Hər şeyi xeyrə yozmaq
Hadisələri xeyrə yozmaq məsələsi cəmiyyətin böyük əksəriyyətinə məlumdur. Bir çox insan gündəlik həyatında tez-tez “bir xeyir var”, ya da “inşaAllah, xeyirdir” kimi sözlərdən istifadə edirlər. Ancaq bu, ümumiyyətlə, ya vərdişdən, ya da adət-ənənədən qaynaqlanır. Yoxsa bu insanlar xeyrə yozmanın həqiqi mənada nə ifadə etdiyinin, ya da bu anlayışın gündəlik həyata necə daşıyacağının şüurunda deyildirlər. İnsanın yaxşı və yaxud pis kimi görünən hadisələri xeyrə yozması onun Allah`a olan səmimi imanından qaynaqlanan əxlaqıdır və imanın verdiyi həyat şəklidir. Bu həqiqətin fərqində olmaq insana hüzur verir və dünya və axirətdə bütün nemətlərin qapısını açır.
Gün ərzində möminin heç bir şeyə üzülməməsi onun imanı doğru anladığını göstərir. Hadisələrə xeyirlə baxmamaq, narahat və ümidsiz olmaq, hüznə düşüb romantik davranmaq isə imanın şübhəli olmasının əlamətləridir. Bu şübhə dərhal aradan qaldırılmalı, iman sevinci ilə yaşamaq həyat tərzinə çevrilməlidir. Allah`a iman edən şəxs tərs kimi görünən hadisə ilə qarşılaşanda bunun mütləq ən xeyirli olduğunu bilməlidir. “Çatışmazlıq”, “tərslik”, “kaş ki” kimi sözlərdən isə ancaq dərs almaq, ibrət çıxarmaq məqsədi ilə istifadə etməlidir. Yəni “bu hadisə hikmətli və xeyirlidir, lakin bir daha eyni səhvi etməməliyəm, indi öyrəndiyim şəkildə doğrunu etməliyəm” şəklində düşünməlidir. Təkrar eyni çətinliklə qarşılaşdıqda və ya eyni səhvi etdikdə yenə bunun xeyir və hikmətlə yaradıldığını ağlından əsla çıxarmamalı və: “Bir daha doğrusunu etməliyəm”, -deyə düşünməlidir. Hətta eyni hadisə dəfələrlə təkrarlanarsa, yenə də müsəlman üçün bu vəziyyətin xeyir olduğunu bilməlidir; çünki bu, Allah`ın qanunudur və Allah`ın qanunu əsla dəyişməz.
Bir insanın nəfsinin xatircəm olması Allah`dan gələn xeyir və hikmətin kəsilmədən davam etdiyini bilməklə mümkündür. Bu həqiqəti qavramaq dünyada mömin üçün böyük nemətdir. Din əxlaqından uzaq, inkarçı insan daima əzab çəkir və hər hadisəni öz əleyhində şərh edir. Mömin isə hadisələrin hikmət və xeyir yönlərini görür və bu səbəbdən sevincli olur. Buna görə, orta yol tutmaq, hadisələri həm xeyrə, həm şərə yozub narahatlıq duymaq axirətdə mömini utandıra bilər. Bu qədər açıq həqiqəti görüb vicdanla qəbul etməmək axirətdə və dünyada əzab çəkməyə səbəb olar. Bilmək lazımdır ki, Allah qədəri qüsursuz yaratmışdır. Milyonlarla hadisədən ibarət bu qədərdə xeyirlə baxan insan üçün yalnız gözəllik və hikmət vardır. İmanlı mömin iradəsi və ağlı ilə gün ərzində heç bir hadisədə şeytanın tələsinə düşmür. Hadisənin şəkli, günü, yeri nə olursa-olsun, xeyirli olduğunu əsla unutmur. Özü həmin vaxt bu xeyri görməyə bilər, əsası odur ki, hər şeyin xeyirlə yaradıldığına qəti olaraq inanır.
