Quran

Quranda mübahisə


Quranda  mübahisə

İnsanın yaradılış məqsədi sadəcə olaraq Allaha qulluq etmək, Ona ibadət etmək və cənnəti qazanmaqdır. Bu məqsədə uyğun olaraq möminlər hərəkətlərini Quran ayələrinə görə edirlər. Başqa sözlə, möminin bütün yaşayışı Quran əxlaqına istinadən qurulmuşdur.
İnsan həyatı boyu müxtəlif çətinliklərlə imtahan edilir. Bu sınaqlardan uğurla keçməsi isə ancaq Quran əxlaqı əsasında hərəkət etməsi ilə mümkündür. Bu yolda qarşısına çıxacaq əsas düşmən şübhəsiz ki, şeytan olacaqdır. O iblis ki, insanların doğru yolu üzərində oturaraq onlara tələ qurmağa çalışır. Bunu edərkən də ilk strategiyası Allahın dinini və doğru yolunu unutdurmaq, insanları bu doğru yoldan çəkindirməyə çalışmaqdır.
Bu məqamda qarşımıza çıxan şeytani bir strategiya bizə şeytanın hiyləsi haqqında düşüncə verir: mübahisə etmək... Özünəməxsus xarakterik xüsusiyyətlərdən biri olan mübahisəni insanlar arasında yaymaq şeytanın insanları azdırma məqsədinə çox uyğundur.
Qurana görə, mübahisə nədir? Mübahisə bir neçə müxtəlif mənada işlədilməklə bərabər bunların hamısı ortaq bir nöqtədə birləşir: Rəhmani xüsusiyyətdən uzaqlaşması, mənasız bir əmələ doğru gedilməsi...
Mübahisə susmaq lazım gələndə susmayaraq danışılan mövzunu uzatmaq və şokyaradıcı bir mühit yaradıb Rəhmani xüsusiyyətə meyllənmək mənasına gəlir. Buna "çəkişmək" də deyilir. Mübahisə etməyi Allahın qəti sübutları ilə göndərdiyi dinə, kitaba və müqəddəs məfhumlara qarşı çıxaraq bunları mənasız etməyə səy göstərmək, bunların əksini sübut etməyə çalışmaq kimi təsvir etmək də mümkündür. Bu, Quranda "nümunələr gətirərək mübarizə etmək" şəklində qeyd olunur.
Nəhayət, mübahisə baş verən pis bir hadisə üzündən insanın onu bu hala salanlarla etdiyi gərginlik və peşmanlıq yolu danışıqlardır. Bunlara Quranda cəhənnəmliklərin öz aralarındakı danışıq üsullarında nəzərə çarpır.
Mübahisə möminlərə yaraşmayan bir üslubdur. Onlar bir-birinə duyduqları sevgi və hörmətə görə onsuz da mübahisə etməzlər. Onlar inkarçılarla da mübahisə etməzlər, aralarındakı dialoq ancaq təbliğ üçün olur, bu zaman da ən təsirli və gözəl üslubdan istifadə edirlər.