Quran

Quranı rəhbər tutmaq


Quranı rəhbər tutmaq

Quran qəti həqiqətlərdən ibarət bir hidayət rəhbəridir. Hər mövzu haqqında Allah`ın hz. Muhəmmədə (səv) vəhy etdiyi ən doğru bilgiləri ehtiva edir. Bu səbəbdən, həyatda sadəcə Quranı və Peyğəmbərimizin (səv) sünnəsini ölçü götürən insanlar Allah`ın rəhmətinə və hidayətə qovuşurlar. Quranın bu xüsusiyyəti bir ayədə belə xəbər verilir:

Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! (İsra surəsi, 9)

Bu (Quran) insanlar üçün bəsirət gözü, tam yəqinliklə inanan bir qövm üçün də hidayət və mərhəmətdir! (Casiyə surəsi, 20)

Özünə rəhbər olaraq Quranı və Peyğəmbərimizin (səv) yolunu seçən bir insanın həyatı digər insanlardan çox fərqli olur. Məsələn, bu insan daxilən heç bir zaman sıxıntı, qorxu, əndişə və s. hiss etməz və ya çətinliyə düşərkən təlaş etməz. Çünki onun yol göstəricisi həmişə Allah`ın ayələri və Peyğəmbərimizin (səv) sünnəsidir. Allah`ın yaratdığı qədərə tabe olduğunu unutmadan Ona təslim olub güvənir. Rastına çıxan hər hadisəyə mütləq Allah`ın hökmləri ilə qarşılıq verir. Aldığı hər qərar, işlətdiyi hər kəlmə, yazdığı hər söz Quran əxlaqını yaşadığını əks etdirir. Bu səbəbdən də vicdanı həmişə təmiz olur və bunun verdiyi mənəvi hüzurla yaşayır. Allah Quran haqqında “Yunis” surəsində belə buyurur:

Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir! (Yunis surəsi, 57)

Allah Quranda doğru olanlarla yanlış olanları açıq şəkildə müəyyən etmişdir. Buna görə, nəfsi istəklərindən uzaq duran, Allah`ın hökmlərinə əməl edən vicdanlı insanlar doğru olanı asanlıqla tapırlar. Quran hər yaşda, hər səviyyədə olan insanın rahat anlayıb qavrayacağı hikmətli bir kitabdır. Quran hökmləri və ayələrdə keçən gözəl əxlaq son dərəcə aydın, başa düşülən və asandır. Allah`ın hidayət verdiyi hər bir səmimi insan Quranda yazılanları asan başa düşür və oxuduqlarını gözəl şəkildə tətbiq edir. Allah Quranın bu özəlliyini “Bəqərə” surəsində belə bildirir:

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran)... (Bəqərə surəsi, 185)

Lakin təkcə Allah`dan qorxub çəkinənlər, Ona könüldən təslim olanlar və axirət həyatını dünya həyatına tərcih edənlər Qurandan öyüd alıb düşünürlər. Allah bir başqa ayədə belə buyurur:

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Taha surəsi, 2-3)

Bu mövzu, eyni zamanda, Quranın önəmli bir sirridir. Quranı anlamaq üçün böyük zəkaya və ya qabiliyyətə malik olmaq lazım deyil. Bunun üçün səmimi niyyətə, dərin imana və ixlasa sahib olmaq lazımdır. Çünki Allah səmimi qullarına doğru yolu göstərir və onların Qurandan faydalanmasını və xilas olmasını təmin edir. Quran bütün insanlara göndərilmiş bir kitabdır, lakin təkcə Allah`dan qorxan, axirətə iman edən möminlər üçün hidayət vəsiləsidir. Bununla bağlı ayələrdən bəziləri belədir:

Qiyamət günü hər ümmətə özlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik! (Nəhl surəsi, 89)

De: “Ruhül-qüds onu sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!” (Nəhl surəsi, 102)

Bu hikmətli kitabın ayələridir. Yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir. (Loğman surəsi, 2-3)

Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir! (Yunis surəsi, 57)

Ayələrdə də bildirildiyi kimi, Quran bütün insanlara bir öyüd, çəkinən və mühsin olan müsəlmanlara da bir hidayət rəhbəridir. Böyük İslam mütəfəkkiri Bədiüzzaman Səid Nursi “Qurani-Hakim şüurlu insanlara imamdır, cin və insanlara mürşiddir, əhli-kamalə rəhbərdir, əhli-həqiqətə müəllimdir...” (Sözlər, səh. 185) sözləri ilə Quranın saleh qullara doğruluq rəhbəri olduğunu ifadə etmişdir.