Quran

Rəbbindən nazil olunanı oxu!


Rəbbindən nazil olunanı oxu!

İnsanların bir çoxu müsəlman olduğunu söyləyirlər. Lakin bunu söyləyən insanların əksəriyyəti İslam dininin haqq kitabı olan Quranı bir dəfə də oxumayıblar. Halbuki bu saytda da deyildiyi kimi, Quran, Allah'ın bizə Özünü tanıtdığı, dünya həyatının əsl məqsədini, axirəti və gözəl əxlaqı bildirdyi vəhy kitabıdır. İnsanın Allah'ın ondan nələr istədiyini bilmədən, ordan-burdan eşitdiyi məlumatlarla yaşaması doğru və vicdana uyğun deyil. Allah, Quranı insanların oxunması üçün nazil etdiyini İsra surəsində belə bildirir:

Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən (bir elçi )kimi göndərdik.Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb, tədriclə nazil etdik. (İsra surəsi, 105- 106)

Quran, içərisində hər şey haqqında məlumatın mövcud olduğu üstün bir kitabdır. Quranı səmimi şəkildə oxuyan hər insan ayələrdəki hikməti və möcüzələri görərək hidayətə gəlir. İnsanlar inansalar da, inanmasalar da Quran aləmlər üçün öyüd-nəsihət və Rəbbimizin möcüzəsidir. Ayələrdə belə bildirilir:

De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər.Onlar üzüqoylu düşüb ağlayır və (bu ayələr) onların itaətini artırır. (İsra surəsi, 107- 109)

İnsanın hansı yaşda olmasına baxmayaraq, Quranı oxuması və həyata keçirməsi üçün gec deyildir. Buna görə də, insan şeytanın , "İndiyə qədər əməl etmədinsə, bundan sonra etsən nə faydası olacaq?" kimi yanlış düşüncələrə qapılmamalı və şeytanın buna bənzər oyunlarına qarşı diqqətli olmalıdır. Allah Qatında əsasən insanın son andakı vəziyyəti əhəmiyyət daşıyır. Əgər insan həqiqətləri görərək Allah'a və Qurana yönələr, Allah'ın rızasını, rəhmətini və cənnətini qazanmaq üçün yaşayarsa, Allah tövbəsini qəbul edər və keçmiş günahlarını bağışlayar.

Beləliklə, öləcəyini və axirətdə sonsuz həyata başlayacağını bilən , cənnət və cəhənnəmdən xəbərdar olan hər insan ağıl və vicdanla düşünərək, həyatını necə yaşayacağına qərar verməlidir.Ağla və vicdana sahib olan hər insan həyatını Allah'ın rızasını, rəhmətini və cənnətini qazanmaq üçün keçirməli və Onun əmrinə tabe olmalıdır. Allah Quranda belə bildirir:
 

Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. (Kəhf surəsi, 27)