MÖMİNLƏR

Mömin nələrə səbir edər?


Mömin nələrə səbir edər?

Möminin ən mühüm xüsusiyyətlərindən biri səbirdir. Ancaq Qurandan öyrəndiyimiz səbir sıxıntı vaxtlarında çətinliyə dözmək deyil. Mömin ömrü boyu qarşılaşdığı hər hadisədə, hər an Allah`ın ən çox razı olduğu davranışı etməkdə səbir göstərər.


Allah möminləri aclıq, qorxu, can və mallarından azaltma, bolluq kimi müxtəlif hadisələrlə imtahan edir. Quranda tərif edilən mömin isə hansı şəraitdə olsa da, səbirlə Allah`ın rizasını axtarar. Bolluqda Allah`a şükür edər, çətinlik və sıxıntı anlarında Allah`a təvəkkül edər, dinin və möminlərin mənfəətini həmişə öz mənfəətindən üstün tutar. Ömrü boyu bütün gözəl əxlaqi xüsusiyyətləri səbirlə tətbiq edər. Səmimidir, düzgündür, fədakardır, çalışqandır, şövqlüdür, həmişə sözün ən gözəlini söyləyər, daima dinə xidmət edər. Xülasə, Allah`ın gözəl göstərdiyi hər şeyi səbirlə edər. Bunun əvəzində, Allah səbir edən qullarını belə müjdələmişdir:

Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allah`a məxsusuq və Ona da qayıdacağıq!" – deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 155-157)