MÜNAFİQLƏR

Münafiqlər yaxşılığa mane olar,pislik etmək üçün yarışar


Münafiqlər yaxşılığa mane olar,pislik etmək üçün yarışar

Möminlərin əsas xüsusiyyətlərindən biri yaxşılığı əmr edib, pislikdən çəkindirməkdir. Yəni bir mömin insanları, əlindən gəldiyi qədər yaxşılığa, Quran əxlaqına çağıracaq və mümkün olduğu qədər pisliklərə mane olmağa çalışacaq.

Münafiqlərin rəftarı isə bunun tam əksidir. Dinin və möminlərin faydasına olan fəaliyyətlərə mane olmağa çalışırlar. Müsəlmanların lehinə nəticələnəcək olan hadisələrdən narahat olurlar. Eqoist istək və ehtirasları yönündəki hər hərəkəti çəkinmədən edirlər. Müsəlmanlara zərər verəcəyini, onları çətinliyə salacağını düşündükləri hərəkətlərə dəstək olurlar. Ayədə belə buyurulur:

Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanları) pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allah'ı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.
(Tövbə surəsi, 67)