Qədərə təslimiyyətin əhəmiyyəti
Allah Quranda insanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi, 22-23)
Elə buna görə də, qədərə iman gətirən bir insan başına gələn heç bir hadisəyə görə kədərlənmir və ümidsizliyə qapılmır. Əksinə, çox təvəkküllü, təslimiyyətli və daima hüzurlu olur. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəlcədən bəlli olduğunu, buna görə də qarşılaşdıqları çətinliklərə görə kədərlənməməyi və onlara verilən nemətlərə görə həddindən artıq sevinməməyi əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi uğur və müvəffəqiyyət də Allah`ın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün əvvəlcədən yaratdığı hadisələrdir. Bir ayədə bildirildiyi kimi,“...Allah`ın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.” (Əhzab surəsi, 38)