Peyğəmbərimizə itaət edənlər xilas olanlardır
Peyğəmbərimizin (səv) əxlaqını, hadisələrə verdiyi reaksiyalarını öyrənməkdə məqsəd ona bənzəməyə çalışmaq, təqvada, davranışlarda, ixlasda, təvazökarlıqda, təmizlikdə, iman şövqündə onu örnək almaqdır. İnsanlar həmişə başqalarını özlərinə nümunə götürür, onlara bənzəməyə, onlar kimi danışmağa, onların etdiklərini etməyə çalışırlar. Halbuki Peyğəmbərimizi (səv), həmçinin əxlaqına və təqvasına görə ona bənzəyən digər peyğəmbərləri nümunə götürmək lazımdır.
Allah ayələrdə Allaha və Peyğəmbərimizə (səv) iman etməyin, ona dəstək olmağın və ona itaət etməyin əhəmiyyətini vurğulayır və bunları yerinə yetirənlərin xilas olması barədə müjdə verir.
“(Biz belə etdik) ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allahı) tərifləyəsiniz.” (Fəth surəsi, 9)
“…Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)
Bu dövrdə Peyğəmbərimizi (səv) dəstəkləmək yalnızca Qurana tabe olmaqla və onun sünnətinə uymaqla, Quran əxlaqını onun kimi cəhd edərək dünyaya yaymağa, əxlaq və davranışlarında var-gücü ilə ona bənzəməyə çalışmaqla olacaqdır. Belə davrandığı təqdirdə Allah Peyğəmbərimizə (səv) yardım etdiyi kimi, ona dəstək olanlara da yardım edəcək və onların yollarını açacaq, heç təsəvvür etmədikləri uğurlar nəsib edəcəkdir. Amma Peyğəmbərimizə (səv) bənzəməkdə əsas məqsəd Rəbbimizin razılığını, rəhmətini və cənnətini qazanmaq olmalıdır.
“(Biz belə etdik) ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allahı) tərifləyəsiniz”.
(Fəth Surəsi, 9)