MÖMİNLƏR

Kamil iman sahibi olan mömin...


Kamil iman sahibi olan mömin...

Nə cür Allah İnancına malİkdİr?

- Allah`dan başqa bir ilah olmadığını,

-Hər şeyi yaradanın ancaq Allah olduğunu,

- Hər işi idarə edənin Allah olduğunu,

- Bütün ürəklərin ancaq Allah`ın idarəsində olduğunu,

- Allah`ın hər şeyi əhatə etdiyini,

- Qədəri (taleyi) təyin etdiyini,

- Hər şeyə gücü yetən və dilədiyini edən olduğunu,

- Hər şeydən xəbərdar olduğunu və hər şeyi eşidib gördüyünü,

- Hər şeyin üzərində qoruyucu olduğunu,

- Qeybi bildiyini,

- Heç bir şeyə ehtiyacı olmadığını və bütün nöqsanlardan uzaq olduğunu,

- Doğmamış və doğulmamış olduğunu,

- Yanılmayan və unutmayan olduğunu,

- Mülkün yeganə sahibi olduğunu,

- Hər şeyin tək varisi olduğunu,

- Daim diri olduğunu,

- İzzət və şərəfin tək sahibi olduğunu,

- Daim üstün və qalib olduğunu,

- Ən gözəl adların sahibi olduğunu,

- Hökm və hikmət sahibi olduğunu,

- Qullarına şah damarlarından daha yaxın olduğunu,

- Ürəklərindən keçirdikləri ən kiçik şeyi də bildiyini,

- Gizlinin gizlisini bildiyini,

- Sonsuz ədalətli olduğunu,

- Mərhəmətlilərin ən mərhəmətlisi olduğunu,

- Qullarına qarşı çox bağışlayıcı olduğunu,

- Qullarını çox sevən olduğunu,

- Tövbələri qəbul edən olduğunu,

- Səmimi duaya cavab verən olduğunu,

- Yaxşılığın və şükürün əvəzini artıqlaması ilə verən olduğunu,

- İnsana hər şeyi öyrədən olduğunu,

- Xəbərdar edib qorxudan olduğunu,

- Ölüləri dirildən və hesab gününü yaradan olduğunu,

- Dininə kömək edənlərə dünyada və axirətdə kömək edən olduğunu,

- Vədinin haqq olduğunu,

- İnkarçılar üçün cəhənnəmi və möminlər üçün də cənnəti yaradan olduğunu bilən bir Allah inancına malikdir.

Nə cür Allah qorxusuna malİkdİr?

- Yalnız Allah`dan qorxar və yalnız Ondan çəkinər

- Allah`dan başqa heç bir şeydən qorxmaz.

- Allah`dan gücü yetdiyi qədər çox qorxar.

- İmanı və Allah qorxusunu ürəyə yerləşdirənin Allah olduğunu bilər.

- Bu qorxunu yalnız çətinlik və çarəsizlik anlarında deyil, hər an yaşayar.

- Allah`ın qəlblərdə olanı və gizlinin gizlisini bilən olduğunu unutmaz.

- Kimsənin görmədiyi yerdə də Allah`ın görən olduğunu hər an xatırlayar.

- Hesab verəcəyini bilərək hərəkət edər.

- Haram və halallara diqqət edər.

- Etdiyi hər şeyin əsası bu qorxu üzərinə quruludur.

- Edilən hər işdə Allah`a yönələr.

- Tək cəzalandıranın Allah olduğunu bilər.

- Allah`ın mövqeyindən, təhdidindən və cəhənnəm əzabından qorxar.

- Daha əvvəl gəlib-keçənlərə Allah`ın verdiyi əzabları unutmaz.

- Hörmət dolu, içi titrəyən və şiddətli bir Allah qorxusuna malikdir.

Necə bİr İmana malİkdİr?

- Allah qorxusuna və Allah sevgisinə əsaslanan.

- Yalnız Allah`a ibadət etdirən.

- Allah`ı hər şeydən üstün tutmağı təmin edən.

- Allah`dan başqa ilah axtarmayan.

- Allah`a heç bir şeyi ortaq qoşmayan.

- Hər şeyin Allah`dan olduğunu bilən.

- Allah`ın həmişə onun yanında olub etdiklərini gördüyünü bilən.

- Həyatının hər anında Allah`ın razılığını qazanmağı hədəf alan.

- Bütün həyatı Allah üçün yaşamağı gərəkdirən.

- Allah`ın sərhədlərini qorumağı təmin edən.

- Allah`ın qarşısında acizliyini çox yaxşı bilməyi təmin edən.

- Allah`ın ayələrinə qəlbən boyun əyməyi təmin edən.

- Yalnız Allah`a güvənməyi təmin edən.

- Köməyin ancaq Allah`dan olduğunu qavramağı təmin edən.

- Daim Allah`ı xatırlamağı təmin edən.

- Qurana bağlı olmağı təmin edən.

- Allah`a əsla nankorluq etdirməyən.

- Qiyamət gününə qəti bilgi ilə iman etdirən.

- Axirətin varlığına qəti olaraq inandıran.

