Əsl xoşbəxtlik yalnız Allaha səmimi qəlblə yönəlməklə mümkündür
İnsanların böyük əksəriyyəti həyatları boyunca xoşbəxtliyi əldə edə bilmək həsrəti ilə yaşayırlar. Öz yanlış düşüncələrinə qapılaraq onlara xoşbəxtlik gətirəcəyini düşündükləri hər şeyin arxasınca var qüvvələri ilə qaçırlar.
Böyük əksəriyyət xoşbəxtliyi və rahatlığı yoldaşları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında istədiyi müvəffəqiyyəti əldə edərək, məktəbdə müvəffəqiyyətli olaraq, səyahət edərək, sevdiyi işlərlə əylənərək, yaxşı bir karyera quraraq, müxtəlif hədiyyələr alaraq və bunlar kimi dünyada özlərinə hədəf olaraq seçdikləri dəyərləri qazanaraq əldə edəcəklərini düşünürlər. Halbuki xoşbəxtliyi keçici və çox qısa olan dünya həyatında axtaran insanlar nə edirlər-etsinlər, hansı yollara baş vururlar-vursunlar həsrətini çəkdikləri xoşbəxtliyə heç cür qovuşa bilməzlər. Bir çox insanlar xəyalını qurduğu xoşbəxtliyin təyin etdikləri dəyərlərlə qazanılamayacağını görə bilməzlər. Həyatları həmişə əldə etməyə çalışdıqları xoşbəxtliyin arxasınca qaçarkən birdən qəflətən sona çatar. "İstədiyim hər şeyi əldə etdim, amma hələ xoşbəxt deyiləm", "Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?" "Həqiqi xoşbəxtliyi tapmaq bu qədər çətindirmi?" deyə özlərinə sual verərlər,amma çox vaxt bu problemin cavabını tapa bilməzlər.
Halbuki istədikləri hər şeyi əldə edib xoşbəxtliyə çata bilməmələrinin səbəbi çox sadədir. Bu problemin cavabında Allahın çox böyük bir sirri gizlənib. Allah Qurani-Kərimdə xoşbəxt ola bilməyin yalnız səmimi bir iman ilə Allaha dərin bir bağlılıq, güclü bir Allah qorxusu və Allah sevgisi ilə mümkün olduğunu bildirir. İnsan özünü, bütün kainatı, keçmişdə və gələcəkdə var olan hər şeyi yaradan Uca Allaha yaxın olduğunda, Allaha ürəkdən və səmimi bir imanla bağlandığında, Allah o adama xoşbəxtliyin yolunu açar. Səmimiyyətlə yönələn hər kəsə Uca Rəbbimiz olan Allah gözəlliklə, nemətlə, rahatlıqla, əmin-amanlıqla və xoşbəxtliklə cavab verər.
Allahın bir insana verəcəyi ən böyük nemətlərdən biri imandır. İman sahibi olan bir insan dünyanın bütün nemətlərindən uzaq olsa, ən böyük çətinliklərlə imtahan olunsa, hər şey əleyhinə kimi görünsə belə, imanın qəlbindəmeydana gətirdiyi rahatlıq və xoşbəxtliyi hiss edər. Allah Onayönələn hər bir insanın qəlbinə rahatlıq və dinclik, ruhuna isə xoşbəxtlik verər. Allaha yönəlməyən, Allahın razı qalacağıbir həyatı yaşamayan insanın (özü əksinə iddia etsə də) xoşbəxt olması qeyri-mümkündür. Allah imtahanın bir gərəyiolaraq belə bir insana da dünya nemətlərindən verə bilər. Bu adam kənardan baxdıqda bir çox nemət və gözəlliklə əhatə olunmuş kimi görünə bilər. Ancaq ruhuna daimhəsrətini çəkdiyi xoşbəxtliyi yaşada bilməz. Allah Qurani-Kərimin Rəd surəsinin 28-ci ayəsində belə buyurur: O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!
Allahın bildirdiyi kimi, qəlblər ancaq Allahı zikr etməklə, dərin və coşğulu bir Allah sevgisi ilə aram tapa bilər. Xoşbəxtliyin səmimi imandan başqa bir yolu yoxdur.