Nümunəvi Quran nəsli yetişdirməyin əhəmiyyəti
Bir çox insanlar özlərinə başqa birisini örnək alır və ona bənzəməyə çalışırlar. Hətta danışıq və hərəkətlərinə qədər o şəxsi təqlid edir, həyat tərzinə pərəstiş edirlər. Lakin bu nümunələrin ya hamısı bir çox yöndən əksik olur, ya da tamamilə insanları yanlış yola sürükləyən əxlaq və anlayışa sahib olur. İnsanlar üçün əxlaq və davranış baxımından ən gözəl nümunə Peyğəmbərimiz hz. Muhəmmədir (səv). Peyğəmbərimizin (səv) üstün əxlaq və davranışının qaynağı isə Qurandır. Peyğəmbərimiz (səv) və ətrafındakı möminlər Quranı özlərinə rəhbər tutan, Quran əxlaqı ilə əxlaqlanan, Allah`dan şiddətlə qorxan və Onu dərin sevgi ilə sevən vicdanlı insanlardır. Allah iman edənləri “Yer üzünün varisləri” (Ənam surəsi, 165) vəsfi ilə şərəfləndirmiş, onlara həm bu dünyada, həm də axirətdə izzət və şərəf vermişdir. Peyğəmbərimizin (səv) idarəsində olan cəmiyyətlərdə hüzur, xoşbəxtlik, güvənlik, ədalət, sevgi, dostluq, qardaşlıq, şəfqət, mərhəmət və fədakarlıq kimi əxlaqi ünsürlər ən mükəmməl səviyyədə yaşanmışdır. Necə ki, bu dövr tarixdə “Səadət əsri” olaraq adlandırılmışdır. Allah ixlaslı möminlərin dünya həyatında alacağı qarşılığı belə müjdələmişdir:
Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)
Bu səbədən, Quran və Peyğəmbərimizin (səv) sünnəsi əsasında düşünən, hökm edən, danışan və qərar verən bir nəslin yetişməsi son dərəcə önəmlidir. Peyğəmbərlərin əxlaqını özünə örnək götürən, sadəcə Allah`ın rizasını hədəf alan bu saleh müsəlman cəmiyyətinin xüsusiyyətləri Quran ayələrində təfsilatı ilə açıqlanmışdır. Onların bəzi özəllikləri bunlardır:
= Yalnız Allah`a qulluq edirlər (Fatihə surəsi, 5)
= Allah`ı hər şeydən çox və ürəkdən sevirlər (Bəqərə surəsi, 165)
= Allah`a təslim olublar (Tövbə surəsi, 51)
= Allah`a qarşı aciz olduqlarını bilirlər (Cin surəsi, 22)
= Allah`dan qorxurlar, Onun bəyənmədiyi əxlaqdan şiddətlə çəkinirlər (Rəd surəsi, 21)
= Hər şərt və vəziyyətdə Allah`a şükür edirlər (Bəqərə surəsi, 172)
= Anlayışlı, sevimli və əfvedicidirlər (Hicr surəsi, 85)
= Təvazökardırlar (Furqan surəsi, 63)
= Mərhəmətli və həlim xasiyyətlidirlər (Tövbə surəsi, 128)
= Yaxşılığı əmr edib pislikdən çəkindirməyə çalışırlar. (Ali-İmran surəsi, 104)
= Birlik və bərabərlik tərəfdarıdırlar (Səf surəsi, 4)
= Günahkarlara əsla arxa çıxmır, daim haqq və ədaləti müdafiə edirlər (Nisa surəsi, 105 və 58)
= Heç kimin haqqını yemirlər (Şüəra surəsi, 184)
= Sözlərinə sadiqdirlər (Bəqərə surəsi, 177)
= Boş şeylərdən üz çevirir, həmişə faydalı iş görürlər (Furqan surəsi, 72)
= Səbirlidirlər, çətinlikdən qəti qorxmazlar (Ali-İmran surəsi, 146, Hud surəsi, 55)
= Güvənilən və cəsurdurlar (Yunis surəsi, 71)
= Dinlərinə bağlıdırlar (Əraf surəsi, 89)
= Fikirlərini zorla qəbul etdirməzlər, qarşılıqlı danışıb izah edərlər (Nəhl surəsi, 125)
= Gördükləri işlərə görə mənfəət güdmürlər (Şura surəsi, 23)
= Haqqı söyləməkdən çəkinmirlər (Maidə surəsi, 54)
= Sənətdən və estetikadan zövq alırlar
= Təəssüb və xurafata qarşıdırlar
Yuxarıdakı vəsfləri daşıyan bir nəsil hazırda dünyanın bir çox yerində yaşanan əxlaqi degenerasiyanın, savaşların, bəlaların, hiylə və saxtakarlıqların, sıxıntıların, zülmlərin və səfalətin yox olub yerini sülh, güvənlik, ədalət, hüzur və qardaşlığın almasının təminatı olacaq. Çünki Quran əxlaqı bütün insanlığa maddi və mənəvi zənginlik, gözəllik və aydınlıq gətirir. Quran əxlaqının yayılması ilə yer üzündəki bütün problemlər qısa bir zamanda həllini tapar.