İnsan bəzən tələskənliyi üzündən hadisələrin xeyir yönünü tez görmək istəyir. Bunu həmin vaxt görmədikdə özünə zərərli olan şeylər üçün inadcıl davranır. Quranda insanın bu tələskənliyi belə bildirilmişdir:
İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir. (İsra surəsi, 11)
Halbuki insan doğru və yaxşı bildiyi şeylərdə israr etməməli, bunları əldə etmək üçün tələsib həvəsə düşməməli, Allah`ın yaratdığı hadisələrdəki hikmət və xeyri görmək üçün çalışmalıdır. Məsələn, bir insan maddi imkanlarının yaxşılaşmasını çox istəyib bunun üçün əmək sərf edə bilər. Lakin çox cəhd etsə də, bunu əldə etməyə bilər. Bu vəziyyətin öz əleyhinə olduğunu düşünən insan çox yanılır. Əlbəttə, hər kəs Allah rizası üçün istifadə məqsədilə mal-mülk baxımından zəngin olmaq üçün dua edə bilər. Ancaq bu, gecikirsə və ya heç olmursa, bunda böyük xeyir vardır. Bəlkə də müəyyən kamilliyə çatmadan əldə edəcəyi zənginlik insanı Allah`ın yolundan azdırıb şeytanın hiyləsinə sala bilər. Belə bir hadisənin arxasında insanın yaxında görəcəyi və ya ancaq axirətdə anlayacağı buna bənzər daha bir çox xeyir ola bilər. Başqa bir misal desək, bir iş adamı iş həyatında böyük nailiyyət qazanacağı önəmli toplantını qaçıra bilər. Ola bilər ki, o toplantıya getdikdə yolda qəza keçirər.
Əlbəttə, bunlar ümumi misallardır və hər kəs həyatda belə hadisə ilə qarşılaşmışdır. İlk baxışda tərs kimi görünən hadisələrin xeyrini görmüşdür. Amma bunu unutmaq olmaz ki, insan tərs görünən hadisələrin xeyir yönünü hələ anlamaya bilər. Çünki öncə də bildirdiyimiz kimi, insanın hadisənin xeyir yönünü qısa müddətdə görəcəyi şərti yoxdur. İnsan hadisənin xeyrini illər sonra da öyrənə bilər və ya heç bilməyə də bilər. Bəlkə də Allah qarşılaşdığı çətin vəziyyətin xeyrini ona axirətdə göstərəcəkdir. Nəticə olaraq, təvəkküllü və qədərə təslim olan insan hər hadisəni -hikmətini bilib-bilməsə də- xeyirlə dəyərləndirməli və hər şeydən razı olmalıdır.
Lakin bunu xüsusilə vurğulamaq lazımdır ki, xeyirlə baxmaq hadisələri görməzlikdən gəlib vecinə almamaq və ya nikbin davranmaq demək deyil. Tam əksinə, hər insan qarşılaşdığı hadisələrdə əlindən gələn bütün tədbirləri almağa və hər yolu sınamağa məsuliyyət daşıyır. Hadisənin bu yönünə diqqət etmək lazımdır, çünki cahiliyyə əxlaqında fərqli anlayış formalaşdıran insanlar da vardır. Məsələn, cahiliyyə cəmiyyətində hadisələrə biganə və son dərəcə vecsiz yanaşan müəyyən kütlə vardır ki, bunlar hər hadisəni ifrat dərəcədə nikbinliklə dəyərləndirirlər. Bu insanlar hadisələrə qarşı həm vecsiz yanaşdıqlarından, həm də çıxış yolu tapmağın əvəzinə uşaq kimi saf davrandıqlarından ağıllı hərəkət etmirlər. Məsələn, özünə ciddi xəstəlik diaqnozu qoyulan bir insan “fikir vermə, heç nə olmaz” deyə düşünərsə, xəstəliyi daha da şiddətlənəcəkdir. Yaxud da evi soyulduğu halda, heç bir tədbir görməyən insan öz əli ilə yeni oğrulara imkan yaratmış olacaq.
Şübhəsiz, belə saf davranmağın bu kitabda bəhs edilən xeyrə yozmaq və təvəkküllü olmaq anlayışları ilə heç bir əlaqəsi yoxdur. Belə hərəkətlər açıq şəkildə vecsiz davranmaqdır. Bu cür düşünənlərdən fərqli olaraq, möminlər hər hadisədə əllərindən gələni edib həm də feili cəhd edirlər; yəni bir növ feili dua etmiş olurlar. Lakin cəhd edərkən hər işin Allah`ın dilədiyi şəkildə nəticələnəcəyini heç unutmurlar.
Quranda bu həqiqətin şüurunda olan peyğəmbərlərin və saleh möminlərin həyatından nümunələr verilmiş, onların çətinlik və təzyiq zamanı təvəkküllü davranmaları insanlara nümunə göstərilmişdir. Bu nümunələrdən biri hz.Hudun inkarçı qövmünün təhdidlərinə qarşı Allah`a olan itaətini və təvəkküllünü göstərən verdiyi cavabdır. Ayələrdə belə buyurulur: