Möminin ən vacib xüsusiyyətlərindən biri: Qətiyyət
Qətiyyət Allah’ın Quranda xəbər verdiyi əxlaqlardan biridir. Peyğəmblərin və saleh möminlərin ən səciyyəvi xüsusiyyətlərindəndir. Möminin bu xüsusiyyəti Allah’a olan güclü imanı və Onun rizasını axtarmaqdan irəli gəlir. Allah’ın rizasını qazanmaq istəyən möminləri heç bir çətinlik Onun əmirlərini yerinə yetirməkdən uzaqlaşdırmaz. Bir mömin güclü qərarlılığı ilə həyatı boyunca durmadan artan şövq və əzim içində qulluq vəzifəsini yerinə yetirər və Allah’ın izni ilə Onun əmr etdiyi gözəl əxlaqı yaşamaqdan əl çəkməz.
Qətiyyət və güclü iradə imanla, hidayətlə və təvəkküllə birlikdə yaşanan mömin xüsusiyyətidir. Çünki Allah’a təvəkkül etmiş və qədərə iman etmiş bir insan heç bir çətinlik və sıxıntı anında acizlik göstərməz. Hər şeyi edənin Allah olduğunu bildiyi üçün şövq və həyacan içində qarşısına çıxan hər fürsəti dəyərləndirər və xeyirlərdə yarışar.
Möminlər Quranda “Möminlərin içərisində Allah’a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.” (Əhzab surəsi, 23) ayətilə bildirdiyi kimi, Allah’ın rizasını qazanmaq üçün ölənədək eyni qətiyyət və səbir göstərən insanlardır.
Məsələn, Quranda əzmkarlıqları vurğulanan Kəhf Əhlindən səbirin və qərarlılığın qəlblərinə yeridildiyi (Kəhf surəsi, 14) qrup kimi bəhs edilir. Bilindiyi kimi, Kəhf əhli zülmkar hökmdarlar tərəfindən Allah’a iman etdikləri üçün təzyiqə məruz qalmış, həll yolunu mağaraya sığınaraq yaşadıqları mühitdən uzaqlaşmaqda tapmışdılar. Gizləndikləri dövr bitdikdən sonra da Allah’dan başqa heç bir şeyə ibadət eməməkdə qətiyyət göstərmişdilər. Bu qərarlı davranış onların səmimi müsəlman olduqlarının da dəlilidir. Hər şeyi qədərdə Allah ən gözəl formada yaradır və Allah dilmədikcə heç bir çətinlik heç bir möminə çətin gəməz. Kəhf Əhli bu həqiqəti bildiyi üçün çox gözəl təvəkkül və qətiyyət göstərmişdir.
Bir insanın ibadətlərində qətiyyətli olması onun imanının çox vacib göstəricilərindəndir. Quranda sərt yoxuş (Bələd surəsi, 11) anlayışı qərarlılıq və əzmkarlığın əhəmiyyətini açıqlayır. Qərarlılıq və əzmkarlığın son nöqtəsi isə ölümdür. Mömin başına hər nə gəlirsə gəlsin, ölüncəyə qədər səbir etməklə məsuliyyət daşıyır. Allah Quranda belə bildirir:
Sənə beyət edənlər Allah’a beyət etmiş olurlar. Allah’ın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allah’la bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər. (Fətih surəsi, 10)
Mömin qətiyyəti ilə imtahan olunur
Möminin qətiyyəti həyatı boyunca müxtəlif formada sınanır. Məsələn, Allah möminləri kamilləşdirmək üçün müvəqqəti sıxıntı və çətinlik verə bilər. Quranda bu vəziyyət belə bildirilir:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
Qətiyyətli mömin isə başına gələn bütün çətinliklərə səbir edər. Quranda Allah möminlərin bu davranışını ayələrdə belə bildirir:
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. (Ali İmran surəsi, 146-147)
Çətinliklər qarşısında dözümsüzlük göstərmək, mübarizədən qaçmaq mömin xüsusiyyəti deyildir. Quranda bu vəziyyət belə bildirilir.
Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. (Tövbə sürəsi,45)
Nemətin bolluğu zamanı qətiyyət göstərmək
Çətinliklərlə yanaşı, gözəl imkanlar içində yaşamaq da insanlar üzərində mənfi təsir yarada bilər. Rahatlıq bəzi insanların həyəcanının və şövqünün azalmasına səbəb ola bilər. Ancaq Allah’dan bir nemət gəldiyində azğınlaşmaq və Ondan üz çevirmək iman gətirməyən insanların xüsusiyyətidir. Quranda bu vəziyyət belə bildirilir:
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunus surəsi,12)
Halbuki, iman edən insan üçün belə vəziyyət baş verməz. Əllərinə var-dövlət, ehtişam, pul kimi nə qədər gözəl imkanlar keçsə də, bu onların qətiyyətinə xələl gətirməz. Çünki möminbütün bunların Allah’dan gələn nemət olduğunu, bunları Allah yolunda istifadə etməsi lazım olduğunu və Allah’ın diləməsi ilə, bunları geri alabiləcəyini bilir.
Ciddi səy göstərmək, söz-söhbətdən uzaq durmaq, zəifləməmək möminlərin iradə və qətiyyətlərinin göstəricilərindəndir. Bir ayədə axirət üçün ciddi səy göstərənlərlə bağlı belə bildirilir:
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra sürəsi, 19)