Möminlərin təvazökarlığı
Təvazökarlıq Quranda mühüm mömin xüsusiyyəti kimi bildirilir. Allah ayələrində möminlərə təvazökar olmağı əmr edir. Allah`ın lovğa və azğınları sevmədiyi ayələrdə xəbər verilir.
Möminlər Allah`ın hər şeyi yaratdığını, hər şeyin tək sahibi olduğunu və insanlara bütün nemətləri verənin Allah olduğunu bilirlər. Ona görə də mömin Allah qarşısındakı acizliyini bildiyi üçün yersiz təkəbbür göstərməz. Nə qədər gözəl, zəngin, ağıllı, etibarlı olsa da, bunlara görə lovğalanmaz, çünki bu xüsusiyyətləri ona Allah`ın verdiyini bilir. Ona görə də möminlərə qarşı daima təvazökar olar. Öz xüsusiyyətlərini ön plana çıxarıb daima gözəl tərəflərini vurğulamağa çalışmaz. Çünki etdiyi hər şeyin əvəzini ancaq Allah`dan gözləyər.
Təvazökar möminlər inkarçılar kimi yer üzündə təkəbbür göstərməz, əksinə, sadəlik göstərər və bu təvazöləri xarici görünüşlərinə də təsir edər. Allah möminlərin təvazökar davranışına bir ayəsində belə diqqət çəkmişdir:
Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər. (Furqan surəsi, 63)
Bu əxlaqlarına görə Allah möminləri cənnətlə müjdələmişdir:
… Sizin tanrınız yalnız bir olan Allah`dır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver! (Həcc surəsi, 34)