MÜNAFİQLƏR

HƏVƏS VƏ HƏRİSLİK XOŞBƏXT OLMAĞA MANE OLUR


HƏVƏS VƏ HƏRİSLİK XOŞBƏXT OLMAĞA MANE OLUR

Allah Quranda insanların nəfsinin iki xüsusiyyətinin olduğunu bildirir. Bunlardan biri pisliklərdən çəkindirən və yaxşılığı əmr edən vicdan, digəri isə pisliyi əmr edən fücurdur. “Fücur” sözü “günah və üsyan etmək, fasiq olmaq, yalan söyləmək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi degenerasiya, təqvanın ziddi” mənalarını verir. Yəni fücur adlandırılan qavrayış insan nəfsinin mənfi xüsusiyyətlərini əhatə edir. Allah Quranda nəfsə fücuru, eyni zamanda, ondan çəkinməyi, yəni vicdanı ilham etdiyini bildirir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah`dan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)


Nəfsin fücurunun Quranda diqqət çəkilən vacib xüsusiyyətlərdən ikisi həvəs və hərislikdir. Axirəti düşünməyib dünya həyatı ilə kifayətlənən insan sahib olduğu hər şeyə həvəs və hərisliklə bağlanır. Sanki ölüm və axirət çox uzaq imiş kimi yaşamağa başlayır. Halbuki, Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə insanların həris olması təriflənən, hətta tələb olunan xüsusiyyətdir. Bir insan həyata nə qədər çox bağlıdırsa, dünyadan mənfəət əldə etmək üçün nə qədər çox cəhd göstərirsə, eyni anlayışa sahib olan insanlar tərəfindən o qədər təqdir görür. Amma bu düşüncə yanlışdır. Əlbəttə, insan gözəl yaşamaq üçün cəhd göstərməlidir və həmişə hər işində əlindən gələnin ən yaxşısını etməyə çalışmalıdır. Amma bu əzm və qətiyyət Allah`ın bəyəndiyi həyatı yaşamaq üçün olmalıdır. Yoxsa insanların sahib olduğu hər şeyi onlara verənin Rəbbimiz olduğunu unudaraq dünyaya həvəslənmək və Quran əxlaqından uzaq yaşamaq səhvdir.

Quranın “var-dövləti də hərisliklə sevirsiniz” (Fəcr surəsi, 20) ayəsi ilə inkar edənlərin dünya malına olan həris sevgilərinə diqqət çəkilmişdir. Bir başqa ayədə isə “... Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir...” (Nisa surəsi, 77) sözləri ilə Allah insanların həvəslə bağlandığı nemətlərin “məta” olduğunu xatırlatmıştır. “Məta” sözünün mənası az və dəyərsiz, axırda yox olan bir şey, əşyadır. Dolayısilə, insanların tamah saldığı dünya nemətləri axirətdəkilərlə müqayisədə dəyərsiz və saxtadır.