Quranı dinləməyənlərin böyük qəfləti
Şeytanın yolu ilə gedən insanlar bütün kainatı yoxdan var edən Allah`ı inkar etdikləri üçün gördükləri hər varlığa ayrı-ayrılıqda mənlik verirlər. Bunların hər birinin Allah`dan müstəqil gücü olduğunu zənn edirlər. Halbuki, bu varlıqlar tamamilə Allah`ın qüdrəti və hakimiyyəti altındadır. Bu varlıqlara insanın özü və yaşadıqları da daxildir. Çünki insan beyninin içində yaşadığı maddədən ibarət dünyanı qavrayır, yəni bu varlıqların beyninə verilən surətini görür və sadəcə beynindəki görüntülərlə əlaqədə olur. Bu görüntülərin əsli ilə əsla təmasda ola bilməz.
Məsələn, yolda gedən bir maşını görməyimiz, onun siqnal səsini eşitməyimiz və ya bu maşına mindiyimiz zaman oturacağının yumşaqlığını, metalının bərk olduğunu hiss etməyimiz üçün bu maşının əslinə çatmağımız vacib deyil. Biz maşının varlığına dair bütün məlumatları sadəcə beynimizdə hiss edirik. Dolayısilə, maşının xarici dünyada var olan əsli ilə əlaqədə olmağımız mümkün deyil. Bizim əlaqədə olduğumuz həqiqət sadəcə beş duyğu orqanımız sayəsində beynimizdə qavradığımız elektrik siqnallarından başqa bir şey deyil. Bizim ömrümüz sadəcə və sadəcə beynimizin içində keçir. Xaricdəki maddə ilə əsla əlaqədə ola bilmərik. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Təkamül yalanı, Sonsuzluq artıq başlamışdır, Həqiqəti bilmək, Xəyalın digər adı : maddə, Qüllədəki kiçik adam)
Eynilə, mitinqdə çıxış edən insan da, əslində, beyninin içindəki izdiham üçün danışır. Bu insan izdiham üçün danışdığını sadəcə zənn edir. Yəni çıxış edən insan beyninin içindəki mitinqdən kənara çıxmaz. İzdihamı təşkil edən insanlar da hər biri ayrı-ayrı onlara səslənən bu insanı öz beyinlərində görürlər. Bütün danışıqlar, bağırtılar insan beynindən kənara çıxmır.
Dolayısilə, heç vaxt əslinə çata bilməyəcəyi bir şeyin arxasınca qaçmaq, heç vaxt əsilləri ilə danışmadığı insanlara dəyər vermək, heç vaxt əslinə toxunmadığı əşyaları mənimsəmək beynindəki görüntünün xaricinə çıxa bilməyən bir şəxs üçün çox mənasızdır. Bu mövzunu yuxu nümunəsi üzərində düşünə bilərsiniz. Məsələn, yuxuda ətrini hiss etdiyiniz, görüntüsünü gördüyünüz, istiliyini hiss etdiyiniz bir yemək olmadığı halda, bu yeməyin dadına baxa bilər, hətta istidən dilinizin yandığını hiss edə bilərsiniz. Yaxud da məsuliyyətli bir işə gecikdiyinizi, buna görə də həyəcanlandığınızı da həyatdakı kimi bütün incəlikləri ilə yuxunuzda yaşaya bilirsiniz. Yuxudan oyanana qədər də yaşadığınızın həqiqiliyindən əmin olursunuz. Məhz yuxuda yaşanan bu hadisələr yaşadığımız dünyaya da aid ola bilir.
Bu, dünyaya bağlanan insanların düşünmək istəmədikləri aşıq-aşkar elmi həqiqətdir. Nə qədər qaçmağa çalışsalar da və qəbul etməmək üçün nə qədər israr etsələr də, bu, bir həqiqətdir. Üstəlik, bu, insanın bütün həyatı boyu yaşadığı bir həqiqətdir. Bundan qaçan hər kəs bilməlidir ki, onun beyninin içindəki dünyadan kənara çıxması əsla mümkün deyil. Dolayısilə, maddənin mütləq varlığı ilə əlaqədə olduğuna inanaraq Quranı inkar edənlər bu vacib məlumatlar əsasında düşünsələr, dəyər verdikləri şeylərin, əslində, bir qavrayışdan ibarət olduğu həqiqəti ilə qarşılaşarlar. Beləliklə, həvəslə bağlanmalarına, qorxmalarına və ya qürurlanmalarına səbəb olan şeylər də mənasını itirər.
Eynilə, sözlərinə etibar edilən, öndər qəbul edilən insanlar da Allah`ın insanların beynində yaratdığı qavrayışdan ibarətdir. Dolayısilə, şeytana, onun insan surətindəki təcəllilərinə və ya təsiri altındakı insanlara qeyd-şərtsiz itaət etmək, əslində, yuxarıda bəhs etdiyimiz maddədən ibarət dünya ilə əlaqədə olduğunu düşünməkdən başqa bir şey deyil.
Bir insan maddənin əsl mahiyyəti ilə bağlı bu vacib həqiqətlərin fərqinə varmadan illərlə yaşaya bilər. Bəlkə bir çox insan kimi ətrafındakı insanları, təbiəti və bütün kainatı beyninin içində gördüyünü, xaricdə olanların həqiqətləri ilə əsla əlaqədə olmayacağını düşünməyə bilər. Ancaq bir neçə saniyə diqqətini toplayıb səmimiyyətlə düşünməsi insanın bütün həyata baxışını dəyişməsi və yanlış fikirlərdən qurtulması üçün yetərlidir.
Məsələn, siz əlinizdə tutduğunuz bu kitabı, kitabda yazılanları, bir-bir çevirdiyiniz səhifələri düşünün. Əslində, bunların hər biri duyğularınız vasitəsilə beyninizə gələn qavrayışdan ibarətdir. Gördüyünüzü zənn etdiyiniz kitabın əsli ilə təmasda olmadığınızı, yalnız beyninizə gedən elektrik siqnallarını qavradığınızı, səhifələri çevirdiyiniz əlinizin əsli ilə ömrünüz boyu heç qarşılaşmadığınızı bir daha düşünün. Bu möcüzəvi vəziyyəti anladığınız an əsl həyata başlayacaqsınız. Çünki maddənin əsli ilə heç vaxt əlaqədə olmayacağını və sadəcə xaricdə olanların görüntülərini görəcəyinizi əsl mənada anlamaq insanın dünya həyatında öyrənəcəyi ən böyük elmi həqiqətdir.
Bütün bu həqiqətlər insanın Allah`ın qarşısındakı aciz vəziyyətini bir daha sübut edir. Çünki şeytanın insanı boş vədlərlə aldatdığı dünya həyatı da insan üçün xəyal dünyasından başqa bir şey deyil. Bütün bu həqiqətlər hər şeyi yaradan Rəbbimizə təslim olmağımıza, Ona iman gətirməyimizə və Ondan qorxmağımıza gözəl vasitədir.
Bu kitabda izah edilənlər bütün insanlara bir xəbərlarlıqdır. Ümid edirik ki, vicdanlarının səsini dinləyənlər bu çağırışı dinləyib həqiqətlərdən qaçmazlar. Allah bir ayədə belə buyurur:
Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır. (Ənbiya surəsi, 106)