Möminin əsl həyatı axirətdədir
Peyğəmbərimizin (səv) hədislərində dünya nemətlərinin axirətlə müqayisə edilməyəcək qədər dəyərsiz olduğunu belə açıqlayır:
Əbu Hüreyre (ra) rəvayət edir: Allah Rəsulu (səv) buyurduki: Cənnətdə yay qədər yer, Günəşin çıxdığı və batdığı yerdən (dünyadan) daha xeyirlidir. (Buhari, Bed'ü'l-Halk 8, Tefsir, Vakı'a 1; Müslim, Cennet 6, (2826); Tirmizi, Cennet 1, (2525).)
Peyğəmbərimizin bildirdiyi kimi, dünya nemətləri nə qədər gözəl, heyranedici və qalıcı görünsədə insan bunların ardında gizlənən önəmlihəqiqəti heç vaxt unutmamalıdır.Fani olan dünyanın müvəqqəti bər-bəzəyinə bağlanmağın həm dünyada, həm də axirətdə insanı ziyana düçar edəcəyini bilməli və hər anında bu şüurla hərəkət etməlidir.
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64) ayəsi dünyanın imtahan üçün yaradılmış bir yer olduğunu və əsil həyatın axirətdə olacağını insanlara bildirir.
Dünya nemətlərini əldə etmək üçün sıxıntıya düşmək yanlışdır. Dünya nemətləri Rəbbimizin qullarına verdiyi lütfdür və bu nemətlərdən istifadə edərək Allah`ın rızasını qazanmaq həm dünyada, həm də axirətdə "gözəl həyat" yaşamağa səbəb olacaqdır.
Əbdülqadir Gilani əsərlərində dünya həyatının müvəqqəti olduğunu tez-tez vurğulamış və iman gətirənləri dünyaya bağlanmamaları üçün xəbərdarlıq etmişdir:
Bir qəflət yuxusundan... Həmdə dərindən. Qəflətin dünyaya görə mi oldu? O zaman qulaq as... Bax Haqq Təala izah edir:
Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir... (Muhəmməd surəsi, 36)
Bu ayə dünyanın nə olduğunu izah edərkən sən hələdə ona tərəf gedirsən.. Və ona dərindən bağlanırsan... Özünə görə bəhanən var: çünki qafilsən..
Niyə görə beləsən? Allah səni dünya üçün yaratdı? Yoxsa o biri aləm üçünmü yaradıldın?
Qətibilki,sən digər aləmin hissəsisən. Bu aləm fanidir. Ağıllı insanların gözündə heçdir.
Bu sıxıntılı və çətin aləmi nəyinə gərək? Daha irəlidəkiləri istə... Yüksəkləri arzula... (Məktubat-ıG ilani, Əbdülqadir Gilani, Baha rnəşrləri. s. 43, ÜçüncüMəktub)