MÜNAFİQLƏR

MÖMİNLƏRƏ QARŞI QORXU VƏ NARAHATLIQ İÇİNDƏDİRLƏR


MÖMİNLƏRƏ QARŞI QORXU VƏ NARAHATLIQ İÇİNDƏDİRLƏR

Münafiqlərin başqa bir xüsusiyyəti davamlı qorxu psixologiyasında olmalarıdır. Quranın "...onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər" (Bəqərə surəsi, 38) ayəsində bəhs olunan möminlərdən fərqli olaraq, böyük qorxu içində yaşayırlar. Əsl üzlərinin ortaya çıxmasından, saxtakarlıqlarının bilinməsindən qorxurlar. Möminlərin onların ikiüzlü olduğunu anlamasından çəkinirlər. Quranda münafiqlərin bu qorxu dolu ruh halı belə təsvir edilir:

Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki, onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır. Əgər onlar bir sığınacaq və ya (daldalanmaq üçün) mağaralar yaxud (gizlənməyə) bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər. (Tövbə surəsi, 56-57)

Münafiqlərin möminlərə qarşı duyduqları qorxunun şiddəti başqa bir ayədə də belə vurğulanır:

Doğrusu, onlar ürəklərində Allah'dan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır.
(Həşr surəsi, 13)