Allah Quranda “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!” (Bəqərə surəsi, 208) şəklində buyurub insanları Quran əxlaqını yaşamağa çağırır. (www.islamexlaqi.com)
Cəmiyyətlərinin batil adətlərinin və öyrəndikləri yanlış bilgilərin ardınca getməyib dinin gerçək qaynağı olan Quran və sünnəyə tabe olanlar, ayədə də bildirildiyi kimi, İslama girmiş olacaqlar. Əks təqdirdə, bir çox batil inanclara malik, öz nəfs və istəkləri ilə yaşayan, kiçik hədəflərin ardınca gedən, xurafatçı, qorxaq, özünə güvənməyən, dar düşüncəli, cahil, dinə inanmayıb mistik xəyallarla inancını qorumağa çalışan, ağılsız, bəsirətsiz, yanlış mühakiməli, din əxlaqına uyğun olmayan prinsiplərin altında əzilən, əxlaqsızlıqda hədd tanımayan cəmiyyətlər meydana gələcəkdir. Əlbəttə, belə şəxslərdən ibarət bir cəmiyyətdə anlayışlı, aydın, mədəni, hüzurlu və güvənli bir həyatın yaşanmayacağı açıq bir həqiqətdir.
Bu mövzuda Bədiüzzaman Səid Nursi belə deyir:
İslam millətinin səadəti yalnız və yalnız İslamın əsasları ilə ola bilər. Yoxsa ədalət məhv olar, əmniyyət alt-üst olar. Əxlaqsızlıq və pis duyğular üstün gələr. İş yalançı və yaltaqların əlində qalar. (Xütbeyi-Şamiyə, səh. 79)
Buna görə də doğrudan iman edən hər insan özünə səmimi bir iman nəsib etdiyi, özünü hidayətə çatdırdığı, Peyğəmbərimizi (səv) tanımaqla şərəfləndirdiyi üçün Allah`a şükür etməlidir. Bunun ən gözəl şükürünü Quranla xəbər verilən əxlaqa tam tabe olmaqla və Peyğəmbərimizin (səv) təqib etdiyi yolu izləməklə göstərməlidir. Əks halda, Allah`a qarşı nankor davranmış olar. Bunun qarşılığı isə axirətdə böyük əzab ola bilər.
HZ. MEHDİ (ƏS) AXIRZAMANDA İNSANLARIN KAMİLLƏŞMƏSİNƏ VƏ ÜSTÜN ƏXLAQLI OLMASINA VƏSİLƏ OLACAQ
APARICI: ...Bu arada Həsən bəy soruşur: “Axşamınız xeyir. Bu gün ilk dəfə oxuduğum bir hədisdə hz. Mehdinin (əs) insanların ağıl, əxlaq və şəxsiyyət olaraq kamilləşməsinə vəsilə olacağı ilə bağlı ifadə şövqümü çox artırdı. İmam Baqir (əs) belə buyurmuşdur: “Qaimimiz hz. Mehdi qiyam edincə əlini qullarının başının üzərinə qoyar, beləcə, ağıllarını bir araya toplayar, inkişaflarını kamala çatdırar. Allah düşüncə və hisslərini gücləndirər. Ta ki, özləri ilə Qaim hz. Mehdi arasında heç bir əngəl qalmaz. (Yəvmül-Xəlas, səh. 269)” Bu hədisi açıqlaya bilərsinizmi?”