- Dünya həyatına aldanmağa mane olan.

- Gələcək narahatlığını ortadan qaldıran.

- Hər işdə bir xeyir olduğunu hər an hiss etdirən.

- Hər işdə Allah`a yönəlməyi təmin edən.

- Sahib olunan bütün xüsusiyyətlərin Allah`dan olduğunu unutdurmayan.

- Allah`a, hökmlərinə və elçilərinə könüldən itaəti təmin edən.

- Şeytanın təsirinə izn verməyən.

- Hər an vicdanın səsi ilə hərəkət etməyi təmin edən.

- Yalnız Allah`a yönəlmiş bir ruh halı verən.

- Yalnız Allah`ı və inananları dost etməyi təmin edən.

- Allah`a yaxınlaşmaq üçün ciddi səy göstərən.

- Allah`a hər an şükür edici olmağı təmin edən.

- Gizli və açıq zəkat verməyi unutdurmayan.

- Hər çətinliyə səbir edəcək və qətiyyən qorxmayacaq bir qətiyyət verən.

- Üstün əxlaq qazandıran.

- Göstərilən mömin əlamətlərində qətiyyət təmin edən.

- Təqvada yarışıb önə keçirən bir imana malikdir.

Necə bİr qədər (tale) anlayışına malİkdİr?

- Hər şeyin bir qədər ilə yaradıldığını.

- Doğumdan ölümə qədər hər hadisəni Allah`ın xüsusi olaraq planladığını.

- Hər hadisənin ancaq Allah`ın təqdir etdiyi zamanda reallaşacağını,

- Allah`a qarşı qəlbən tam güvənərək bağlanmalı olduğunu.

- Könüldən boyun əyməyin məqbul olduğunu.

- Allah`ın bütün zamanları bir an içində gördüyünü.

- Yalnız Allah`a təslim olmanın lazımlılığını.

- Nə edirsə-etsin, nəticəni Allah`ın təyin edəcəyini.

- Allah`a tam bir təslimiyyət göstərdiyi təqdirdə əsla qəmgin olmayacağını.

- Allah`ın yaratdığı hər görüntüdən razı olmalı olduğunu bilər.

- Başına gələn hər şeyin Allah`dan olduğunu bildiyi üçün:

-Həyəcana qapılmaz.

-kədər və ya çətinliyə düşməz.

-çaxnaşmaya qapılmaz.

-ümidsizliyə düşməz.

-çətinlik və əsəb keçirməz.

-narahat olmaz.

-qəzəblənməz.

-"Kaş ki", - deməz.

-ani və həddindən artıq reaksiyalar verməz.

-ölüm qarşısında kədərlənməz.

-əlindən gedənə və başına gələnə kədərlənməz.

Hansı düşüncəyə və nə cür ağıla malİkdİr?

- Quranı gərəyi kimi, yaxşıca düşünən.

- Hər şeyi Quran məntiqi ilə qiymətləndirən.

- Hər şeyi müsbət düşünən.

- Vicdanın istiqamətləndirdiyi şəkildə hərəkət edən.

- Hər şeyi qədərdə (taledə) Allah`ın təqdir etdiyi şəkildə meydana gəldiyini bilərək düşünən.

- Hər hadisənin ardında gizlənən xeyir və hikməti görməyə çalışan. - Ayaq üstə, oturarkən, yatarkən, hər an daim Allah`ı düşünən.

- Allah`ın varlığını və yaratmasındakı sənətini dərindən düşünən.

- Allah`ın diqqət çəkdiyi mövzuları və iman həqiqətlərini araşdırıb, düşünən.

- Suallarının cavablarını yalnız Qurandan tapan.

- Axsamalar qarşısında həlli həmişə Quranda axtaran.

- Daim dinin lehinə düşünən.

- Vəsvəsə gəldiyində şeytandan olduğunu düşünüb Allah`a sığınan.

- Möminlər haqqında hüsnü-zənlə düşünən.

- Başqalarının ehtiyaclarını düşünə bilən.

- Təcili işləri təsbit edib onlara üstünlük verə bilən.

- Haqq ilə batil arasında Qurana uyğun müqayisə edə bilən.

- Təmiz bir ağıl ilə düşünə bilən.

- Öz yaradılışını düşünən.

- Qiyaməti düşünən.

- Hesab gününü düşünən.

- Cənnəti və xüsusilə də cəhənnəmi düşünüb öyüd alan.

- Özünə verilən öyüdləri yaxşıca düşünən.

- Öz nəfsini hesaba çəkə bilən ağıl və düşüncəyə malikdir.

Hansı sevgİ anlayışına malİkdİr?

- Allah`ı hər kəsdən və hər şeydən çox sevər,

- Peyğəmbərimizə (s.ə.v) duyduğu sevgi bütün inananlara duyduğu sevgidən üstündür.

- Möminlərə olan sevgisi Allah`ın rizasına əsaslanan bir sevgidir.

- Ən çox sevdiyi insanlar Allah`ın rizasını qazanmağa ən çox səy göstərən, ən təqvalı olduğunu ümid etdiyi şəxslərdir.

