Quran

Hər problemin həlli Qurandadır


Hər problemin həlli Qurandadır

Quran əxlaqından uzaq yaşayan insanların düşüncə və davranış tərzinə görə meydana gələn ictimai quruluş həmin insanlara və cəmiyyətə böyük sıxıntı gətirir. Bunun həllini də dinsizliyin içində axtardıqlarına görə, bu problemləri həll edə bilmirlər. Onların bu vəziyyətlərinin əksinə, səmimi möminlərin həyatı rahat və təhlükəsizdir. Səmimi dindar insanların bu rahatlıqları Quranın hər şeyin həlli olmasından qaynaqlanır. Quran hər problemə, hər çıxılmaz vəziyyətə ən mükəmməl, ən ağıllı həll yolları təqdim edir.

Ədalətsizlik, ixtilaf, qeyri-bərabərlik, çəkişmə, dava-dalaş, haqsızlıq, israf, şübhə, zülm, zorakılıq, iqtisadi və ticarət əlaqələri, insanlararası sosial münasibətlər, qohumlararası münasibətlər və bunlar kimi bir çox sosial problem və məsələ haqqında Quran əxlaqına uyğun yaşamaq insanları xoşbəxt edən, onların həyatını asanlaşdıran, rahatlıq gətirən ən əsas, ədalətli, mükəmməl və köklü həll yolları gətirir.

Bundan başqa, Quran hər məsələdə və hər şəraitdə tələb olunan ideal davranış və əxlaqi dəyərləri də insanlara açıqlayır. Quranda tərif edilən bu üstün əxlaq modelini mənimsəyən insanlardan ibarət cəmiyyət, əlbəttə, əsrlərlə insanların həsrətini çəkdiyi ideal quruluşuna qovuşacaq.

Quranın hər məsələnin həll yolunu açıqladığı bir ayədə belə bildirilir:

… (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir! (Yusif surəsi, 111)

İnsanlar haqq dinin rəhbərliyi olmadan nə şəxsi, nə də ictimai problemləri heç vaxt kökündən həll edə bilməzlər. Belə ki, tarix boyu din əxlaqından uzaq yaşayan xalqların hələ də həll edə bilmədiyi saysız-hesabsız problem bu həqiqətin açıq sübutudur. İnsan din əxlaqından üz çevirdikdə özünün və yaşadığı cəmiyyətin əsla son qoya bilməyəcəyi sıxıntı və problemlərlə üzləşər. Bu, dinsizliyin dünyadakı qarşılığıdır. Uca Allah bunun axirətdəki qarşılığının isə daha ağır və əbədi olduğunu bildirmişdir.

İnsanı ən yaxşı tanıyan onu yaradan Rəbbimizdir. Allah insana hər dövrdə haqq din sayəsində ehtiyacı olan hər cür məlumatı və açıqlamanı göndərmişdir. Haqq din əxlaqına uyğun yaşadıqda insanın ən gözəl həyat tərzinə qovuşacağını da bildirmişdir:

Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)

Buna baxmayaraq, insan adi məsələlər, dünyəvi mənfəətlər, nəfsinin istəklərinə görə haqq dindən üz çevirsə, ən böyük zərəri yenə özü çəkər. Çünki insanın Qurandan üz çevirməsi onun özü üçün vacib həyati məlumatlardan məhrum olmasına səbəb olur. Halbuki, nə özünün, nə də özü kimi gəlib-keçmiş insanların təcrübəsi bu dünyada qarşılaşacağı şərait və problemləri həll etməsinə kifayət etməz. Bütün həyatı sıxıntı, narahatlıq, stress, şübhə, çatışmazlıqlarla keçər. Din əxlaqına uyğun yaşamamasının qarşılığı olan əzablarla dolu həyatının “həyatın qanunu” olduğuna inanaraq ömrünü başa vurar.

Həll yolu isə açıqdır. Hər şeyin yaradanı olan uca Allaha üz tutmaq Onun bizim üçün seçib bəyəndiyi din əxlaqına uyğun yaşayaraq həqiqi səadətə qovuşmaqdır. Uca Allah dünyada xilas olmağın yolunun din əxlaqını mənimsəmək olduğunu xəbər vermiş və səmimi qullarına Quran əxlaqına uyğun yaşadıqları təqdirdə dünyada qorxu çəkməyəcəklərini müjdələmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Elm sahibi, dəyərli İslam alimi İmam Qəzali dünya həyatında rahatlığa və nemətə qovuşan müsəlmanların axirətdə də sonsuz səadət əldə edəcəklərini belə vurğulamışdır:

“… Dünyadakı hökmdarların rütbələri onların (müsəlmanların) məqamları ilə müqayisədə çox kiçik və sönükdür, müqayisə belə edilə bilməz! Axirət sultanlığı haqqında Cənabi-Haqq belə buyurur: “Hara baxsan, nemət və böyük bir mülk görərsən”. (İnsan surəsi, 20)