ADNAN OKTAR: Bəli, hz. Mehdinin (əs) sevgisi, imanı, şövqü və səmimiyyəti insanlara yaxşı təsir edəcək. Hal alacaqlar, yəni onunla yaxın əlaqədə olan şəxslər ondan təsirlənib gözəl əxlaqı, sevgini, şəfqəti, insancıl düşünməyi tam qavrayacaqlar. Qurana, Peyğəmbərimizin (səv) sünnəsinə tabe olmağı ruhlarına yaxşıca yerləşdirəcəklər, bu məna çıxır, inşaAllah. (Adnan Oktarın 9 yanvar, 2010 tarixli Kral Karadeniz və Kanal 9 reportajından)
İnsanların böyük hissəsi sual verdikdə müsəlman olduqlarını deyirlər. Ancaq bunu deyən insanların bir çoxu İslamın haqq kitabı olan Quranı bir dəfə olsun belə oxumayıblar. Halbuki, bu kitab boyu bəhs edildiyi kimi, müqəddəs kitabımız Quran Allah`ın bizə Özünü tanıtdığı, dünya həyatının gerçək məqsədini, axirəti, gözəl əxlaqın necə olduğunu açıqlayan vəhyidir.
Bir insanın Allah`ın ondan nə istədiyini bilmədən din haqqında şifahi şəkildə eşitdiyi məlumatlara qane olub yaşaması ağıl və vicdana uyğun deyildir. Allah Quranı oxumaq üçün endirdiyini “İsra” surəsində belə bildirir:
Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və qorxudan sifəti ilə göndərdik. İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədriclə, nazil etdik. (İsra surəsi, 105-106)
Quran bütün kitablardan üstündür və içindəki məlumatlar gəlib-keçmiş bütün bilgilərin üzərindədir. Quranı səmimi niyyətlə oxuyan hər insan ayələrdə bildirilən möcüzələri, bənzərsiz hikmət və üstünlüyü görərək hidayətə çatır. İnsanlar inanıb-inanmasalar da, Quran aləmlərə öyüddür və Rəbbimizin möcüzəsidir. Ayələrdə belə buyurulur:
De: “İstər inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar. Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin əmri mütləq yerinə yetəcəkdir!” – deyərlər. Onlar üzüstə səcdəyə qapanıb ağlayar, onların itaətini daha da artırar. (İsra surəsi, 107-109)
Bir insan yaşından asılı olmayaraq, heç bir zaman Quranı oxuyub anlaması və içində yazılanlara əməl etməsi üçün gec qalmış sayılmaz. Buna görə də insan şeytanın “bu günə qədər etməmisən, bundan sonra etməyinin faydası yoxdur” kimi vəsvəsəsinə aldanmamalı, buna bənzər təlqinlərə qarşı da diqqətli olmalıdır. Allah hər bir insanı son halından məsul tutacaqdır. Əgər insan həqiqətləri görüb Allah`a və Qurana yönəlməklə Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün yaşamağa başlayarsa, Allah keçmiş günahlarının tövbəsini qəbul edər.
Elə isə bir gün öləcəyini və axirətdə sonsuz həyata başlayacağını bilən, cənnət və cəhənnəmin varlığından xəbərdar olan hər insan ağıl və vicdanla düşünüb həyatını necə yaşayacağı haqqında qəti qərar verməlidir. Ağıl və vicdana uyğun olan isə insanın ömrünü Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün keçirməsi və Onun əmrinə tabe olmasıdır. Allah Quranda belə buyurur:
Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allah`dan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Kəhf surəsi, 27)