- Dünya həyatının bəzəklərinə şiddətlə sevgi hiss etməz.

- İşlədiyi xeyirlərin əvəzində Allah`ın sevgisindən başqa heç bir mükafat istəməz.

- Allah`a və elçisinə qarşı baş qaldıranlara qarşı əsla sevgi duymaz.

- Bir şeyə qarşı duyduğu sevgi və ehtiyac o mövzuda fədakarlıq göstərməsinə mane olmaz.

Necə və nə haqda danışar?

- Allah`ı ən gözəl adları ilə təsbih edər.

- Sözün ən gözəlini söyləyər.

- Gələcəkdə olacaq bir hadisə üçün hər zaman "Allah diləsə" mənasındakı "inşaAllah" sözündən istifadə edər.

- Allah`ın sənətini əks etdirən hər gözəlliyi gördüyündə: "maşaAllah", - deyərək Allah`ın şanını ucaldar.

- Allah`ın məmnun olacağını ümid etdiyi sözü söyləyər.

- Danışıqlarında ayələri xatırladaraq danışar.

- Hikmətli danışar.

- Qısa, mənalı və aydın danışar.

- Boş və faydasız söhbətlər etməz.

- Ehtiyaca uyğun danışar.

- Yalan söz söyləməz.

- Ana və atasına qarşı "uf" belə deməyəcək qədər hörmətli danışar.

- Yumşaq söz söyləyər.

- Danışığı ilə qarşı tərəfə etibarlı olduğunu hiss etdirər.

- Bacardığı qədər səmimi, sadə, içindən gəldiyi kimi danışar.

- Gizli söhbətlərdən çəkinər.

- Söylədiyi sözün nə məna verəcəyini bilərək və yaxşı düşünərək danışar.

- Öyüd verərək danışar.

- Bir evə girdiyində əvvəl Quranda ifadə edildiyi kimi "salam" sözünü söyləyər.

- Cahillərlə qarşılaşdığında onlarla cəhalətlə danışmaz, "Salam", - deyərək keçər.

- Böhtan atmaz.

- Və bu cür söhbətlərə qatılmayıb şərəflə keçər.

- Yaxşı və gözəl rəftarları təşviq edəcək və pis davranışlardan çəkindirəcək şəkildə danışar.

- Səsində orta yol tutar, qışqıraraq danışmaz.

- Ağzından çıxan hər sözdən məsul olduğunu bilər.

- Boş və gərəksiz məqsədlər üçün and içməz.

- Danışığında heç kimi ayıblayıb, pisləməz.

- Dedi-qodu etməz.

- Vicdanı hərəkətə keçirəcək təsirli sözlər söyləyər.

Necə və nələrə dua edər?

- Hər şeydə Allah`a yönələrək.

- Yalnız Allah`a dua edərək və yalnız Ondan kömək diləyərək.

- Allah`ın hər duaya cavab verdiyini bilərək.

- Allah`ın ona şah damarından daha yaxın olduğunu və hər düşündüyünü anında eşitdiyini bilərək.

- Allah`ı ən gözəl adları ilə təsbih edərək və bu adlarının mənalarını dərin-dərin düşünərək.

- Dua edərkən Allah`dan istəyinə sərhəd qoymayaraq.

- Duanın bir şəkli olmadığını, Allah`ın rizasını qazanmaq üçün edilən hər hərəkətin bir dua olduğunu bilərək.

- Dua etmək üçün xüsusi bir məkan və yerə gərək olmadığını, hər zaman, hər yerdə dua edə biləcəyini bilərək.

- Allah`a qarşı ola biləcək ən hörmətli şəkildə dua edər.

- Yalnız çətinlik və ehtiyac içində olarkən deyil, bolluq və nemət içərisində olarkən də dua edər.

- Dualarından sonra verilən nemətlərə nankorluq etməz.

- Duası səmimi və içdəndir.

- Allah`a yalvara-yalvara, için-için dua edər.

- Nümayiş üçün dua etməz.

- Qorxu və ümidlə dua edər.

- Özü üçün olduğu qədər, hətta özündən daha çox peyğəmbərlər və digər möminlər üçün də dua edər.

- Möminlərin sağlamlığı, təhlükəsizliyi, rahatlığı, zənginliyi və gücü üçün dua edər.

- Allah`a yaxınlaşmaq, müvəffəqiyyətli olmaq, din əxlaqını ən yaxşı şəkildə yaşaya bilmək və gözəl əxlaqda səbir göstərə bilmək üçün dua edər.

- Dünyada və axirətdə Allah`ın ən gözəlini verməsi, nemətlərini artırması üçün dua edər.

- Heç kimin möminlərə zərər verə bilməməsi üçün dua edər.

- Düşmənlərinin xor və alçaq qılınmaları və etdiklərinin əvəzini görmələri üçün dua edər.

- Quranda yer verilən peyğəmbər dualarını özünə nümunə götürər.

- Dualarının sonunda: “Həmd olsun aləmlərin Rəbbi Allah`a!” (Yunis surəsi, 10) - deyərək Allah`ı təsbih edər.