilət surəsi, 30-32)
Allah rəsullara da möminləri müjdələmək vəzifəsi vermişdir. Allah Əhzab surəsi'nin 47-ci ayəsində elçisinə möminlərə Onun özü'ndən böyük bir fəzlin (mükafatın) olduğunu, Yasin surəsinin 11-ci ayəsində də Qurani-kərim'ə tabe olan və qeyblə Rəhman'a qarşı qəlbi titrəyərək qorxan kimsələri bir bağışlanma və üstün bir əcrlə müjdələməsini əmr edib. Zumər surəsi'nin 17-ci ayəsində isə harama qulluq etməkdən çəkinənlər və Allah'a könüldən qulluq edənlər üçün müjdə olduğu xəbər verilir.
Yunis surəsi'nin 2-ci ayəsində isə Allah elçisinə: "… İman gətirənlərin yaxşı əməllərinə görə Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ", deyə vəhy edir. Cənnətlə müjdələnən möminlərin ayələrdə bildirilən xüsusiyyətlərinə baxdıqda onların Allah'a qarşı son dərəcə səmimi və aciz olduqlarını bildirən, Qurani-kərim'ə və elçiyə itaət edən, Allah'dan qorxan ixlaslı qullar olduqlarını görürük.