Peyğəmbərimiz Hz Məhəmmədin (s.ə.v) duaları
Quranda "Həqiqətən də, sən böyük əxlaq sahibisən! (Qələm surəsi, 4) ayəsi ilə tanıdılan son peyğəmbər Muhəmməd (s.ə.v.) gecənin bir hissəsini dua, zikr və ibadətlə keçirirdi. Bir ayədə bundan belə bəhs edilir:
Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi (bəzən) gecənin üçdə ikisindən az, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allah’ın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allah’a gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allah’dan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir! (Müzəmmil surəsi, 20)
Quranda Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) möminlərə qarşı nə qədər həsas və şəfqətli olduğu bildirilir və onlar üçün bağışlanma diləməsi əmr edilir:
Allah’ın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allah’dan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allah’a təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali-İmran surəsi, 159)
Quranda bir çox ayədə müqəddəs Peyğəmbərimizin (s.ə.v.) dualarından bəhs edilir. Dualarda Allah’ı isimləri ilə birlikdə xatırlamanın ən gözəl nümunəsini Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) dualarında görə bilərik. Bunlardan biri belədir:
De: “Ey mülkün sahibi Allah’ım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali İmran surəsi, 26)
Bütün peyğəmbərlər kimi Muhəmməd (s.ə.v.) də göndərildiyi qövmün öndə gələnləri tərəfindən təhdid edilmiş və şeytanın mənfi təlqinləri ilə qarşı-qarşıya qalmışdır. Bu zaman Peyğəmbərimiz (s.ə.v.) Allah’a üzərindəki çətinliyi qaldırması üçün belə yalvarmışdır:
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (Müminun surəsi, 97-98)
Muminun surəsinin son ayəsində isə Peyğəmbərimizin (s.ə.v.) bir duası belə bildirilir:
De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (Müminun surəsi, 118)