Quran

QURAN ƏXLAQINI YAŞAMAQ ÇOX ASANDIR


QURAN ƏXLAQINI YAŞAMAQ ÇOX ASANDIR

 

Əvvəlki hissələrdə də deyildiyi kimi, Allah Quranı insanlara açıqlayan bir rəhbər olaraq göndərmiş, onunla ən asan və ən gözəl həyat tərzini bildirmişdir. Quran oxunduqda İslam dininə əməl etməyin çox asan olduğu görünür. Bu müjdə bizə “...Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilmişdir. 

Quran hər yaşa və hər mədəniyyətə malik insanın anlayacağı açıq bir öyüddür. Lakin əvvəlki hissələrdə də bəhs edildiyi kimi, bəziləri dini mənbəyindən öyrənmək əvəzinə, ətrafından eşitdiyi yanlış məlumatlara etibar edir, dini yaşamağın çətin olduğuna inanırlar. Bu əsassız qənaətin ən böyük səbəblərindən biri məlumatsızlıqdır. 

Dövrümüzdə insanların bir qismi Quran ayələrində bildirilən həqiqətlərdən, axirət həyatının varlığından, sonsuz cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin müxtəlif mövzulardakı öyüd və tövsiyələrindən xəbərsiz yaşayır. Halbuki, Quran insanların oxuması, içindəki hikmətləri və həyatın əsl məqsədini öyrənməsi üçün endirilmişdir. Quranda Peyğəmbərimizə (səv) “Və mənə Quran oxumaq (buyurulmuşdur)!” (Nəml surəsi, 92) deməsi bildirilmişdir. 

Quranı oxumaq və hər zaman Qurana tabe olmaq bir müsəlmanın ən önəmli vəzifələrindən biridir. Quranı qavratmaq Allah`ın əlindədir və ancaq Allah`ın hidayət verdiyi kəslər Quran ayələrini gerçək mənası ilə anlayırlar. Allah Özünə könüldən yönələn səmimi qullarına hidayət nəsib edəcəyini bildirmişdir. (www.Allahianmaq.com)

İnsanların Quranı anlamayacağı yalanını söyləyənlər bir çox insanın Quranı oxuyub Allah`a yönəlməsinə və Quran əxlaqına görə yaşamasına əngəl olmağı istəyirlər. Halbuki, Allah ayələrinin son dərəcə açıq və anlaşılan olduğunu Quranın bir çox yerində bəyan edir: 

Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)

Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik. (Nisa surəsi, 174)

Allah`ın insanlara bəyənib seçdiyi Quran çox açıq və anlaşılan olmaqla yanaşı, içindəki hökmlərə əməl etmək də çox asandır. Allah ayələrdə Quran haqqında belə buyurur:

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Taha surəsi, 2-3)

Quran əxlaqı insan fitrətinə uyğun olan yeganə həyat şəklidir. İnsanı yoxdan var edən Allah onun nəyə ehtiyacının olduğunu, hansı ibadətlərə gücünün çatdığını və necə sağlam, hüzurlu və xoşbəxt olacağını ən yaxşı biləndir. Bu səbəbdən, Allah bir ayəsində heç kimə gücündən artıq vəzifə vermədiyini bildirir:

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə surəsi, 286)

Allah sonsuz mərhəmət və şəfqəti ilə ən rahat, ən hüzurlu və ən gözəl həyat şəklini Quranda bütün xüsusiyyətləri ilə bildirmişdir. Məsələn, insan sevgi, şəfqət və mərhəmətdən xoşlanır. Özünə həmişə belə münasibət bəslənməsini istəyir. Zülm, əxlaqsızlıq, pislik kimi neqativ davranışlardan çəkinir və bunlara məruz qalmasını istəmir və ruhən bu hissləri duyması Allah`ın diləməsi ilə olur.

 

Allah insanları bu fitrət üzərində yaratmışdır. Dolayısilə, İslam əxlaqına uyğun həyat insanın zövq aldığı bir həyatdır. Allah bu həqiqəti “Rum” surəsində belə bildirir:

Batildən haqqa tapınaraq üzünü Allah`ın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allah`ın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, 30)

Qurandakı dinin insan üçün hər yöndən asan olduğu digər ayələrdə belə açıqlanır:

... Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər... (Bəqərə surəsi, 185)

İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!.. (Kəhf surəsi, 88)

And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq… (Qəmər surəsi, 17)

... O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi... (Həcc surəsi, 78)

Bundan başqa, Peyğəmbərimizin (səv) sünnəsinin önəmli xüsusiyyətlərindən biri də son dərəcə asan əməl olunmasıdır. Quranı özünə rəhbər edən Rəsulullah (səv) qövmünə: “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin”, -deyə öyüd vermişdir. (Ramuz əl-əhadis, 2-ci cild səh. 510)

Din əxlaqını yaşamağı əslən olduğu kimi asan göstərmək, insanların qəlbini Quran əxlaqına isindirmək, onlara Quranı və Peyğəmbərimizin (səv) sünnəsini öyrədib bunu tək yol göstərici halına gətirmək hər müsəlmanın önəmli vəzifəsidir.