Peyğəmbərimizin (səv) gələcəklə bağli verdiyi xəbərlər
Hər insan, hər cəmiyyət və hər ölkənin bir qədəri var. Dünya üzərində hələ heç kəs yaradılmamışdan əvvəl hər insanın gələcəkdə nələr yaşayacağı, bir ölkənin hansı hadisələrə şahid olacağı, bir cəmiyyətin keçirəcəyi mərhələlər və bunun kimi hər bir hadisə Allah Qatında əvvəlcədən təyin olunmuşdur. Ancaq insanlar əvvəldən təyin olunmuş, Allahın Qatında yaşanmış və hətta bitmiş bu hadisələrin heç birindən xəbərdar deyillər. Bunları ancaq yaşadıqca görür və bilirlər. Bu səbəbdən gələcək insanlar üçün qeybdir, yəni naməlumdur.
Ancaq Allah bəzi qullarına qeybə dair məlumatlar verdiyini Quranda bildirmişdir. Bu insanlardan biri də hz. Yusufdur. Hz. Yusuf (əs) zindanda olarkən Allahın varlığının dəlillərini izah etdiyi iki yoldaşına belə demişdir:
“O dedi: “Sizə veriləcək yemək gəlməmişdən əvvəl mən bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam.” (Yusuf surəsi, 37)
Ayədə də bildirildiyi kimi, hz. Yusuf (əs) qeyb xəbərini bildiyini söyləyir. Bu, Allahın hz. Yusufa (əs) bəxş etdiyi elm və möcüzədir. Allah hz. Yusufa (əs) yuxuları yozmaq elmini də vermişdir. Hz. Yusuf (əs) Allahın diləməsi ilə gələcəkdə baş verəcək bəzi hadisələri bilmişdir.
“Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-biriləri ilə mübahisə etdikdə də sən onların yanında deyildin.” (Ali İmran surəsi, 44)
Hz. Yusufa (əs) verilən elmin bənzəri başqa peyğəmbərlərə də verilmişdir. Allah ayələrdə elçilərindən seçdiyi kəslərə qeyb xəbərlərini açıqlayacağını belə bildirmişdir:
Bu xəbərlərin bir çoxu reallaşmışdır və insanlar da bu möcüzəyə şahid olublar. Bu, həm Peyğəmbərimizin (səv) Allahın elçisi olduğunu, həm də Quranın Allahın sözü olduğunu göstərən dəlillərdən biridir.
“O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa …” (Cin surəsi, 26-27)
Əlbəttə, Rəbbimiz Peyğəmbərimizə (səv) də qeybə aid bir çox xəbər vermişdir. Peyğəmbərimiz (səv) həm keçmişdə baş vermiş və kimsənin bilmədiyi hadisələri, həm də gələcəkdə reallaşacaq bir çox hadisəni Allahın izni ilə bilmişdir. Bir ayədə Allah bu həqiqəti belə xəbər verir:
“Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.” (Yusuf surəsi, 102)
Bu bölmədə Allahın Peyğəmbərimizə (səv) həm Quran vasitəsilə, həm də özünə xüsusi olaraq bildirdiyi və Peyğəmbərimizin (səv) hədisləri vasitəsilə bizə çatan bu qeyb xəbərlərindən bir neçəsinə yer veriləcək. (Ətraflı məlumat üçün baxın: Quran Möcüzələri, Harun Yəhya
“Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-biriləri ilə mübahisə etdikdə də sən onların yanında deyildin.” (Ali İmran surəsi, 44)